Xalik Məmmədov sosial narazılıq yaradır - Onun adı FETÖ siyahısından necə “silindi”?
Siyaset
Oxunub: 633
22 avq 2019 | 22:19
Xalik Məmmədov sosial narazılıq yaradır - Onun adı FETÖ siyahısından necə “silindi”?

Məmur özbaşınalıqları artıq çuvala sığmaz hala gəlib. Xüsusilə, iri çaplı məmurların və qohumlarının əməllərindən əhali cana doyub. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov ilə bağlı şikayətlər də ilk dəfə deyil. Bir müddət öncə oğlu, SOCAR-ın Türkiyədəki sabiq təmsilçisi Kənan Məmmədovun adı FETÖ işində hallanırdı. Məhz bu səbəbdən Türkiyədən çağırıldıqdan sonra şirkətlə də əlaqəsi kəsildi. Ancaq Xalik Məmmədovun FETÖ işinə görə, istintaqa çağırıldığı deyilsə də, postunu qorudu.

Ancaq görünən odur ki, Xalik Məmmədov postunu qorumaqla kifayətlənməyib, tam əksinə, daha da güclənib. Gücləndiyi üçün də qardaşını “Azərçay”ın rəhbəri təyin etdirərək, bu yolla cənub regionunda “Cəhri qaşığı” funksiyasını icra etməkdədir. Hər halda cənubdan gələn şikayətlər bunu deməyə əsas verir.

Məsələn, 68 yaşlı II qrup əlil və təqaüdçü Nəzir Nəzirli yazır ki, “On səkkiz nəfər ailə üzvüm var. Lənkəran rayonu Girdəni kəndində yaşayan sadə zəhmətkeş Azərbaycan vətəndaşıyam. Bizim dolanışımız torpaqla bağlıdır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 08 saylı qərarı ilə mənə və ailə üzvlərimə iki dövlət aktı ilə 1.09 ha və 0.16 torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədovun tapşırığı ilə qardaşı, “Astaraçay” MMC-nin direktoru Tələt Məmmədov və digər əlaltıları vasitəsi ilə zəbt edilmişdir.

Onlar tərəfindən zəbt edilmiş mülkiyyətimizdə olan torpaq sahələrinin özbaşına tutulması nəticəsində biz 4 ildir faktiki mülkiyyətimizdən məhrum olunmuşuq. Həmin torpaq sahələrində çay bitkisi əkilərək becərilir. Eyni zamanda becərilmiş çay yığılır və həmin sahədən mənfəət əldə edilir. Bizə həmin torpaq sahələri verilib ki, həmin torpaq sahələrini əkib becərək, ailəmiz maddi təminatını ödəyək.

Mülkiyyətimizdə olan torpaq sahələrinin zəbt olunması ilə bağlı hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikası Milli Məclisinə və digər qurumlara göndərdiyim şikayətlərə qanunamüvafiq surətdə baxılmır.

Həmin şikayət məktubları bizim şikayətçi olduğumuz “Astaraçay” MMC-nin yerləşdiyi Astara rayonu Çayoba kəndində yerləşən çay fabrikinə göndərirlər. Həmin müraciətlərə də baxılmır. Torpaq sahəsinin zəbt olunmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin dispoziosiyasına əsasən torpaq sahələrinin qanunsuz zəbt olunması cinayət məsuliyyətinə səbəb olsa da, qanunvericiliyin norması həmin şəxslərə tətbiq edilmir. Çünki, “Astaraçay” MMC-nin direktoru Tələt Məmmədovun arxasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov durur”.

Xalik Məmmədovla bağlı şikayət bununla da yekunlaşmır. Şikayətçi torpaqlarını sotu 50 manatdan Xalik Məmmədovun qardaşına satmadığı üçün oğlunun şərlənərək, həbs olunduğunu da iddia edir.

Başqa bir şikayətdə ARDNŞ-a eks-spiker Rəsul Quliyevin dönəmində gələn Məmmədovun ixtisarlarla savadlı kadrları şirkətdən uzaqlaşdırdığı, nədənsə əcnəbilərə üstünlük verdiyi bildirilir.

Sonda qeyd edək ki, Xalik Məmmədov təkcə SOCAR içində deyil, ümumiyyətlə, Azərbaycanda fətullahçı şəbəkənin əsas adamlarından biri sayılır. Yuxarıda qeyd etdiyimiz kimi, adı FETÖ işinə görə istintaqa çağırılanlar arasında hallansa da, sonradan bu məsələnin üstü örtüldü. Baxmayaraq ki, Türkiyənin bu barədə yazan qaynaqlarında da Xalik Məmmədovun ismi ön plandaydı. Hansısa əllər onu qorudu. Necə ki, o, uzun müddət fətullahçı liseylərin və sahiblərinin qorunmasında, hətta Azərbaycanda qalmasında mühüm rol oynamışdı. //istiqlal.az//
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...