EVİNİ GİROV QOYARAQ MTN-dən CANINI QURTARDI, İNDİ İSƏ… – 2015-ci ildən başlanan cinayət işi niyə “dalana dirənib”?
Siyaset / Dunya
Oxunub: 1 031
15 avq 2019 | 17:44
EVİNİ GİROV QOYARAQ MTN-dən CANINI QURTARDI, İNDİ İSƏ… – 2015-ci ildən başlanan cinayət işi niyə “dalana dirənib”?

Eldar Mahmudovun işdən çıxarılmasından və MTN-dəki cinayətkar qruplaşmaya qarşı cinayət işi başlanmasından 4 ilə yaxın vaxt keçsə də, bu şəbəkənin törətdiyi cinayətlərə hərtərəfli hüquqi qiymət verildiyini söyləmək mümkün deyil. Belə ki, cinayətkar qruplaşmanın bir çox qurbanları hələ də öz haqlarını aramaq üçün istintaq orqanlarının qapılarında, məhkəmələrdə, dövlət idarələrinin qarşısında sözün əsl mənasında sürünməkdədirlər. Belələrindən biri də ehtiyatda olan polis polkovnik-leytenantı Əfsəl Xanlar oğlu Həsənəliyevdir.

Əvvəlki saylarımızda MTN özbaşınalığının, cinayətlərinin qurbanlarından biri, ehtiyatda olan polis polkovnik-leytenantı Əfsəl Xanlar oğlu Həsənəliyev, eləcədə Məcid Anqubazov, Elman Məsimov, Orxan Abdullayev, Sərdar İsmayılov və Cahangir Məmmədova qarşı törədilənlər barədə ətraflı məlumatlar dərc etmişdik.

Qısaca xatırladaq ki, sözügedən şəxslərin 2013-cü ildə Azərbaycan ərazisindən keçməklə Gürcüstandan İrana tranzit qaydada, tam qanunauyğun şəkildə apardıqları mallar guya “külli miqdarda dəyəri olan pirotexniki məmulatları və “skoç”u (yapışqan lenti) gömrükdən keçirərək, Azərbaycan Respublikasına gətirmə” adı altında müsadirə edilib, özləri isə həbs olunublar.

Hansı ki, həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib və bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bunu Gömrük Komitəsini sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin keçmiş MTN-in sabiq İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevə 25.09.2013-cü il tarixli sensasiyalı məktubu da təsdiqləyir. Həmin məktubda deyilir:

“Sizin 16.09.2013-cü il tarixli 20/2833 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, 11 sentyabr 2013-cü il tarixdə MTN əməkdaşları tərəfindən Qazax rayonu ərazisində saxlanmış Azərbaycan Respublikası vətəndaşı Əsədullayev Əbülfət Xanlar oğlunun idarə etdiyi 44 BB 952 dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomaşınının 44 ZA 041 dövlət nömrə nişanlı qoşqusunda aşkar olunan 23 000 kq çəkidə “Fişənglər” və 1050 kq çəkidə plastik kütlədən plitələr, özüyapışan rulonlarda olan və olmayan adları altında Tovuz Gömrük İdarəsinin “Sınıq-körpü” gömrük postunda beynəlxalq gömrük proseduru adı altında rəsmiləşdirilmiş və təyinatı üzrə Astara Gömrük İdarəsinə ünvanlanmışdır.

Qeyd olunan mallar Gürcüstan Respublikasının Tiflis şəhərindən Karlo Kotrikadze adlı şəxs tərəfindən İran İslam Respublikasının “Kalyar Co. LTD” şirkətinin ünvanına göndərilməklə, aidiyyatı mal-müşaiyyət sənədləri ilə 10.09.2013-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq-körpü” gömrük postunda gömrük orqanlarına bəyan olunmuş və xarici ölkənin müvafiq gömrük təminatı ilə təchiz edilmişdir”.

Lakin rəsmi dövlət qurumunun sənədlərinə məhəl qoymayan o vaxtkı MTN rəhbərliyinin tapşırığı və MTN Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyev, rəis müavini Təhsim Ağayev, şöbə rəisi Yasin Məmmədov və şöbə rəisinin müavini Nadir Mustafayevin iştirakı ilə sözügedən şəxslərə qarşı MTN-in məlum üsulları tətbiq edilərək, cinayət işi açılıb.

MTN çətəsinin əməllərindən zərər çəkən ehtiyatda olan polis zabiti Əfsəl Həsənəliyevredaksiyamıza müraciət edərək, xatırladıb ki, MTN-dəki bu dəstə onları bir neçə ay həbsdə saxladıqdan sonra 100 minlərlə ABŞ dolları məbləğində pullarını rüşvət kimi alaraq, məhkəmədə şərti iş kəsdirməklə azad edib.

Və bu zaman heç bir maddi imkanı olmayan Ə.Həsənəliyev 7 nəfər ailə üzvünün yaşadığı tək evini “Unibank”da girov qoyaraq, 75 min ABŞ dolları kredit götürməyə məcbur edilib və həmin pul ondan rüşvət kimi alınıb. Məlum devalvasiyalar və faizlər həmin borcu bir qədər də şişirdib. Ə.Həsənəliyev bu borcun 53 min manatını ödəsə də, qalanını verməyə gücü çatmayıb. Buna görə də bank onu məhkəməyə verərək, özünün dediyi kimi 220 min manat dəyəri olan evini 103 min manat qiymətləndirib və bankın mülkiyyətinə çevirib.

Nəticədə, biri körpə olmaqla, 7 nəfərlik ailə evsiz qalır, küçələrə atılır. Ə.Həsənəliyev bildirir ki, son olaraq, Nərimanov Rayon Məhkəməsində onun və ailə üzvlərinin yaşadıqları mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı “Unibank”-ın iddiası əsasında məhkəmə prosesi başlanıb. Lakin nədənsə, bank birdən-birə qərarını dəyişib və məhkəmədə iddia edib ki, guya Ə.Həsənəliyevlə razılığa gəlib.

Məhkəmə isə işin baxılmadan saxlanılması və sənədlərin banka geri qaytarılmasına dair qərar çıxarıb: “Mənə əvvəl dedilər ki, yeni qrafik açılacaq və pulu kiçik hissələrlə ödəməyə başlayacam. Razılaşdım. Lakin sonradan bankın təmsilçisi Pərviz Hüseynov bildirdi ki, qrafik açılmayacaq və evi mənim özümə satacaqlar”.

Zərərçəkmiş bankın mövqeyini anlamadığını bildirir və qeyd edir ki, nəinki öz evini yenidən bankdan ödəniş edib almağa imkanı yoxdur, ümumiyyətlə pensiyasından başqa hansısa gəlir mənbəyi mövcud deyil.

Qeyd edək ki, MTN-lə bağlı məlum hadisələr başlayandan sonra bu məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən 152006057 nömrəli cinayət işi açılıb və Ə.Həsənəliyev zərərçəkmiş kimi tanınıb. Lakin zərərçəkimiş bildirir ki, istintaq orqanı bu işlə bağlı heç bir lazımi tədbir görmür, 4 ildir iş tamamlanmır və onlara dəyən ümumilikdə 553.000 manat zərərin ödənilməsi üçün heç bir tədbir görülmür.

Zərərçəkmiş iddia edir ki, bununla bağlı Baş prokuror Zakir Qaralovun qəbulunda olsa da, ona nəinki köməklik göstərilib, hətta özünə qarşı qərəzli münasibətin şahidi olub:“2015-ci ildən başlayan cinayət işi “dalana dirənib”, “Unibank” isə pulunu tələb edir…”

Sonda ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, ictimaiyyətə üz tutan Ə.Həsənəliyev xahiş edir ki, açıq-aşkar ağır cinayət əməli törətmiş dəstə öz cəzasına çatdırılsın, onlara dəyən ziyan ödənilsin və 7 nəfərlik ailənin küçələrə atılmasının qarşısı alınsın./azpolitika.info/
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb