Köçəryanın vəkili işğal edilmiş ərazilərin bir qisminin Dağlıq Qarabağa aid olmadığını dedi - VƏ HAY KÜY QALXDI...
Siyaset
Oxunub: 560
16 avq 2019 | 19:21
Köçəryanın vəkili işğal edilmiş ərazilərin bir qisminin Dağlıq Qarabağa aid olmadığını dedi - VƏ HAY KÜY QALXDI...

Ermənistanda konstutusiya quruluşunu zorla dəyişdirməkdə ittiham olunan keçmiş prezident Robert Köçəryanın vəkili Ovanes Xudoyan Dağlıq Qarabağ ətrafındakı işğal edilmi ərazilərin bir hissəsinin “Dağlıq Qarabağa aid olmadığını” deyib. Virtualaz.org xəbər verir ki, vəkilin bu sözləri ətrafında hay-küy qalxıb, onu az qala xəyanətdə ittiham etməyə başlayıblar.

“Azadlıq” radiosunun erməni xidmətinin bildirdiyinə görə, qondarma “dqr prezidenti aparatının rəhbəri” David Babayan “artsax konstitusiyasına əsasən” bütün işğal edilmiş ərazilərin “dqr”ə aid olduğunu deyib. Onun sözlərinə görə, hər bir patriot hesab edir ki, keçmişə qayıtmaq mümkün olmayacaq, o cümlədən sərhədlər məsələsində.
Köçəryanın vəkili işğal edilmiş ərazilərin bir qisminin Dağlıq Qarabağa aid olmadığını dedi - VƏ HAY KÜY QALXDI...
Vəkil Ovanes Xudoyan həmin fikirləri Ermənistanın İctimai Televizyasına açıqlamasında 2008-ci il 1 mart hadisələri zamanı Dağlıq Qarabağdan Yerevana hərbi birləşmələrin yeridilməsi barədə danışarkən işlədib. Deyib ki, tanınmasndan, yaxud tanınmamasından asılı olmayaraq Dağlıq Qarabağ “müstəqil dövlət vahididir” və özünün silahlı qüvvələri var. Və həmin silahlı qüvvələrin tərkibindən bir nəfər də olsun hərbçi Ermənistana gətirilməyib.

Bu zaman jurnalist vəkildən soruşub: “Bəyəm siz zəbt olunmuş əraziləri də Qarabağın tərkib hissəsi hesab etmirsiniz?”

“Həmin ərazilərin bir hissəsi Dağlıq Qarabağ respublikasının ərazisi hesab edilə bilməz”,-vəkil belə cavab verib.

Köçəryan Azərbaycan ərazilərinin işğalına başçılıq edən biri kimi “Qarabağ qəhrəmanı”dır və onun vəkilinin işlətdiyi sözlər qondarma rejimin rəhbərliyini məmun etməyib.Amma Babayan deyib ki, onlar bu mövzu ətrafında spekulyasiya etmək istəmirlər. Çünki “konstitusiyada” bütün zəbt edilmiş ərazilərin “Dağlıq Qarabağ respublikası”na aid olduğu göstərilib.

Köçəryanı dəstəkləyən Daşnaksütun partiyası isə məsələni şərh etmək istəməyb. Hakim “Mənim addımım” fraksiyasından deputat Vahan Tevosyan isə vəkilin “təsadüfən belə fikirlər işlətdiyinə” ümid etdiyini bildirib.

Vəkil Xudoyan isə daha sonra Facebook-da izahatla çıxış edərək fikirlərinin yanlış yozulduğunu bildirib.

Lakin bu polemika, hay-küy ondan xəbər verir ki, Ermənistan rəhbərliyi, siyasi dairələri işğal edilmiş ərazilərin ümumiyyətlə geri qaytarılmaması xəttini tutub. Və “bir qarış da olsun torpaq qaytarmamaq” artıq Yerevanın Qarabağ məsələsindəki mövqeyi hesab edilə bilər. Hansı ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində verdiyi son bəyanatlar, Qarabağı Ermənistanın tərkib hissəsi elan etməsi, ətraf rayonlarda qanunsuz məskunlaşdırma üçün yeni yolların, suvarma sistemlərinin çəkilməsi də təsdiqləyir. O zaman “bir qarış da torpaq qaytarmaq istəməyən” düşmənlə danışıqlar masası arxasında nədən danışasan?! //Virtualaz.org//
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO