11-07-2019, 17:30 Oxunub: 223

FETÖ-nün Azərbaycan “imamı” üzə çıxdı – Şəbəkə fəaliyyətdə

FETÖ-nün Azərbaycan “imamı” üzə çıxdı – Şəbəkə fəaliyyətdə













FETÖ-nün Azərbaycan üzrə "imam”ı Elnur Aslanovun zərərsizləşdirilməsindən sonra başsız qaldıqları düşünülən yerli fətullahçıların ölkə biznesində mövqelərini daha da gücləndirdiklərinə dair bilgilər əldə olunmaqdadır.

“Cahan.info” xəbər verir ki, bu haqda məlumatı Yenicag.az saytı yayıb. Saytın yaydığı xəbərə görə, hazırda FETÖ-nün Azərbaycan şəbəkəsinin əsas füqurlarından olduğu ehtimal edilən "Hidro-Park” MMC-nin rəhbəri Emruz İsgəndərov, nəzarətində olan biznes zəncirinə daxil şirkətlərlə yanaşı, strateji dövlət qurumlarında da gülənçilərin yerləşdirilməsini əmin-arxayınlıqla davam etdirir.

Qeyd olunur ki, 2011-ci ildən etibarən, "Hidro-Park”da fəaliyyət göstərən İsgəndərovun FETÖ-yə cəlb olunması, onun Naxçıvan Türk Liseyində təhsil aldığı 1994-99-cu illərə təsadüf edir. Liseyin fizika müəllimi Hüseyin Avcının təsiri altında şəbəkəyə qoşulan İsgəndərovun gülənçilərlə bağlılığı Türkiyənin 9 Eylül Universitetində təhsil aldığı dövrdə (1999-2005) daha da güclənib.

Bildirilir ki, tələbəlik illərində FETÖ-yə məxsus evlərdə qaldığı deyilən İsgəndərov şəbəkənin fəaliyyətində göstərdiyi aktivliyə görə "ev imamı” və "bölgə imamı” statusuna da sahiblənib. İnformasiyaya əsasən, İsgəndərov lisey və universitet tələbəliyindən sonra da, uzun müddət – 2013-cü ilə qədər şəbəkə daxilində Avcının kurasiyası altında çalışıb. Azərbaycanda fəaliyyətə başladıqdan sonra FETÖ-nün mərkəzi strukturları ilə əlaqələrini genişləndirən İsgəndərovun bütün xarici səfərlərində şəbəkənin rəhbərliyində təmsil olunan şəxslərlə davamlı görüşləri haqda məlumatlar mövcuddur. FETÖ-nün Türkiyədə ifşa edilməsinin ardından verilən təlimata uyğun olaraq, İsgəndərov da "kamuflyaj rejimi”nə keçib. FETÖ-nün Türkiyədə 2016-ci il iyulun 15-də hərbi çevrilişə uğursuz cəhdindən sonra, Azərbaycanda Gülən şəbəkəsinə qarşı müəyyən tədbirlərin görülməsinə başlanıldı. Lakin həyata keçirilən işlərin qeyri-ardıcıllığı və "gizli əllər”in müdaxiləsi sayəsində ölkədəki gülənçilərin tam şəkildə zərərsizləşdirilməsi təəssüf ki, mümkün olmadı.

Bunun nəticəsində FETÖ-nün Azərbaycan şəbəkəsi nəinki öz mövcudluğunu qoruyub saxladı, hətta genişlənməkdə davam etdi. Yayılan məlumatlara görə, İsgəndərovun himayəsi altında yüzlərlə gizli FETÖ-çü "Hidro-Park” zəncirinə aid "Hidrolotus”, "Texno-Atinak”, "AzFen”, "Azertexnolayn” və digər şirkətlərdə yerləşdirilərək, şəbəkə xəzinəsinin doldurulması üçün hələ də çalışmaqdadırlar.

Gülənçilərin İsgəndərovun əli ilə "Azərsu” və digər strateji qurumlara yerləşdirilmələri isə FETÖ-nün Azərbaycan şəbəkəsinin dövlət üçün nə dərəcədə təhlükəli faktora çevrildiyini göstərir.
FETÖ-nün yeni pul toplama variantı və ya Elnur Aslanov hansı camaatın zəkatını toplayır? - Sensasiyalı faktlar FETÖ-nün yeni pul toplama variantı və ya Elnur Aslanov hansı camaatın zəkatını toplayır? - Sensasiyalı faktlar Siyaset FETÖ-nün “Azərbaycan kassiri” barədə qərar verildi FETÖ-nün “Azərbaycan kassiri” barədə qərar verildi Siyaset Tarkan FETÖ ilə əlbir olub? - İDDİA Tarkan FETÖ ilə əlbir olub? - İDDİA Dunya FETÖ-nün Azərbaycandakı daha bir biznes imamı həbs olundu - Özəl FETÖ-nün Azərbaycandakı daha bir biznes imamı həbs olundu - Özəl Siyaset FETÖ-nün necə təşkilatlanması məlum oldu - Dünyanı 8 qitəyə bölüb FETÖ-nün necə təşkilatlanması məlum oldu - Dünyanı 8 qitəyə bölüb Dunya
XƏBƏR LENTİ
22:18 | Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO 21:50 |  Dolu sinif- boş kreslo, pullu repetitor- xərcə düşən valideyn və “qazanan” məktəb - 34 həftəlik təhsilimiz bundan ibarətdir, maləsəf... 21:21 | Müsavatda saxta sənəd qalmaqalı: - Partiya rəhbərliyi bir-birini sərt ittiham etdi 20:46 | “Azəriqaz”da kadr dəyişikliyi olub - ATV-nin əməkdaşına vəzifə verildi 20:17 | Bazarda bu məhsulların qiyməti niyə düşmür? - SƏBƏB AÇIQLANDI 19:43 | “İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur” - Lerikin iki kəndi Prezidentdən kömək istədi 19:19 | Bakı Apelyasiya Məhkəməsində mübhəm mülk davası - Binəqədi Məhkəməsinin arxivindən sənədlər oğurlanıb? 18:48 | Sumqayıtda Muğam Mərkəzinin tikintisi üçün hər müəllimdən 50 manat pul yığılır... - İTTİHAM 18:20 | BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var" 17:55 | "Xarici İşlər Nazirliyi nə işlə məşğuldur" ? - Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi (VİDEO) 17:18 | Polis Azərbaycan Xalq Hərəkatının qərargahına basqın edib? - RƏSMİ AÇIQLAMA 16:45 | Fizuli Məmmədov: ”RAİ növbəti erməni təxribatının qarşısını aldı” 16:16 | İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı... 15:48 | Bu dəfə milyonluq üzük oğurlandı – Gülnarə polisə müraciət etdi 15:17 | İcra başçısı birinci müavini vəzifədən azad etdi