Rusiyadakı şübhəli həbsin Eldar Mahmudovla nə əlaqəsi var? - İDDİA
Siyaset
Oxunub: 544
22 avq 2019 | 18:45
Rusiyadakı şübhəli həbsin Eldar Mahmudovla nə əlaqəsi var? - İDDİA

Dünən yerli KİV-lər tərəfindən ilginc bir həbs xəbəri yayımlandı. Qeyd edək ki, söhbət Azərbaycanlı iş adamı Nəsimi Sadıqovun avqustun 8-də Moskvanın Şeremetyevo hava limanında saxlanılmasından gedir.

Rus mediasınn yazdıqlarından belə aydın olur ki, iş adamı öz işçilərinin şikayəti əsasında saxlanılıb və Xakasiya Muxtar Respublikasına göndərilib. Hazırda o, Çernoqorski təcridxanasında Xakasiya prokurorluğu tərəfindən işində yol verdiyi ciddi nöqsanlara görə dindirilir.

Burada diqqətçəkən bir məqam var ki, o da Nəsimi Sadqovun məhz hava limanında saxlanılmasıdır. Bu isə o deməkdir ki, hərmyerlimiz Rusiyadan qaçmaq istəyirmiş necə ki, illər əvvəl Azərbaycandan qaçaq düşüb.

Bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə aydın olur ki, zamanında keçmiş MTN şefi Eldar Mahmudovun çətiri altında Azərbaycanda kifayət qədər güc sahibinə çevrilmiş və bu gücü ilə onlarla sahibkarın dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsəmiş Nəsimi Sadıqov məhz Eldar Mahmudovun XANƏDANI devriləndən sonra Azərbaycandan qaçmalı olub və dələduzluq yolu ilə əldə etdiyi milyonlar bu dəfə Rusiyaya yatırıb.

Xatırladaq ki, “MTN işi”nin dövrü mətbuatda aktuallıq təşkil etdiyi dönəmdə ən çox müzakirə olunan məqamlardan biri məhz milyonlarla vəsaitin ölkədən qanunsuz olaraq çıxarılması idi. İndi isə güman edilir ki, Nəsimi Sadıqov da həmin PUL AXININI təşkil edən ANA XƏTTlərdən biri kimi çıxış edib. Hər halda görünəni budur. Çünki Sadqova qarşı hələ də Azərbaycanda qalaq-qalaq ittihamlar var ki, onların barəsində heç bir hüquqi izahat verilməyib.

Onun Rusiyada həbsinə gəlincə isə, bu qərar da Sadıqovun Azərbaycandakı fəaliyyətinə bənzər notivlər əsasında verilib. Yəni “tanınmış iş adamı” olan həmyerlimiz yenə də köhnə vərdişlərinə sadiq qalaraq dələduzluq yolu ilə birdən-birə böyük pullar əldə etmək isəyib. Görünəni odur ki, Azərbaycandakından fərqli olaraq onun Eldar Mahmudov kimi himayədarlarının olmaması nəhayətdə Sadıqovun həbsinə gətirib çıxarıb.

Rusiya KİV-lərinin yazdığına görə, “Evrostroy” ASC-nin təsisçisi olan Nəsimi Sadıqovu prokurorluq qarşısında çıxaran əsas günahı 7 aydan çoxdur ki, işçilərinə maaş ödəməməsidir. Neçə müddətdir ki, Xakasiya Muxtar Respublikası azərbaycanlı iş adamının xakas işçilərini necə barmağına doladığını müzakirə edir.

Qeyd edək ki, Nəsimi Sadıqovun rəhbərlik etdiyi şirkət Rusiyanın Monqolustan sərhəddində R-257 Yenisey adlı magistralının bir hissəsinin yenidən qurulması layihəsinə podratçı kimi qatılıb. 5 ildir tamamlanmaq bilməyən bu layihəyə Federal büdcədən 2 milyard rubldan (30 milyon dollardan çox) artıq vəsait ayrılıb. Şikayətçilər və Rusiya hüquq mühafizə orqanları bu vəsaitin artıq mənimsənildiyindən və magistral yolun yenidənqurulması işinin məhz bu üzdən dayandırıldığından şübhələnirlər.

Dia.az-ın əldə etdiyi bilgilərdən aydın olur ki, Nəsimi Sadıqovla bağlı Rusiya tərəfi Azərbaycandan da əlavə bilgilər istəyə bilər: “Təbii ki, belə bir addımın atılması hüquqi baxımdan da anlaşılan və zəruridir. Əgər Nəsimi Sadıqovun himayədarları və yaxud da yaxınları Rusiya istintaqçılarına hansısa formada təsir edə bilməsələr və ədalətli istintaq hərəkətləri həyata keçirilmiş olsa, o zaman Azərbaycandan əlavə hüquqi bilgi yardım istənilə bilər. Belə olan şəraitdə isə Nəsimi Sadıqovun məhz yerli sahibkarlara qarşı etdiyi dələduzluq əməlləri yenidən dövriyyəyə girmiş olacaq”.

Əlavə bilgilərimiz olacaq. Bütün bu yazılanlarla bağlı istənilən maraqlı tərəfin mövqeyini işqlandrmağa hazırıq...
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"