Düşmən ölkə işğalçı siyasətin altında qalıb - TƏHLİL
Siyaset
Oxunub: 553
6 avq 2019 | 22:43
Düşmən ölkə işğalçı siyasətin altında qalıb - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan 15 aydır haqqında danışdığı islahatlardan ictimai fikri yayındırmaq üçün az qala, hər gün təzə bir mövzu tapır. İki gün öncə o, facebook-da etdiyi canlı yayım zamanı isə maraqlı bir açıqlama verib. Bu dəfə o, eks-prezident Serj Sərkisyan dönəminə aid məxfi sənəd haqqında danışıb.

Məlumata görə, Paşinyan sənədlə bir neçə ay əvvəl tanış olduğunu, amma məzuniyyəti zamanı onu detallı şəkildə yenidən oxuduğunu bildirib (Məzuniyyət avqustun 2-də bitib). O, sənəddə məxfiliyin nədən ibarət olduğunu söyləməsə də, onun mahiyyəti barədə bəzi ifadələr işlədib. Sitat: “Sənədin vacibliyi ondadır ki, o, bizə ölkədəki real vəziyyət haqqında dolğun məlumat verir. Aydın olur ki, ölkədəki problemləri bir il ərzində həll etmək mümkün deyil. Sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilir”.

Siyasi analitiklər də onun bu sitatına dərhal diqqət çəkiblər.

*****

“Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sərkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel savaşı haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. Nikol Paşinyan Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələr-gəlməz, ordudakı korrupsiyadan danışmağa başladı. Paşinyan bunun ardınca parlamentdə aprel savaşını tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif etdi”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan baş nazirinin məxfi sənəd barədə söylədiklərini şərh edərkən deyib. Onun sözlərinə görə, əslində N. Paşinyan həmin təklifi ilə “4 günlük” aprel savaşının Ermənistan üçün ağır nəticələrinə işarə edib: “Daha sonra Paşinyana yaxın deputatlardan biri aprel savaşında Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki, itkilər mövzusu da Ermənistanda tabu idi. Nikol Paşinyan növbəti sirrin üstünü açıb. Sən demə, 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda ölkədəki dövlət strukturlarının faciəvi durumda olduğu bildirilirmiş”.

Politoloq qeyd edib ki, əgər Serj Sərkisyan bu hesabatı gizli saxlayırdısa, Nikol Paşinyan gizliliyə ehtiyac duymayıb və yazdığı statusda məsələnin üstünü bu şəkildə açıb: “Həmin hesabatı oxuyanda bu nəticəyə gəlirsən ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları iflic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursuzluğa düçar olub”.

Elxan Şahinoğlu vurğulayıb ki, Paşinyan ölkədə insanların problemlərini həll edəcək strukturların qalmadığını etiraf edib: “Paşinyanın fikirlərini tamamlayan bir başqa acı etirafı da diqqəti çəkir: “Hakimiyyətə gələndə elə bilirdim ki, heç olmasa işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, durum acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq”.

Bəs erməni baş nazir bu hesabatı niyə indi faş edir?

Politoloqa görə, Nikol Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gələrək vəziyyətin acınacaqlı olduğunu ona görə indi cəmiyyətə anladır ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər: “Paşinyan onu da izah etməyə çalışır ki, əlindəki resurslar islahatları sürətləndirməyə və müsbət nəticə əldə etməyə imkan vermir”.

Ekspertin fikrincə, N.Paşinyanın bu etirafları bizə müəyyən ipucları verir: “O da bundan ibarətdir ki, Ermənistanın dövlət strukturlarının acınacaqlı durumuna baxmayaraq, ermənilərin öz düşüncələrində yeganə “uğurları” Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır. Ancaq bu da onlara baha başa gəlir, işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir. Elə Paşinyanın dili ilə desək, Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bizdən tələb olunan odur ki, bunu Paşinyana daha geniş şəkildə anladaq. Bu izahın siyasi, iqtisadi və hərbi yolları var”.

*****

Məsələ də elə Ermənistan rəhbərliyinin ölkənin hansı səbəbdən dərin bataqlığa yuvarlandığını anlaması ilə bağlıdır. Belə bir dərk baş verəcəksə, “Biz on illərdir həll olunmamış Qarabağ məsələsinə görə iflic vəziyyətiyik” etirafı ən yüksək səviyyədə ediləcəksə, onda bəlkə Ermənistanın hansısa nicat yoluna çıxa bilməsindən danışmaq mümkün olsun.

Yəni bütün dərdlərin müalicəsi düzgün diaqnozun qoyulmasına birbaşa bağlıdır. Ermənistanın “inqilabçı və legitim” rəhbərliyi bu mənada sələflərindən fərqli olaraq, ölkənin düşdüyü acınacaqlı vəziyyətin əsas səbəbini öz xalqına açıq deməyi bacarmalıdır. Paşinyan bundan ötrü özündə iradəni tapa biləckmi?

Hər halda, ötən ay o, erməni xalqını illərdir Qarabağ müharibəsində mifik qələbəyə inandırmağa çalışan Sərkisyan-Köçəryan cütlüyündən fərqli olaraq, ilk erməni rəhbəri kimi etiraf etdi ki, Qarabağ müharibəsi hələ bitməyib. Bu, yaxşı etirafdır, ancaq erməni xalqının dərinə dərman olmaq üçün yetərli deyil. Yəni etirafın davamı gəlməlidir. Həm də o səbəbə ki, bu etirafdan Ermənistanın dünya ilə, Qərblə, özəlliklə ABŞ-la, Avropa ilə normal münasibətləri birbaşa asılıdır.

Yeri gəlmişkən, Paşinyanın hakimiyyətdə olduğu 15 ayda ABŞ, Avropa Birliyi tərəfindən ən yüksək səviyyədə, dəfələrlə çağırışlar səslənib ki, Ermənistan özünün inkişafına və milli təhlükəsizliyinə ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə anlaşıb dil tapmaqla, bununla da Rusiyanın təsir zonasından uzaqlaşmaqla nail ola bilər. Rəsmi Bakı da dəfələrlə Dağlıq Qarabağ ermənilərinə ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bəyan edib və bildirib ki, Ermənistanın “daşı ətəyindən tökməsi”, işğala son qoyması kifayətdir ki, o, ağır blokada və vassal vəziyyətindən qurtulsun, Azərbaycan və Türkiyənin dəstəyi hesabına əsl iqtisadi inkişaf və inteqrasiya yoluna çıxsın, əhalisi on illərdir sürən üzücü və miskin həyatdan, aclıq təhlükəsi və kütləvi köçdən xilas olsun.

Deyəsən Bakının, Brüsselin və Vaşinqtonun ismarışları indi-indi İrəvana çatır...
“Yeni Müsavat”
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?