Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı
Siyaset
Oxunub: 496
22 avq 2019 | 10:38
Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı

Azərbaycan Ali Məhkəməsi 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə 11 il (2004-2015) Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olmuş Arif Əsgərov haqqında qərar çıxarıb.

Qərar belədir ki, keçmiş nazir müavini və oğlu Elnar birlikdə Əmanətlərin Sığortalanması Fonduna 92 min 622 dollar pul ödəməlidir. Səbəb isə Elnar Əsgərovun hələ atası nazir müavini olan dövrdə - 2015-ci ilin noyabrında «Dəmirbank»dan götürdüyü krediti qaytarmamasıdır. Atası bu kreditin qaytarılacağına zaminlik elədiyinə görə borcu qaytarmaq öhdəliyi onun da üzərinə qoyulub.

Elnar Əsgərovun bankdan krediti hansı məqsədlə götürdüyü məlum deyil. Amma ehtimal edir ki, bu borclanma nazir müavininin oğlunun adı keçən milyonlarla dollarlıq dələduzluq işi ilə bağlı olub. Həmin dələduzluq sxeminə görə Elnar Əsgərovun iki xalası oğlu həbsdədir. Keçmiş nazir müavinin Emin və Rahib Hüseynov adlı qohumları “Azərbaycan Dəmir Yolları” üçün yataq dəstələri və digər mallar alıb dəyərindən dəfələrlə baha satmaq, beləliklə də yaxşı qazanc götürmək adı altında müxtəlif adamları aldatmaqda, onların on milyonlarla manatını mənimsəməkdə təqsirli biliniblər. İş üzrə zərərçəkənlərin sayı 50-yə yaxındır.

Lakin məhkəmədə Hüseynov qardaşları bildirmişdilər ki, onların bu sxemdə rolu həlledici olmayıb-pullar yığılıb Elnar Əsgərova verilirdi. Adamları aldadanın əslində Əsgərov olduğunu deyən Hüseynov qardaşları Arif Əsgərovun “Bandotdel”də zərərçəkənlərin bir neçəsinə milyonlarla dollar ödədiyini də demişdilər. Ehtimal ki, banklardan borclanmaq da məhz zərərçəkənlərin pullarını qaytararkən lazım gəlib.

Virtualaz.org xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində ata və oğul Əsgərovlar haqqında qiyabi qətnamə çıxarılıb. Məhkəmənin onların üzərinə qoyduğu 92 min 622 dolların 86 min 026 dolları əsas borc, 6 mi 595 dolları faiz, 1 dolları isə cərimə borcudur.

Əsgərovlar bu qərardan xəbər tutandan sonra etiraz ediblər. Onların fikrincə, bu məsələyə Binəqədi Rayon Məhkəməsi baxa bilməzdi. Şikayət veriblər ki, bu iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin, orada yenidən baxılıb qərar verilsin. Ancaq onların şikayətləri təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Sabiq nazir oğlunun bir neçə bankdan götürdüyü kreditləri qaytarmadığı iddia olunur. «Dəmirbank»la yanaşı, «Bank of Baku» və «Bank Standard» (bu bankın lisenziyası ləğv olunduğuna görə iddiaçı qismində onun ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondudur) da ondan məhkəməyə şikayət edib.

«Bank of Baku»nun iddiası üzrə prosesdə E.Əsgərovun vəkili etiraz edib ki, bu işə Binəqədi rayon Məhkəməsində yox, Nərimanov rayon Məhkəməsində baxılmalıdır.Çünki E.Əsgərov Binəqədi rayonunda qeydiyyatda olsa da, faktiki Nərimanov rayonunda yaşayır. Amma bu şikayətlər təmin olunmayıb, yuxarı instansiyalar da qərar verib ki, «Bank of Baku»nun şikayətinə elə Binəqədi rayon Məhkəməsində baxılmalıdır.

Əmanətlərin Sığortalanması Fondunun «Bank Standard»a borca görə E.Əsgərova qarşı qaldırdığı iddia üzrə iş isə hazırda Ali Məhkəmədədir.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO