"Yaxşı olardı ki, “Keşikçidağ” məsələsində AXCP sədrinin anti-milli, provokativ və qərəzli mövqeyinə nəzər yetirəydilər..." - PA rəsmisi
Prezident Administrasiyasının rəsmisi Bəhruz Həsənov Facebook sosial şəbəkəsində məqalə ilə çıxış edib.
Həmin məqləni dərc edir.
***
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov keçdiyimiz günlərdə gündəmin aktual mövzuları ilə bağlı əhatəli bir yazı qələmə alaraq, ictimai maraq doğuran bəzi məsələlərə aydınlıq gətirmişdir. O, geniş rezonans doğuran məqaləsində yaxın tariximizə ekskursiya etmiş, dövlət quruculuğumuzun inkişaf mərhələlərini əsaslı şəkildə təhlil etmiş, əldə edilən uğur və nailiyyətləri hər vəchlə qaralamağa çalışan radikal müxalifət cəbhəsini təkzibolunmaz faktlarla növbəti dəfə ifşa etmişdir.
Əslində burda qeyri-adi heç nə yoxdur. Çünki Əli Həsənov dövlətin ideoloji kursu ilə məşğul olan, informasiya siyasətini həyata keçirən şöbənin rəhbəridir və eyni sahə üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin köməkçisidir. Buna görə də respublikanın ictimai-siyasi həyatından birbaşa məsul olan dövlət rəsmisi kimi Əli Həsənovun zaman-zaman bu cür analitik və konseptual yazılarla çıxış etməsi tamamilə normaldır, hətta vacibdir. Belə aydın olur ki, məqalədə ifşa olunan radikal anti-milli ünsürlər və dövlətimiz üçün ağır nəticələnən hərc-mərclik dövrünün tör-töküntüləri üçün məlum yazı sarsıdıcı zərbə olub. Çünki Prezidentin köməkçisi həmin məqaləsində yaxın tariximizə bir daha işıq tutaraq, AXCP sədrinə çox da öyünüləsi olmayan siyasi keçmişini xatırladıb, onun xatırlamaq istəmədiyi faktları sadalayıb və layiq olduğu yeri göstərib. Əli Həsənovun Kərimlinin timsalında radikal müxalifət qanadına hücum etməsini müxtəlif yerlərə yozanlar yaxşı olardı ki, “Keşikçidağ” məsələsində AXCP sədrinin anti-milli, provokativ və qərəzli mövqeyinə nəzər yetirəydilər. O, var gücü ilə ictimai rəyi manipulyasiya edib hakimiyyəti təzyiq altına salmağa və ölkəmizi yeni toqquşmaya sürükləməyə çalışırdı. Ehtimal etmək çətin deyil ki, “Keşikçidağ” məsələsi Əli Kərimlinin rəhbər vəzifədə təmsil olunduğu AXC-Müsavat cütlüyünün fərsiz hakimiyyəti dövründə baş versəydi, Azərbaycan yeni bir böhrana yuvarlanacaqdı.
Beləliklə, Əli Həsənovun radikal müxalifəti tənqid etməsinin səbəbi onların hakimiyyətə qarşı destruktiv və qərəzli mövqe tutmaları, ümumilli məsələlərdə dövlət maraqlarına zidd mövqe sərgiləmələri, ölkəni xaosa və qarşıdurmaya sürükləmək cəhdləridir. Təəssüf ki, Əli Kərimli və onun tərəfdaşları tənqiddən nəticə çıxarmaq, bir hissəsində yer aldıqları məqaləni dərindən öyrənib, tezisləşdirib siyasi dünyagörüşlərində köklü islahatlar aparmaq yerinə şər-böhtan maşınını işə salmağa üstünlük veriblər. Adətən aciz insanların məğlub olduqları zaman əl atdıqları yeganə vasitə budur.
P.S. Hiss olunur ki, Əli Həsənovun öz məqaləsinin bir neçə abzasını Əli Kərimliyə həsr etməsi onu həyəcanlandırıb və xoşbəxtlik bəxş edib. Yazıda özü haqqında sərt ifadələrin yer almasına baxmayaraq AXCP sədri Prezidentin köməkçisi tərəfindən adının çəkilməsinin eyforiyasına qapılır, özünü bəxtəvər hiss edir və bundan piar kimi istifadə etməyə təşəbbüs göstərir. Bu da təbidir. Hansı ki, illərdir dəridən-qabıqdan çıxanlar bu uğura nail ola bilmirlər...
Bəhruz Həsənov, PA rəsmisi
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”