ONLAR DEPUTAT OLMAQ İSTƏYİR - Keçmiş nazirlərdən geridönüş cəhdi
Siyaset
Oxunub: 546
20 iy 2019 | 20:17
ONLAR DEPUTAT OLMAQ İSTƏYİR - Keçmiş nazirlərdən geridönüş cəhdi

Fövqəladə nəsə baş verməsə, gələn il Azərbaycanda Milli Məclisə yeni seçkilər keçiriləcək. V çağırış parlament seçkiləri 2020-ci ilin payızında baş tutmalıdır.

Gözləntilər gələn ilki seçkilərdə Milli Məclisin indiki tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi yönündədir. Bir sıra yaşlı deputatların, millət vəkilliyi ilə yanaşı, hökumətdə müxtəlif vəzifə tutan mandat sahiblərinin parlamentdən kənarda qalacağı proqnozlaşdırılır. Bununla yanaşı, bir çox sabiq yüksək vəzifəli şəxslər həmin seçkilərdə mandat almaq arzusundadır.

Qaynarinfo-ya daxil olan məlumata görə, onların arasında bir neçə eks-nazir də var. Hazırda həmin keçmiş iri məmurların hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkilliyinə namizəd olmaq üçün yollar axtardığına dair iddialar irəli sürülür. Belə sabiq nazirlərdən biri Heydər Əsədovdur.

Keçmiş kənd təsərrüfatı naziri 2013-2018-ci illərdə bu postu tutduqdan sonra aqrar sektorun inkişafı baxımından istənilən performansı sərgiləyə bilmədiyi üçün vəzifəsindən azad edildi. Bunun ardınca isə bir neçə ay əvvəl - apreldə Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektoru təyin olundu.

İddialara görə, rektor təyinatına qədər onun planında parlament üzvlüyü varmış. Hesablama Palatasının sədri və kənd təsərrüfatı naziri kimi yüksək postları tutmuş Əsədovun rektor vəzifəsindən məmnun olub-olmadığı bəlli deyil. Məlum olan bircə odur ki, o, ixtisası etibari ilə kənd təsərrüfatı naziri vəzifəsinə olduğu kimi, indiki postuna da uzaq şəxsdir. Bu mənada 60 yaşlı sabiq nazirin deputatlıq arzusundan əl çəkdiyi şübhə doğurur.

67 yaşlı sabiq nəqliyyat naziri Ziya Məmmədov da gələn ilki parlament seçkilərində namizəd ola bilımək üçün nəbz yoxlayır. O, heç olmasa bir çağırış Milli Məclisdə təmsil olunmaq istəyir. Karyerasının nazir postundan uzaqlaşdırılması ilə, üstəlik, ünvanına sərt tənqidlər və ittihamlar fonunda bitirilməsi ilə razılaşmayan keçmiş "nəqliyyat şefi"nin qardaşı, sabiq deputat bu ilin mayında Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.

Bəzilərinin fikrincə bu, hakimiyyət dairələrində Məmmədovlara qarşı münasibətin yumşalmasından xəbər verir. Elə sabiq nazir də buna ümid edir və 2020-ci ildə son parlament seçkisinəcən Milli Məclisin üzvü olmuş qardaşının yerinə parlamentə vəsiqə qazanmağı arzulayır.

58 yaşlı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da 2013-2018-ci illərdə tutduğu bu postdan azad edildikdən sonra gələn ilki parlament seçkilərindən ümidlidir. Sözügedən vəzifədən kəanrlaşdırıldıqdan sonra haqqında ciddi korrupsiya ittihamları səsləndirilən Müslümovun "vurulmasında" məhz yol verilən yeyintilərin həlledici olduğu deyilir.

Hazırda Milli Aviasiya Akademiyasında pedaoji fəaliyyətlə məşğul olduğu vurğulanan sabiq nazirin də 2020-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək üçün siyasi razılıq almağa açlışdığı vurğulanır.

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun tərcümeyi-halına deputatlıq mandatı artıq bir dəfə yazılıb: o, 2001-2004-cü illərdə Milli Məclisin və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olub.

2004-cü ildən nazir postuna yüksələn Abbasov 11 il bu postu tutub və rəhbəri olduğu nazirlikdə ciddi korrupsiya faktlarının aşkarlanması, eləcə də nazirliyin yüksək vəzifəli əməkdaşlarının həbsi ilə müşayiət olunan qalmaqallı "Rabitə işi"ndən sonra postunu itirib. İki il sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri təyin edilən keçmiş nazirin yenidən deputat olmaq istəməsi kifayət qədər real görünür.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb