“Qarabağ klanı” aprel döyüşlərilə “vurulur” - Kreml Paşinyanı "qazda boğur"
Siyaset
Oxunub: 667
12 iy 2019 | 16:51
“Qarabağ klanı” aprel döyüşlərilə “vurulur” - Kreml Paşinyanı "qazda boğur"














Ermənistanın eks-prezidenti Serj Sarkisyan 2016-cı ilin aprel döyüşlərində baş vermiş məğlubiyyətin səbəbləri ilə bağlı hesabat vermək üçün parlamentə dəvət ediləcək.

“Joqovurd” qəzetinin verdiyi məlumata görə, bu barədə aprel hadisələri ilə əlaqədar Ermənistan parlamentində xüsusi istintaq komisiyanın iclasında qərar qəbul olunub. Mənbə onu da qeyd edir ki, iclas dinləmə qurğularının olmadığı xüsusi kabinetdə keçirilir. “İclasdan əvvəl məlumatların sızmaması üçün telefonlar yığılır. Lakin qəzet qapalı şəraitdə keçirilən görüşün bəzi detallarını öyrənə bilib”. Erməni mətbuatının xüsusi mənbələrdən əldə etdyi məlumata görə, komisiya parlamentə dəvət edilməli olan şəxslərin siyahısını artıq Müdafiə Nazirliyinə göndərib.

Bu siyahıya Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da daxildir. “Dörd günlük müharibə”dəki məğlubiyyətə görə Dağlıq Qarabağ ermənilərinin nümayəndələrinin deyil, Ermənistanın səlahiyyətli orqanlarının əməkdaşları məlumat vermək üçün parlamentə dəvət olunacaq. Qeyd edək ki, aprel döyüşlərində yol verilmiş nöqsanların səbəblərini araşdıran qapalı dinləmələr sonuncu dəfə 2019-cu il iyun ayında keçirilib. Müdafiə naziri David Tonoyan 2016-cı il aprel müharibəsindən sonra sabiq müdafiə naziri Seyran Ohanyanın əmri ilə başladılmış araşdırmanı parlament komissiyasına təhvil verməyə hazır olduğunu deyib. O, bildirib ki, bu, gizli sənəddir, ekspert analizləri komissiyaya təqdim olunacaq. Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə aparılan araşdırmanın əleyhinə çıxan müxalifət isə hesab edir ki, komissiya bu faktdan keçmiş hakimiyyət nümayəndələrinə təzyiq vasitəsi kimi istifadə edəcək. Ermənistan hakimiyyəti 2016-cı ilin aprel ayında baş vermiş məğlubiyyətin günahkarlarını axtarır.

Komisiyanın yekun rəyindən asılı olaraq, həmin müddətdə Ermənistanda silahlı qüvvələrə rəhbərlik etmiş müəyyən şəxslərin hüquqi məsuliyyətə cəlb olunacağı istisna edilmir. Bu səbəbdən, 2016-cı ildə ali baş komandan vəzifəsini daşıyan Serj Sarkisyanın üzərinə az məsuliyyət düşmür. Yəni araşdırmalar onun həbsi ilə də nəticələnə bilər. Xatırladaq ki, Ermənistan ordusunun peşəkarlıq və silahlanma səviyyəsinə görə Azərbaycanla müqayisədə dəfələrlə geri qalması aprel döyüşlərindəki məğlubiyyətdə mühüm rol oynayıb. Lakin sonra üzə çıxan faktlar göstərdi ki, korrupsiya, döyüş hazırlığının zəif olması, əsgərlərə qarşı zorakı münasibət halları da Ermənistan ordusunu işğal etdiyi əraziləri tərk edib qaçmağa məcbur edən səbəblərdən biri olub. Sonradan Ermənistanın baş naziri təyin edilən Karen Karapetyan zirehli texnika üçün ayrılmış dizel yanacağını satıb pulunun mənimsənilməsinə dair faktlar açıqlamışdı.

Sabiq hökumət başçısının sözlərinə görə, Dağlıq Qarabağdakı erməni ordusunun tanklarını hərbi əməliyyatlar zamanı işə salmaq mümkün olmayıb. Tankların cəmi 10 faizində yanacaq olub. Buna səbəb dizelin korrupsiya yolu ilə satılması olub. Lakin prezident Serj Sarkisyan sözügedən cinayət əməli ilə bağlı müdafiə naziri Seyran Ohanyanı cəzalandırmamışdı. Eləcə də “Yerkrapa” terror təşkilatının sədri Manvel Qriqoryan əsgərləri qul kimi işlədib, döyüb, hətta öldürüb. Bundan başqa, M.Qriqoryan Ermənistan ordusuna ayrılan ərzaqı və digər maddiə vasitələri sataraq mənimsəyib. Xatırladaq ki, hazırda M.Qriqoryan həbsdədir. Seyran Ohanyana isə 2008-ci il martın 1-də İrəvanda dinc mitinqə atəş açılması ilə bağlı cinayət işi açılıb. Lakin aprel döyüşlərini araşdıran komisiyanın yekun rəyi Seyran Ohanyan barəsində ikinci cinayət işinin açılmasına səbəb ola bilər.

Ekspertlər isə hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdiyindən parlament aprel döyüşlərindəki uğursuzluğa görə Ser Sarkisyanın həbsinə qərar verə bilər. Əslində, eks-prezident Robert Köçəryanın təkrar həbsindən sonra hədəfdə Serj Sarkisyanın dayandığına dair proqnozlar artır. Çünki aprel məğlubiyyətinə görə “günah keçisi” kimi Serj Sarkisyanın seçildiyini görmək olar.

