26-07-2019, 21:53 Oxunub: 317

Kürsüyə pərçimlənənlər: Vilyam Hacıyev, Eyvaz Hüseynov, Malik İsaqov... - Onların gedişi nə zaman olacaq...

Kürsüyə pərçimlənənlər: Vilyam Hacıyev, Eyvaz Hüseynov, Malik İsaqov... - Onların gedişi nə zaman olacaq...

Azərbaycanda elə icra başçıları var ki, onlar bir rayona rəhbər təyin edilir, sonra da uzun müddət həmin vəzifədə qalırlar.

Məsələn, Gülağa İslamov Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısı postunu 25 yanvar 1995-ci il tarixində tutmuş və düz 23 il həmin vəzifədə qalmışdı.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olan Malik İsaqov isə düz 21 ildir eyni rayona rəhbərlik edir.

Ölkənin ən uzunmüddətli icra başçısı isə Eyvaz Hüseynovdir. O, Elçibəy hakimiyyəti zamanından bəri, nə az, nə çox, düz 27 ildir Xocavənd rayonunun rəhbəridir.

Lakin Azərbaycanda icra başçısı kimi zəngin tərcümeyi-hala malik olan, ən azı 3 rayona rəhbərlik etmiş şəxslər də var.

Qaynarinfo belə icra başçılarının kimliyini araşdırıb.

Belə ki, alnına icra başçılığı yazılanlarımız:

İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu vəzifəyədək iki rayona rəhbərlik edib. 26 mart 2004-cü ildə Göygöl (keçmiş Xanlar) rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Hacıyev, 7 fevral 2006-cı ildə Samux rayonunun rəhbərliyinə gətirilib. Burada 6 il çalışdıqdan sonra 14 aprel 2012-ci ildə İmişli rayonu İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Saatlı rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov isə 18 illik rayon rəhbərliklərində 18 illik təcrübəyə malikdir. O, 2001-2006-cı illərdə Göyçay rayonuna, 2006-2011-ci illərdə Şamaxı rayonuna, 2011-2019-cu illərdə Sabirabad rayonuna rəhbərlik edib. 17 may 2019-cu ildə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Nazim İsmayılov indiyədək ümumilikdə 4 rayonun icra başçısı postunu tutub.

Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da indiyədək bir neçə rayona rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü ildən 25.08.2002-ci ilədək Oğuz rayonu İcra Hakimiyyətinin başçısı işləyən Məmmədov sonralar Qəbələ (25.08.2002-ci il – 26.03.2004-cü il) və Biləsuvar (26.03.2004-cü il – 26.04.2011-ci il) rayonlarının rəhbəri olub. 2011-ci ilin aprelindən isə Qobustan rayonu İcra Hakimiyyətinin başçısıdır.

25 illik icra başçılığı keçmişinə malik olan Novruz Novruzov isə 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayon icra hakimiyyətlərinin başçısı vəzifəsində çalışıb. Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Novruzov bununla da indiyədək 4 rayon dəyişmiş olub.

Onu da deyək ki, karyerası ərzində ən azı iki dəfə icra başçısı olanlar daha çoxdurlar.
Bu rayonların icra başçıları əmrlərini gözləyir... - SİYAHI Bu rayonların icra başçıları əmrlərini gözləyir... - SİYAHI Siyaset Gəncənin icra başçısı postunda dəyişiklik GÖZLƏNİLİR Gəncənin icra başçısı postunda dəyişiklik GÖZLƏNİLİR Bolge Bu icra başçılarına Yaxşı YOL - millət gözün aydın Bu icra başçılarına Yaxşı YOL - millət gözün aydın Sosial 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var Siyaset Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - İDDİA Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - İDDİA Siyaset