İrəvan işğal rejiminə Qərbdə dəstək axtarır - təhlükəli oyun
Siyaset
Oxunub: 608
19 iy 2019 | 17:17
İrəvan işğal rejiminə Qərbdə dəstək axtarır - təhlükəli oyun

Ermənistan rəhbərliyi xarici siyasətdə “iki stul” taktikasını davam etdirir. Baş nazir Nikol Paşinyan ümid edir ki, bu yolla həm Rusiyanın, həm də Qərbin, özəlliklə də ABŞ-ın eyni zamanda dəstəyini ala biləcək. Söhbət ən azından siyasi dəstəkdən gedir. Bu, Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün rəsmi İrəvana hava-su kimi lazımdır.

Diqqətçəkicidir ki, srağagün Ermənistanın müdafiə naziri David Tonoyan İrəvanda ABŞ səfiri ilə görüşüb. Bundan əlavə, Rusiyanın vassalı olan Ermənistanın iki yüksək vəzifəli şəxsi hazırda ABŞ-da səfərdədir. Bunlar - xarici İşlər naziri Zöhrab Mnatsakanyan və parlamentin spikeri Ararat Mirzoyandır. Ermənistan baş nazirinin müavini Tiqran Avinyan da dünən Amerikaya yola düşüb. Onun Nyu-Yorkda hansısa konfransda iştirak edəcəyi deyilir. Politoloq Elxan Şahinoğlunun təbirincə desək, Nikol Paşinyan Amerikaya əməlli-başlı siyasi desant göndərib. Ancaq nəticə olacaqmı?

Bir çox təhlilçilərə görə, Paşinyan Amerikadan pul qopara bilməsə də, heç olmasa, siyasi dəstəyə ümidlidir. Ancaq ABŞ özünə ən təhlükəli rəqib saydığı Rusiyanın forpostu rolunu davam etdirən Ermənistana belə dəstəyi verərmi? Sözsüz ki, Birləşmiş Ştatlardakı erməni lobbisi bu yöndə var gücü ilə çalışır, həmçinin xristian amili məsələdə ermənilərin xeyrinə işləməkdədir. Amma ABŞ üçün “qırmızı xətt” deyilən anlayış var ki, bu da onun geosiyasi maraqları, o sırada Güney Qafqazla bağlı dəyişməz strategiyası ilə birbaşa bağlıdır.

*****

“Hazırda Ermənistan rəsmilərinin ABŞ-a səfəri, həmçinin Tonoyanın ABŞ səfiri ilə görüşü Ermənistanın gələcəkdə Rusiya, yoxsa qərbyönümlü siyasət yürütmək istəməsi ilə əlaqəlidir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın hazırda ABŞ-da 3 ayrı-ayrı nümayəndə heyətinin olması, o cümlədən Ermənistan müdafiə naziri Tonoyanın ABŞ səfiri ilə görüşməsini şərh edərkən deyib.

O, bu yaxınlaşmanın səbəbini belə izah edib: “ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, demək olar ki, hərbi siyasətdə ən təcrübəli, böyük nüfuza malik insanlardan biridir. Boltonun ötən ilin payızında Cənubi Qafqaza ilk dəfə səfər etməsi onu göstərir ki, ABŞ administrasiyası bölgədə uzunmüddətli passiv siyasətdən sonra aktiv siyasətə keçir. Boltonun Cənubi Qafqaz ölkələrinə və bölgə üzərinə təşkil olunan səfərində müxtəlif fikirlər səsləndirilib. Ən maraqlısı budur ki, Rusiyanın nüfuzunu azaltmaq üçün Ermənistanın ABŞ-dan silah alması məsələsi gündəmə gətirildi. Həmin təklif Azərbaycana da aiddir. Bu baxımdan düşünürəm ki, hazırda mövcud olan vəziyyət silahla yox, Ermənistanın bundan sonra rusiyapərəst, yoxsa qərbyönümlü siyasət aparması ilə bağlıdır. Paşinyan administrasiyası bəyan edir ki, erməni rəsmilərinin ABŞ-a müxtəlif səfərləri baş tutacaq. Yəni Paşinyan artıq bu qərara gəlib ki, Rusiya onları qəbul etmirsə, ABŞ-la daha aktiv əlaqələr qursun. Çünki Paşinyan başa düşür ki, ABŞ Ermənistanın həm Rusiya ilə, həm də Qərblə yaxın əlaqələr qurması ilə razılaşacaq qədər sadəlövh deyil. Bu baxımdan hesab edirəm ki, bu cür addımlar gələcəkdə Ermənistanda hansısa ciddi daxili siyasi böhrana gətirib çıxaracaq”.

T.Zülfüqarovun sözlərinə görə, erməni rəsmilərinin ABŞ-a səfəri və son zamanlar keçirilən görüşlər Rusiya prezidenti Vladimir Putinin payızda gözlənilən Ermənistan səfərinə də təsir edə bilər: “Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra belə fikirlər səsləndirilirdi ki, o, Qərbdən dəstək alıb. Bir müddət sonra Paşinyan çalışdı ki, Rusiya ilə əlaqələri düzəltsin. Payız aylarında Putinin Ermənistana səfəri gözlənilir. Bütün bu proseslər, təbii ki, həmin səfər ərəfəsində yenidən nəzərdən keçiriləcək. Rusiyanın Ermənistanla bağlı əsas iradlarından biri ondan ibarətdir ki, rusiyapərəst siyasətçilər bu və ya digər səbəblərə görə siyasətdən və hakimiyyətdən uzaqlaşdırılır, müxtəlif ittihamlarla həbs edilirlər. Onlardan Rusiyaya ən yaxın olan və dəstək alan Köçəryandır. Köçəryanla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Çünki Putinin xahişi ilə Köçəryan azadlığa buraxılmalı idi, amma bu, baş vermədi”.

Politoloqun fikrincə, Paşinyan artıq Rusiya ilə bağlı siyasətinin faydasız olduğunun fərqindədir: “Yəni bu hadisələrin fonunda hiss olunur ki, artıq Paşinyan başa düşüb ki, onun bu cəhdləri nəticə vermir və verməyəcək. Çünki Rusiya ona müxalif olan qüvvələri, Qarabağ klanına aid insanları dəstəkləyir. Bu baxımdan Paşinyanın yeganə ümidi Qərbdir”.

*****

Ancaq əminliklə söyləmək olar ki, Qərb Rusiyadan hərbi-siyasi asılılıqda qalmaqda davam edən Ermənistana və onun rəhbərinə birtərəfli qaydada dəstək verməyəcək. Versəydi, bunu “məxməri inqilab”dan ötən 1 il 2 ayda edərdi. Yeganə əngəl, əlbəttə ki, Rusiyadır. Rusiya da öz növbəsində Paşinyan iqtidarının hərəkətlərini, xüsusən də xarici siyasətlə bağlı addımlarını və manevrlərini diqqətlə izləyir.

Şübhə yox ki, Moskva Qərbə, ABŞ-a sarı kəskin dönüş edəcək Ermənistan rəhbərliyinin başını tumarlamayacaq. O halda Kreml Nikol Paşinyan üçün həm daxildə, həm də Qarabağ cəbhəsində “sürprizlər” hazırlaya bilər. Erməni baş nazir isə indilikdə Rusiya və Qərb arasında tarazlıq yaratmaqla, daha dəqiqi, oynamaqla işğal rejimini bir müddət də davam etdirmək niyyətindədir.

Bu xüsusda Putinin oktyabrda Ermənistana gözlənilən səfəri kritik hesab oluna və bütün “kartlar”ı aça bilər. Xatırladaq ki, bu günlərdə erməni nəşrlərindən biri Moskvanın səfər reallaşanadək Putinin dostu Robert Köçəryanın azad olunmasını istədiyini yazmışdı. Bu, Köçəryan amilinin, Qarabağ klanının Kreml üçün önəmini göstərməklə yanaşı, Qərbdə dəstək axtarışına çıxan Paşinyan hökumətinə növbəti xəbərdarlıq, hətta təhdid sayıla bilər... \\musavat.com\\
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb