“Azərbaycanla savaşın ortasında enerji problemi ilə üzləşsək...” - Düşmən təşvişdə...
Siyaset
Oxunub: 596
13 iy 2019 | 19:51
“Azərbaycanla savaşın ortasında enerji problemi ilə üzləşsək...” - Düşmən təşvişdə...















Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasından doğan Dağlıq Qarabağ probleminin həllinə Qərbin və onun əsas qurumlarının yanaşması sözsüz ki, Azərbaycan üçün mühüm önəm kəsb edir. Təqdiredici haldır ki, bu mövqe müəyyən çatışmazlıqlara rəğmən, bizim milli maraqlarımızla əsasən üst-üstə düşür. Çünki həmin yanaşma beynəlxalq hüququn təməl prinsiplərinə, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə köklənir. Bu mövqe ermənilərin və erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, beynəlxalq təşkilatların sənədlərində əksini tapıb.

O ayrı məsələ ki, Ermənistana münasibətdə işğalçı kimi davranıb ona qarşı layiqli sanksiyaların tətbiqinə rəsmi Bakı hələ ki nail ola bilməyib. Bunun da səbəbi təəssüf ki, gizli-açıq xristian təəssübkeşliyi, Rusiya faktoru, böyük güclərin ermənilərdən maşa kimi istifadə etmək istəyidir. Ancaq enində-sonunda gerçək çətin də olsa, üzə çıxır, erməni yalanları ermənilərin köməyinə gələ bilmir.

Bunu Avropa İttifaqı Nazirlər Şurasının prezidenti Donald Tuskun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uoltersin təzəcə başa çatan Bakı səfərləri bir daha təsdiqlədi. Avropanın ən böyük təşkilatı sayılan Avropa İttifaqının 1-ci şəxsinin və dünyanın ən böyük hərbi-siyasi alyansı olan NATO-nun yetkilsi Bakıda təmsil elədikləri təşkilatları adından ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan elədilər.

Cənab Tusk İrəvanda olarkən də təxminən eyni mövqeyi sərgilədi, ermənilərin separatizmə haqq qazandırmaq üçün istifadə etdikləri “öz müqəddəratını təyinetmə” haqqından söz açmadı. Bununla da erməniləri pərt və məyus elədi. Bu kimi bəyanatların fonunda işğalçı tərəfin münaqişənin mahiyyətini öz maraqlarına uyğun təhrif edib dünya ictimaiyyətinə sırımaq cəhdləri absurd görünür. Necə ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan bu günlərdə ATƏT-ə üzv ölkələrin nazirlərinin Slovakiyada keçirilmiş qeyri-formal görüşündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin ölkələrə deyil, insanlara aid olduğunu və orada yaşayanların, yəni ermənilərin insan hüquqlarının müdafiə olunmasının vacibliyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ona layiqli cavabı gecikməyib. XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistan naziri əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir.

“İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz. Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər”, - XİN rəsmisi vurğulayıb.

*****

Ermənilərin faciəsi də ondadır ki, öz xoşbəxtliklərini qonşu xalqların bədbəxtliyi üzərində qurmağa çalışırlar. Nəticədə özləri də xoşbəxtliyə qovuşa bilmirlər. İşğalçı ölkənin və onun olan-qalan əhalisinin indiki miskin və acınacaqlı durumu, Ermənistan adlı simvolik dövlətin itirilmiş suverenliyi və kölə durumu buna əyani sübutdur. Eyni zamanda, bu durum işğalçılıq, qəsbkarlıq siyasəti aparanlara, aparmaq istəyənlərə bir ibrət dərsidir.

Ermənistana gəlincə, qeyd edildiyi kimi, bu ölkə özünü təcavüzkar siyasətin altını bütün dolağı ilə çəkir. Son günlər orada yaşananlar, ağır sosial-iqtisadi durum azmış kimi, energetik sferada özünü göstərən böhran, ölkənin iki gün öncə qəfildən zülmətə qərq olması birbaşa və ya dolayısıyla məhz Qarabağa görə Ermənistana tətbiq edilən blokada rejimi ilə bağlıdır. Üstəgəl, işğalçı üçün nəfəslik rolunda olan İrana qarşı ABŞ-ın güclənən sanksiyaları, qonşu Gürcüstanla Rusiyanın münasibətlərinin daha da pisləşməsi düşmən tərəfin vəziyyətini bir az da qəlizləşdirməkdədir. Bunu erməni təhlilçiləri özləri də etiraf edirlər.

“İranın elektrik enerjisi sektorunda yaranan problemlər Ermənistanın təhlükəsizliyini təhdid edir və bu, ölkəmiz üçün çox təhlükəlidir”. Bunu erməni politoloq Armen Zaxaryan deyib (teleqaraf.com). Ekspert son zamanlarda İrandan Ermənistana elektrik enerjisi satışında problemlərin yarandığını bildirib: “İranın enerjisi sistemində baş verən dəyişikliklər Ermənistan üçün çox təhlükəlidir. Əgər vəziyyət İranın energetika nazirinin dediyi kimidirsə, İran bu sahədə ciddi problemlərlə üzləşib və bu, heç də yaxşı deyil. Məlumdur ki, Azərbaycan ordusu aprel döyüşlərində pilotsuz uçan aparatlardan (PUA) istifadə etdi, bundan başqa onlar elektriklə işləyən cihazlardan istifadə etdilər. Ehtimal olunan bir savaşın ortasında enerji problemi baş versə, nə olacaq? Bu, Ermənistan silahlı qüvvələrinə ağır zərbə olacaq, modern silahlardan istifadə imkanlarını itirəcəyik. Buna görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır”.

*****

Doğru, Ermənistan rəhbərliyi, Paşinyan hökuməti hər şeyə görə məsuliyyət daşıyır. Ancaq erməni xalqının düşdüyü ağır vəziyyətə, 30 ildir yaşadığı iztirablara görə ilk növbədə elə onun özü - qonşu xalqa qarşı əsassız ərazi iddiası ilə yaşayan, öz xoşbəxtliyini Azərbaycan xalqının bədbəxtliyi üzərində qurmağa çalışan erməni xalqı cavabdehdir. Bu gerçəyi anlamayınca ermənilər rifaha qovuşmayacaqlar... \\musavat.com\\
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE