Nüfuzu azalan Paşinyan Moskvanı aldatmaq istəyir - TƏHLİL
Siyaset
Oxunub: 562
6 avq 2019 | 19:19
Nüfuzu azalan Paşinyan Moskvanı aldatmaq istəyir - TƏHLİL

Avqustun 5-də işğal altında olan Dağlıq Qarabağ bölgəsində Azərbaycanın “Köçəri”si ən çox çalınan hava idi. Azərbaycan rəqsinə oynaya-oynaya Ermənistanın baş naziri Nikol Paşinyan, siyasi liderləri və xadimləri böyük-böyük ideyalardan, ümumerməni problemlərindən, mənsub olduqları etnik qrupun hədəflərindən danışıb. Hökumət başçısı ermənilərin “birləşmək”lə bağlı problemini yenidən vurğulayıb.

Son zamanlar Ermənistanda hökumət başçısına və hökumətə qarşı etiraz çıxışları artıb. Keçmiş prezident Robert Koçaryanın Paşinyan hökumətini “bacarıqsız, populist” adlandırması, bu ölkədə yeni seçkilərin taleyinin küçələrədə həll olunacağını, habelə payızda yeni hadisələrin baş verəcəyini vurğulaması baş nazirin kürkünə birə salıb.

Xocalı soyqırımını törədənlərdən olan Koçaryan bu günlərdə verdiyi müsahibəsində Ermənistan və Qarabağdakı ermənilər arasında problemin olduğuna da toxunub. Rəsmi Yerevan Qarabağdakı erməni separatçılarının yerinə özünün sözəbaxanadmalarını təyin etməyə səy göstərir.

Ancaq Koçaryan, Sarqsyan və onların dəstəklədikləri başqa bu kimi erməni liderləri Paşinyanın Qarabağda öz istədiyini qura bilməməsinə çalşırlar.

Ona görə də Paşinyan Xankəndidə Ermənistan və Qarabağ “xalqlarının” birləşmək , anlaşmaq problemindən danışıb. O bildirib ki, ermənidaxili problemlərin həllinə xarici qüvvələrin müdaxiləsinə cavab verilməlidir.

Əslində bu tezis rəsmi Yerevanın indiki vəziyyətini əhatəli xarakterizə edir. Belə məlum olur ki, Ermənistana və işğal altında saxlanılan Qarabağa ermənilər nəzarət etmir. Bundan başqa, bu ərazilərdə yaşayan ermənilər arasında ciddi problemlər mövcuddur. Həmin ziddiyyətləri isə ermənilər həll etməyə qadir deyillər. Ermənilərarası münasibət xarici qüvvələr həll edir.

Kimdir bu qüvvələr, Moskva, Paris, Vaşinqton, yoxsa erməni lobbisi və diasporu?

Fikrimizcə, hamısı. Bunlar ermənidaxili problemi həll etməyə çalışırsa, deməli Nikol Paşinyanın hökumətinin təmsil etdiyi etnik qrup daxilində nüfuzu ya azdır, ya da azalmağa başlayıb.

2050-ci (!) il üçün hədəflərindən danışan Paşinyan erməni xalqını əməlli–başlı ələ salıb. O, bu müddətdə ayılıq maaşların 7 dəfə artacağını, 2050-ci ildə Ermənistanın futbol üzrə dünya çempionu (!!!) olacağını, Ermənistan əhalisinin sayının 5 milyona çadıracaqlarını (son 6 ayda Ermənistanın daimi əhalsinin sayı 3,5 min nəfər azalıb - red.), 1,5 milyon yeni iş yerləri açacaqlarını və s. vədlər verib. Belə götürəndə ölkənin siyasi liderinin hədəfləri açıqlaması təbii sayıla bilər. Ancaq çıxışndan belə çıxır ki, Paşinyan 2050-ci ilədək hakimiyyətdə qalmaq istəyir. Ona görə bu müddətədək hakimiyyətdə qalmağı arzulamaq belə gülüncdür.

Çıxışında “Qarabağın Ermənistan olduğunu”, “Qarabağın Ermənstana birləşəcəyi” kimi xülyanı dünya ermənilərinə danışması Paşinyanın populist və avantürist olaraq qaldığını göstərir.

Bu vədləri ilə o, diaspor və xarici qüvvələr arasında itməkdə və azalmaqda olan nüfuzunu gücləndirməyə, artırmağa çalışır.

Ermənistanda Diasporla İş üzrə Nazirlik ləğv edildikdən sonra onun yerinə bu günlərdə Diaspor məsələləri üzrə komissar vəzifəsi təsis edilib. Ermənistan hakimiyyətinin diasporla bağlı qurduğu əvvəlki strukturlar dələduzluqla məşğul olduğundan bu sahədə rəsmi Yerevana inam qalmayıb. Ona görə Paşinyan Ermənistanın diaspor üzrə komissarı vəzifəsinə Zare Sinanyan adlı ABŞ vətəndaşı olan ermənini təyin edib. O, ABŞ-ın Qlendeyl şəhərinin meri işləyib. Sinanyan ilk səfərini Moskvaya edərək, Rusiyadakı erməni iş adamları və nüfuzlu erməni ictimai xadimləri ilə görüşüb. O, görüşdüyü adamları Ermənistana cəlb etməyə çalışıb.

Xankəndidə çıxışı ilə dünya ermənilərini, beynəlxalq ictimaiyyəti inandırmaq istəyib ki, Ermənistanın və Qarabağın problemlərinin həll etməyə qadirdir. Ancaq hansı qüvvə və maliyyə vəsaiti ilə? Bunu deməyib. Ümumiyyətlə, Paşinyanın çıxışlarında çox böyük vədlər verilir. Bu öhdəliklərin yerinə yetirilməsi üçün istifadə edəcəyi maliyyə vəsaitindən danışmır. O zaman belə bir sual doğur: Bu vədləri yerinə yetirmək üçün Ermənistanın hansı resursları var? Son bir ildə ölkəyə turzum axını yox dərəcəsindədir. Bir sıra dövlətlər vətəndaşlarını Ermənistana səyahətin riskli olduğu barədə xəbərdarlıq edirlər. Ötən il qonşu Gürcüstandan Ermənistana bir turistin belə səfər etməməsi ölkənin şəraitini və vəziyyətini göstərir.

“Köçəri” havası altında oynayan erməni liderləri işğal altında saxlanılan Dağlıq Qarabağın görməli yerlərini təbliğ edərək bölgəyə turist cəlb etməyi hədəfləyirlər. Ancaq hər zaman bu torpaqların işğaldan təmizlənməsi üçün əməliyyatların başlaya biləcəyi bir bölgəyə kim və niyə səfər edər? Bu baxımdan turzim üçün Qarabağ da Ermənistan işğalçı siyasəti ilə nəzarətsiz və riskli bölgəyə çevirib.

Paşinyan da sələfləri kimi Qarabağ kartından istifadə edərək siyasi, sosial və iqtisadi cəhətdən xal toplamağa, nüfuzunu artırmağa və maliyyə vəsaiti yığmağa, habelə sərmayə cəlb etməyə çalışır. Ancaq hadisələr göstərir ki, Qarabağ məsələsi Ter-Petrosyanı, Koçaryanı, Sarqsyanı hakimiyyətə gətirdiyi kimi devirdi də. Bu baxımdan növbədə Paşinyan olduğunu da ehtimal etmək olar.

Paşinyan Qərblə Rusiya arasında oyun oynayır. Hər ikisi ilə münasibət qurub, iki tərəfdən faydalanmağa çalışır. Qərb-Rusiya münasibətləri fonunda Paşinyanın ikiüzlülük etdiyi görünən qədərdir. Təmas xəttinə NATO qüvvələri və ya Rusiya hərbçilərinin iştirakı ilə sülhməramlıların yerləşdirilıməsi məsələsində rəsmi Yerevanın konkret mövqe ortaya qoya bilməməsi Paşinyanın və təmsil etdiyi siyasyi qüvvənin, hökumətinin zəifliyi və siyasi iradəsizliyinin göstəricisidir.

Beləliklə, yazını atalar sözləri ilə bitirmək istərdik: “İt qaya gölgəsində yatar, elə bilər öz kölgəsidir”, “İtin duası müstəcəb olsaydı, göydən yerə ət yağardı”.

Bir də dünya o gündədir ki, yalan hələ ayaq tutub yeriyir. Paşiyan da ermənilərə yüz illik nağılları danışır. //report.az//
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...