12-06-2019, 09:51 Oxunub: 317

İstanbul seçkiləri: bu dəfə namizədlərin “deyişmə qabiliyyəti” sözünü deyəcək

İstanbul seçkiləri: bu dəfə namizədlərin “deyişmə qabiliyyəti” sözünü deyəcək


Məlum olduğu kimi, bu ilin iyun ayının 23-də Türkiyənin ən böyük şəhəri və iqtisadi mərkəzi sayılan İstanbulda bələdiyyə seçkiləri keçiriləcək.

Xatırladaq ki, bu il mart ayının 31-də keçirilən seçkilərdə öncə Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlunun qələbə çaldığı bildirilsə də, sonradan Ali Seçki Komissiyası nəticələri ləğv edərək yeni seçkilərin keçirilməsinə qərar verib.

Hazırda Türkiyənin bütün diqqəti bu həftənin bazar günündə, iyunun 16-da iki namizəd arasında baş tutması planlanan debata yönəlib. Türkiyə tarixində siyasi rəqiblər arasında debatlar az keçirilir. 2002-ci ildə Türkiyənin həmin vaxt Aydın Doğana mənsub “Kanal D” kanalında CXP sədri Dəniz Baykal və indiki prezident Tayyip Ərdoğan arasında canlı debat təşkil olumuşdu. Həmin vaxt iki siyasətçinin deyişməsini məşhur teleaparıcı Uğur Dündar idarə etmişdi.

Elə hakim parityanın namizədi Binali Yıldırm da Uğur Dündaırn bu məsələdə daha təcrübəli olduğunu dilə gətirərək yenidən moderator rolunun ona həvalə olunmasını istəyib. Lakin buna əvvəlcə böyük məmnuniyyətlə razılıq verən U.Dündar sonradan nədənsə imtina edib. Ədalət və İnkişaf Partiyasının nümayəndələri və sağ mərkəzçi media Dündarı yaxın olduğu CXP-nin təzyiqi ilə geri addım atmaqda suçlayıb. Tanınmış teleaparıcının buna tutarlı səbəb göstərməməsi ona qarşı ittihamları daha da şiddətləndirib.

Uğur Dündarın yerinə isə moderator olaraq İsmayıl Küçükkaya keçəcək. İ.Küçükkaya da sol kəsimə yaxın jurnalist sayılır. Türkiyədə bununla Binali Yıldırımın “deplasman hamlesi” həyata keçirdiyi, yəni rəqibin meydanında oynamaqdan qorxmadığını göstərmək üçün onun namizədliyini önə sürdüyü deyilir.

Binali Yıldırım bunu bu gün İSTOÇ, yəni İstanbul Ticarət mərkəzində keçirdiyi görüşdə də dilə gətirib. Orada vətəndaşlardan biri “Başqanım İsmayıl Küçükkaya da CHP tərəfdarıdır” sözlərinə keçmiş baş nazir “Kim olursa-olsun, vız gəlir. Heç kim hər hansı bəhanənin arxasına sığınmasın”,-deyə reaksiya verib.

Hakim parityanın namizədi üstüörtülü olaraq rəqibini separatçı Xalqların Demokratik Partiyası və FETÖ təşkilatı ilə əməkdaşlıq etməkdə suçlayıb.

Əkrəm İmamoğlu isə jurnalistlər qarşısında proqram xarakterli çıxış edib.

CXP namizədi rəqibini və onun təmsil etdiyi partiyanı israfçılıqda günahlandırıb və onları İstanbulun pullarını qeyri-qanuni olaraq başqa yerlərə (məsələn, dini vəqflərə) axıtmaqda ittiham edib. Bundan əlavə, Əkrəm İmamoğlu iqtidar partiyasını onun proqramını kopyalamaqda suçlayıb.

İmamoğlunun əsas vədləri İstanbulda təhsil alan tələbə heyəti ilə bağlı olub. CXP namizədi hətta ehtiyacı olan tələbələrə 400 türk lirası məbləğində təqaüd verə biləcəklərini söyləyib.

Bundan başqa, Əkrəm İmamoğlu 20-ə yaxın tələbə yataqxanası tikəcəklərini vəd edib.

Müxalif siyasətçinin gənclərlə bağlı proqramını onun əsas seçicilərinin gənc kəsim olması ilə əlaqələndirən çoxdur.

Amma eyni vədləri iqtidarın namizədi Binali Yıldırm tərəfindən də eşitmək mümkündür.

Bu səbəbədən qarşıdan gələn debatlarda namizədlərin danışıq və inandırma qabiliyyəti həlledici rol oynayacaq.
Binəli Yıldırımdan İmamoğlunun qələbəsinə reaksiya Binəli Yıldırımdan İmamoğlunun qələbəsinə reaksiya Siyaset “Bu seçkilər murdar olub” – Yıldırım uzun müddət sonra göründü “Bu seçkilər murdar olub” – Yıldırım uzun müddət sonra göründü Siyaset Binəli Yıldırım İstanbulun bələdiyyə sədri seçildi Binəli Yıldırım İstanbulun bələdiyyə sədri seçildi Siyaset Səslərin 92 faizi hesablandı — Ərdoğan liderdir + YENİLƏNİR Səslərin 92 faizi hesablandı — Ərdoğan liderdir + YENİLƏNİR Dunya Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir Dunya