Araz Əzimov niyə görünmür? - Adı nazir postuna əsas namizəd kimi hallanırdı...
Siyaset
Oxunub: 796
13 iy 2019 | 19:19
Araz Əzimov niyə görünmür? - Adı nazir postuna əsas namizəd kimi hallanırdı...













Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov əvvəllər xarici siyasət məsələləri ilə bağlı mətbuata ən çox müsahibə və açıqlama verən yüksək çinli məmurlardan idi. Ancaq bir neçə gün öncə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş nazir müavinini nədənsə son vaxtlar media nümayəndələri az-az görürlər. Sanki “kölgə”yə çəkilmiş A.Əzimovun jurnalistlərlə təması azaltmasının səbəbi məlum deyil.

Modern.az-ın məlumatına görə, bu günlərdə - bir ay öncə Araz Əzimovun həm doğum günü (13 iyun) olub, həm də nazir müavini təyin olunmasının (25 iyun) 25 illiyi.

Araz Böyükağa oğlu Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı bölməsini bitirib.

1984-1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət göstərib. Çoxları yəqin ki, A.Əzimovun o vaxtlar Azərbaycan Dövlət Radiosunun Xarici yayım bölümündə fars dili üzrə diktor işlədiyindən xəbərsizdir. Həmin illər çərçivəsində o, Əfqanıstanda tərcüməçi də işləyib.

1989-1990-cı illərdə Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib, 1990-1991-də 1-ci katib, 1991-1992-də müdir müavini işləyib.
1992-1994-də Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olub. 1994-cü il iyunun 25-fən indiyə kimi xarici işlər nazirinin müavini pustunu tutur.

Azərbaycan, ingilis, fars, rus və türk dillərini bilən 57 yaşlı nazir müavini evlidir, iki oğlu var.

Media əvvəllər mütəmadi olaraq Araz Əzimovun Qarabağ məsələsi ilə bağlı açıqlamalarını dərc edir, ondan tez-tez açıqlamalar alırdı. Qarabağ danışıqlarında prinsipial mövqeyi ilə tanınan A.Əzimov hətta nazirdən fərqli olaraq, daha sərt bəyanatlarla çıxış edirdi.
A.Əzimov illərdir ki, Qarabağ danışıqlarında “görünməz” fiqurdur və məlumatlara görə müzakirə olunan bütün sənədlər onun birbaşa iştirakı ilə hazırlanır.
Hətta bir ara onun Elmar Məmmədyarovdan sonra xarici işlər naziri postuna ən real namizəd olduğu söylənilirdi...

DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, Araz Əzimovun bir müddət əvvəl Nazirlər Kabinetindən yenidən XİN-ə transfer olunan Xələf Xələfovla münasibətləri gərgindir və bu görünməzlikdə sözügedən faktor rol oynaya bilər.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...