2016-cı ildə prezident Sarkisyan məğlubiyyətə görə, o zaman Ermənistan Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini tutan Artak Davtyanı məsuliyyətsizlikdə ittiham edərək işdən çıxartmışdı. Ancaq N.Paşinyan baş nazir seçildikdən sonra bütün kəşfiyyat sənədləri ilə tanış olduğunu və aprel döyüşlərində Artak Davtyanın səhvə yol vermədiyini bildirmişdi. Bununla da Paşinyan ittihamı dolayısı ilə Serj Sarkisyanın üzərinə yönəldir. Bu isə Ermənistan və “Qarabağ klanları” arasında siyasi qarşıdurmanın getdikcə dərinləşməsindən xəbər verir. “Məğlubiyyətin məsuliyyəti Sarkisyanın ayağına yazılır”

Politoloq Arzu Nağıyevin fikrincə, aprel döyüşlərindən sonra Serj Sarkisyan baş qərargah rəisini, bir çox generalları və zabitləri işdən qovdu. Lakin Paşinyan hakimiyyətə gəldikdən sonra bu məsələni yenidən araşdırmağa başladı. Bu isə “Qarabağ klanı”na qarşı mübarizə vasitələrindən biri kimi istifadə olunur: “2016-cı ilin aprel hadisələrinə görə “Qarabağ klanı”na bağlı olan Serj Sarkisyan, Bako Saakyan və onun cinayətkar dəstəsi məsuliyyət daşıyır. Robert Koçaryanın zərərsizləşdirilməsi, Manvel Qriqoryanın həbsi göstərir ki, Paşinyan həm “Qarabağ klanı”nın maliyyə resurslarını əlindən almağa çalışır, həm də həmin problemlərə “Qarabağ klanı”nın səbəb olduğunu deməyə çalışır. Sarkisyan vaxtilə işdən azad etdiyi generalların bəzilərini Paşinyan yenidən vəzifəyə qaytarır. Bu, Sarkisyana qarşı olan bir prosesdir. Paşinyan həmin məğlubiyyəti Sarkisyanın ayağına yazmaq istəyir. Yəni Sarkisyanın ali baş komandan kimi cinayət məsuliyyəti daşıdığını nümayiş etdirir. İstintaq Komisiyasının yaradılması da bu məqsədə xidmət edir. Bütün bunlar da “Qarabağ klanı”na qarşı atılan addımlardır”.

Arzu Nağıyev bildirdi ki, 2020-ci ildə Dağlıq Qarabağdakı qondarma rejimə “prezident” seçkiləri keçiriləcək. Paşinyan özünə yaxın adamı Dağlıq Qarabağdakı rejimin başına gətirməyə çalışır. Buna nail olmaq üçün Ermənistanın baş naziri Serj Sarkisyanı sıradan çıxartmağa çalışır: “Bu, həbslə də nəticələnə bilər, digər addımlar da atıla bilər. Məlumdur ki, həm Köçəryan, həm də Sarkisyan Rusiyaya bağlı şəxslərdir. Ona görə də Sarkisyanın həbsi Rusiya ilə razılaşdırılmalıdır”.

Rusiya Paşinyanı qazla boğur “Qarabağ klanı” ilə Ermənistan hökuməti arasında münasibətlərin gərginləşməsi Rusiyanın N.Paşinyana təzyiqlərinin artması ilə müşahidə olunur. Rusiya tərəfinin 1 yanvar 2020-ci ildən etibarən Ermənistana satdığı təbii qazın qiymətini 200 dollara qədər artırmaq niyyətində olduğu bildirilir. Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya Ermənistana satdığı “mavi yanacağın” qiymətini 150 dollardan 165 dollara qədər artırıb. Əgər təbii qazın satış qiyməti 200 dollara qədər artırılarsa bu, artıq iki il ərzində ikinci qərar olacaq. Kremlin bu addımının siyasi məqsəd daşıdığı şübhə doğurmur.

Çünki Robert Köçəryanın həbsindən sonra Paşinyan iqtidarının Putin hakimiyyəti ilə münasibətləri yenidən pisləşib. Əgər Serj Sarkisyan da azadlıqdan məhrum edilərsə, bu münasibətlər daha da soyuyan xətt üzrə gedəcək. Ona görə də Kreml digər ölkələrə olduğu kimi, Ermənistanı da ənənəvi təzyiq vasitəsi olan təbii qazın satış qiymətini artırmaqla hədələyir. Kreml həmin qərarı 2020-ci il yanvarın 1-də, yəni qış aylarında verməklə iqlimi soyuq olan Ermənistanın əhalisi arasında Paşinyan hökumətindən narazılıq yaratmağa çalışır. Arzu Nağıyevin sözlərinə görə, Ermənistan təbii qazı ya Rusiyadan, ya da İrandan almaq imkanına malikdir. Lakin ABŞ-ın Tehran rejiminə sanksiyaları ilə əlaqədar elektrik enerjisinin ixracını artırmaq yolu ilə İrandan əlavə “mavi yanacaq” almaq planı baş tutmayıb. Nəticədə, Ermənistan yeganə mənbə kimi Rusiya qazından asılı vəziyyətə düşüb: “Rusiya da Paşinyanın ikili oyuna keçdiyini başa düşüb təbii qazın tariflərini artırıb. Ancaq mən Ermənistan vətəndaşlarının etirazlara qalxacağını düşünmürəm. Çünki kompensasiyalar yolu ilə əhalini sakitləşdirmək mümkündür. Amma “Qarabağ klanı”nın və onların adamlarının hakimiyyətdə qalması Paşinyanın devrilməsinə gətirib çıxara bilər. Ona görə də ilk növbədə, o Serj Sarkisyanı sıradan çıxartmaq istəyir.
Cebhe.info
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari