İlham Əliyevin nəhəng nailiyyəti... - Eynulla Fətullayev yazır
Siyaset
Oxunub: 594
22 in 2019 | 14:15
İlham Əliyevin nəhəng nailiyyəti... - Eynulla Fətullayev yazır













Uzun illər ərzində ətalətli Azərbaycan müxalifəti Azərbaycanın möhkəm birləşmiş hakim elitası ilə mübarizədə kütlənin şüurunda əsas təbliğat müddəasının kök salmasına yönəlmiş ideoloji platforma qururdu: Əliyev hakimiyyətinin strukturunda çatların mövcudluğu. İctimai şüura elitadakı mərkəzdənqaçma qüvvələrinin fəallaşmasına qiyamçı inamını yeritməyə cəhd edirdilər. Guya elita bir deyil, dağınıqdır, qarşılıqlı ittihamlar onu bürüyüb, şərti olaraq köhnə qvardiyaçılara və yeni gənc qvardiyaya parçalanıb. Bundan savayı, Əliyev siyasi sülaləsinin siyasi fəlsəfəsinin əsas kateqoriyasını – siyasi varislik prinsipini rədd edərək, ideoloji diversiyanın müəllifləri hakimiyyətdaxili vəziyyətin inkişafı ssenarilərini öncədən duyaraq, vətəndaş cəmiyyətini inandırırdılar ki, tezliklə mifik köhnə qvardiyaçılar ikinci plana keçəcək və yolu epik gənc qvardiyaçılara verəcəklər.

Biz dəfələrlə tarixə və son iyirmi beş il ərzində müxalifətin çoxsaylı məğlubiyyətlərinin mənbələrinə müraciət etmişik. Lümpenləşdirilmiş müxalifətin süqutunu şərtləndirmiş amil və səbəblərin məcmusu hamıya məlumdur, hərçənd başlıca səbəb yenə də siyasi psevdologiyadır, başqa sözlə, arzu olunanı həqiqət kimi qələmə verməyə üzvi yanğıdır. Bütün bu illər ərzində müxalifət rəngli, məxməri, Yaxın Şərq inqilablarına ümid edir və həqiqətin dəyişməzliyini anlayırdı ki, postmodern inqilablarının qələbəsinin əsas amili hakim elitalardakı parçalanma və xalq şüurundakı pərişanlıqdır. Müxalifət bu hərcmərcliyi çox gözləyirdi, ilğımvarı arzusunu və həyata keçməz ümidini qoruyub saxlayırdı. Halbuki, siyasi düzəni analiz edən hətta ən adi, sıradan bir ekspert də başa düşürdü: hakim elita möhkəm birləşib və özünün siyasi lideri – prezident İlham Əliyevə polad və sarsılmaz inamla bağlıdır.

Bəs hakimiyyətdəki çatlar haqqında düşüncələrlə etirazçı elektoratın ümid və istəklərini boş yerə aldatmağın mənası nə idi?

İlham Əliyevin nəhəng nailiyyəti... - Eynulla Fətullayev yazır











Nəhayət, hakimiyyətlə barışmaz mübarizənin nəzəriyyəçiləri daha bir illüziyanı ərsəyə gətirmişdilər ki, bu da gerçəyə çevrilmədi. Vəziyyətə nəzarətin itirilməsi, sabitliyin mümkün pozulması və siyasi mübarizənin qeyri-təkamül yolu ilə inkişaf edəcəyi barədə çox danışılırdı. Hələ bir neçə il əvvəl ABŞ-ın aparıcı analitikləri vurğulayrdılar ki, MDB ölkələrində sabitlik liberal azadlıqlardan və demokratiyadan üstün olmalıdır. Analitiklər bir ağızdan təlatümlü 90-lar və nəhəng səylər sərf edərək, onilliklər boyunca sistemli qeyri-sabitlik və liberal azadlıqların feodal cəmiyyətində kor-koranə tətbiqinin nəticələri ilə mübarizə aparan “güclü əl” barədə fikir yürüdürdülər.

Prezident İlham Əliyevin güc strukturlarının rəhbərliyində köklü yenidən təşkilatlanma haqqında fərmanları müxalifət cərgəsinin əlindən elitadakı qarşıdurma və vəziyyətin sabitliyinin mümkün pozulması haqqında əsas arqumentləri də çıxardı.

