İdman
Dünya
17-06-2019, 09:23 Oxunub: 298
Ərdoğan: “Tüpürdüyümüzü yalaya bilmərik”

Rusiyadan S-400 zenit-raket kompleksinin alışı ilə bağlı razılaşma pozulmayacaq.
“Habertürk” xəbər verir ki, bunu Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısından qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.
Prezident bildirib ki, S-400 məsələsi artıq bitib, hər hansı dönüş ola bilməz:
“Tüpürdüyümüzü yalamaq dövlət tərbiyəsinə, bir dövlət adamı kimi mənə də yaraşmaz. Belə bir şey edə bilmərik. Düşünürəm ki, iyul ayının ilk yarısında S-400 komplekslərinin tədarükünə başlanılacaq. Bu məsələdə qərarımız qətidir. Türkiyə qəsəbə dövləti deyil”.
ABŞ-dan F-35 qırıcılarının alışına gəlincə, Ərdoğan Türkiyənin üzərinə düşəni etdiyini bildirib:
“İndiyə qədər 1 milyard 250 milyon dollar ödəniş etmişik. Dörd ədəd F-35 təyyarəsini təhvil aldıq. İndi onlar Arizonadadır. Generalımızı göndərdik, pilotlar da orada təlim keçirdilər. Amma təyyarələri göndərmək vaxtı yetişəndə təəssüf ki, ABŞ tərəfi yanlış addımlar atdı. Bir müddət səbr edəcəyik”.
XƏBƏR LENTİ
17:43 | İsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU – FOTOLAR 17:22 | “Bakcell”dən korporativ müştərilərə yeni tarif paketi 17:00 | Əkinçilik İnstitutunda əkişdirilən pullar... - İDDİA 16:47 | “Azərbaycanın “qara siyahısı”nda olmağı özümə şərəf bilirəm…” – FOTO 16:20 | İran İstanbul sammitinə dəvət edilmədi 15:45 | “Bilsəydim Anar Ələkbərov mənimlə belə səmimi danışacaq, ondan xahiş edərdim ki…” – Aslan İsmayılov 15:18 | Cərimə ilə qorxudulan bildirişləri qapılara kim yapışdırır? – Rəsmi münasibət 15:05 | Sabah Bakıda bu yollar bağlanacaq — XƏBƏRDARLIQ 14:35 | Əli Əhmədov: "Seçkilərdə yeni simalar görəcəksiniz" 14:06 | Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə yardımı davam etdirir 13:58 | Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib — FOTO 12:17 | Mikayıl Cabbarovdan QƏRAR — İcrasına şəxsən nəzarət edəcək 12:00 | “Eşidəndə ki, 25 yaşlı müğənniyə ad verilib, adama təsir edir” — Yaqut Babayeva 11:23 | Vilayət Eyvazovdan daha bir təyinat 11:16 | Azərbaycanda vəzifəli şəxs ölkədən qaçdı