İlham Əliyevin nəhəng nailiyyəti... - Eynulla Fətullayev yazır










Beləliklə, əsas əlamətdar hadisə daxili işlər naziri Ramil Usubovun Azərbaycan Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında qərar oldu. R.Usubov – dövrə bərabər şəxsiyyətdir və cəbhə zamansızlığından sonra milli polisin intibahı onun adı ilə bağlıdır.

Azərbaycan tarixinin ən əfsanəvi DİN başçısı sistemli sabitliyin təşəkkülündə əhəmiyyətli rol oynayıb. Bu cür təcrübəli və miqyaslı dövlətçilik düşüncəsi olan məmurun Təhükəsizlik Şurasının katibi kimi yüksək vəzifəyə təyinatı, şübhəsiz ki, potensial riskləri minimuma endirir. Təhükəsizlik Şurasının katibi vəzifəsi 1997-ci ildə təsis edilsə də, indiyə qədər boş qalırdı. Təhükəsizlik Şurasının katibi bu strateji şuranın bütün fəaliyyətini koordonasiya edir ki, həmin şuraya bütün güc strukturlarının və xüsusi xidmət orqanlarının rəhbərləri, baş prokuror və hətta xarici işlər naziri daxildir. İndiyə kimi Təhükəsizlik Şurasının fəaliyyətini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev koordinasiya edirdi. Bu, hazırda təcrübəli və bacarıqlı dövlət xadiminə etibar edilmiş siyasi postun əhəmiyyətindən xəbər verir.

İlham Əliyevin nəhəng nailiyyəti... - Eynulla Fətullayev yazır












R.Usubovun daxili işlər naziri postundakı xələfi isə nazirin dəyişməz müavini Vilayət Eyvazov oldu. V.Eyvazovun təyinatı da siyasi varislik modelinə tamamilə uyğundur. Güc strukturunun gənc və cəsarətli əməkdaşı 2003-cü ilin oktyabrında – Azərbaycandakı vəziyyətin çalxalanmasına edilmiş ilk cəhd zamanı iğtişaşların yatırılmasında əsas rollardan birini oynamışdı. Qiyam aldırmış qaragüruhçu kütlə var qüvvəsi ilə hakimiyyətin yüksək kabinetlərinə daxil olmağa can atırdı. Əlində silah bu vəhşi fəlakətin qarşısını kəsənlərdən biri də gənc general Eyvazov idi. Elə həmin general bundan hardasa on il əvvəl əlində qumbaraatanla qiyamçı polkovnik Rövşən Cavadovun tanklarının yolunu kəsmişdi. Vilayət Eyvazov qaragüruhçu vəhşi fəlakətin qarşısında canından keçər, amma bir addım da geri çəkilməz.

Eyni zamanda, iki onillikdən sonra Azərbaycan əks-kəşfiyyatının, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təcrübəli çekist – general Əli Nağıyev qayıtdı. O, öz fəaliyyətinə SSRİ DTK-da kiçik əməliyyat müvəkkili kimi başlayıb və sonradan karyerasında böyük zirvələrə çatıb. Ə.Nağıyev Azərbaycan milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb. Lakin özünün güzəşt tanımamaq və digər bu kimi şəxsi keyfiyyətləri üzündən o, nazir Eldar Mahmudovun dövründə həmin qurumda baş alıb gedən hərcmərclik və özbaşınalıqla barışa bilməyib. Söhbət mundir şərəfindən geirdi. Çekist “obxSS”ə getdi. Dövlət təhlükəsizliyinin bütün orqanizmini bürümüş xərçəng şişi – Mahmudovşina ilə mübarizədə Ə.Nağıyev özünün yüksək vəzifəsini tərk etdi və fəaliyyətini Baş Prokurorluqda davam etdirdi. İllər keçdi və Ə.Nağıyev yenidən xüsusi xidmət orqanının sükanı arxasındadır. DTX dəhlizlərində çekistlər öz generallarını gülərüzlə və ürəklərində ümidlə qarşıladılar...

İlham Əliyevin nəhəng nailiyyəti... - Eynulla Fətullayev yazır









Mahmudov sahibkarlıq sinfinin qənimi idisə və özünə yetərli azad iqtisadiyyatın işğalında vahiməli rolunu oynamışdısa, uzun illər MTN-in iqtisadiyyat idarəsinə rəhbərlik etmiş Əli Nağıyev iş adamlarına qarşı ovun hansı mənfi nəticələrə gətirib çıxaracağını anlayırdı. Qaniçən Nağıyevin üstünə özünün qorxunc caynaqları ilə getdi. Lakin prezident çekisti DTX rəhbərliyinə məhz yeni ictimai-iqtisadi formasiyanın təşəkkülü dövründə qaytardı.

Azərbaycanda sosial və iqtisadi islahatların son mərhələsi başlayıb. Məhz Ə.Nağıyev azad bazarın inkişafı yolunda bütün maneələrin və ilk növbədə xroniki oğurluğa meylli bürokratiyanın aradan qaldırılmasını təmin etməlidir. Eyni vəzifə DİN-in yeni rəhbərinin də qarşısında durur. İslahatların istənilən sabotaj cəhdi və etirazları küçəyə yönəltmək istəyi Vilayət Eyvazovun ciddi əks həmləsinə tuş gələcək.

Prezident yenidən digər döyüş generalına, hakim komandanın sadiq üzvlərindən biri olan Mədət Quliyevə strateji vacib postu – Müdafiə Sənayesi Nazirliyini etibar etdi. Azərbaycan hələ də amansız və ədalətsiz müharibə şəraitindədir və ölkənin hərbi sənaye kompleksinin formalaşdırılması milli gündəmdə olan ən vacib vəzifələrdən biridir. Və DİN-də, Ədliyyə Nazirliyində, DTX-da hakimiyyətə şərəflə xidmət etmiş M.Quliyev bu dəfə milli HSK-nı dirçəltməli və bu sahədə tam şəffaflığı təmin etməlidir.

İlham Əliyevin nəhəng nailiyyəti... - Eynulla Fətullayev yazır












Beləliklə, hərbi dillə desək, şəxsən komandirin özü tərəfindən aparılmış kəşfiyyat işlərindən sonrakı bu kadr yerdəyişmələri möhkəm, sarsılmaz dəmir pərdə yaradaraq, güc strukturları seqmentini xeyli məhkəmləndirdi. Yeni təyinatlardan sonra nəyə görəsə yada prezidentin əlamətdar andiçmə çıxışı düşdü. Axı hardasa il yarım bundan əvvəl İ.Əliyev regionumuzun son aylarda üzləşdiyi yeni geosiyasi çağırışları və riskləri sanki öncədən görərək, qarşıdan gələn təhlükələr, Avrasiya məkanındakı yeni yanğın və Azərbaycan hakimiyyətinin son 25 ildə əldə etdiyi başlıca nailiyyət – sistemli sabitlik və təhlükələrə qabaqcadan reaksiya vermənin oturuşmuş mexanizmi haqqında açıq söyləmişdi.

Region yenidən qaynayır. Kütlə Gürcüstanda parlamentə hücum çəkir. Yerevanda isə Yerevan və Qarabağ klanları arasında qarşıdurma dərinləşir, siyasi sistem çat verir, belə ki, Ermənistan hələ də yeni əksinqilaba hamilədir. İran isə az qala ABŞ tərəfindən bombardman olunacaqdı – yaxşı ki, Tramp fikrindən döndü... Türkiyəyə də hər tərəfdən həmlələr edilir, sanksiyalar elan olunur və xalq hakimiyyətini, Ərdoğanın səbrini yeni “qərb reseptləri” ilə sınağa çəkirlər! Regionda hər yer qaynayır, hər yerdə yanğın var...

Və bütün bu qeyri-sabit və yanan regionda yalnız sakit və tolerant oazis olan Azərbaycan çiçəklənir. Sanki biz heç indiki dövrdə yaşamırıq, sanki heç Qafqazda deyilik, hansısa başqa geosiyasi və zaman ölçüsündəyik. Bu, İlham Əliyevin nəhəng nailiyyəti deyilmi?!

Eynulla Fətullayev
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM