Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"
Siyaset
Oxunub: 477
23 avq 2019 | 19:49
Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"

“GünayBank”ın keçmiş sədr müavini, saxtakarlıq edərək bankın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalovun atası, sabiq bankir Zakir Zeynalov oğlunun törətdiyi cinayət barədə açıqlama verib.
Zakir Zeynalov “Haqqın.az”ın redaksiyasına gedərək bu haqda açıqlama verib. O, mətbuatda qeyd edildiyi kimi cinayətlə əlaqəsi olmadığını və özünün banka qarşı səsləndirdiyi ittihamları rədd etdiyini deyib. Z. Zeynalov Eminin günahının məhkəmə tərəfindən müəyyən edilməsinin vacibliyini vurğulayıb:

“Ola bilər ki, oğlum günahkardır. Ancaq hesab edirəm ki, bunu ayrı-ayrı şəxslər, media yox, məhkəmə müəyyən etməlidir. Hazırda mənim üçün danışmaq çətindir. Ancaq bütün bildiklərimi hüquq-mühafizə orqanlarına və digər instansiyalara verdiyim ifadələrdə qeyd etmişəm. Çox xahiş edirəm, onlarla tanış olasınız”.

Zakir Zeynalov daha əvvəlki açıqlamalarında “Günay Bank”ı oğlunun əməlinə ortaq olmaqda ittiham etdiyinə görə təəssüfləndiyini bildirib: “Banka qarşı ittihamları oğlumun taleyindən narahatlıq keçirərək, affekt halında olarkən səsləndirmişəm. Eminin işində qanun pozuntularına yol verdiyini etiraf edirəm və inanıram ki, istintaq, məhkəmə hər şeyi obyektiv şəkildə aydınlaşdıracaq”.

Zakir Zeynalov redaksiyada olan zaman dəfələrlə öz açıqlamalarında vurğulayıb ki, oğlunun əməlləri ilə bağlı detalları öyrənəndən sonra “Günaybank”a olan bütün iddialarını tamamilə rədd edib.

Daha əvvəl Z. Zeynalov bəzi neqativ hallarla bağlı məhkəmədə açıqlama verəcəyini desə də, redaksiyanın sualına cavab vermək istəməyib. O qeyd edib ki, oğlu ilə baş verənlər sağlamlığına çox təsir edib və hazırda özünü hiss edir: “Bir daha deyim ki, mənim bankın sahibi Mahmud Məmmədova qarşı ünvanladığım bütün şikayətlər əsassızdır. Çünki onları bəzi mənbələrdən aldığım, daha sonra yalan olduğu aydınlaşan məlumatlara əsasən yazmışdım”.

Zeynalov “Niyə bir ata, həm də bank işində bilikli bir insan olaraq oğlunu səhvlərinə görə xəbərdar etməyib?” sualına oğlunun törətdiyi əməlin gözlənilməz olduğunu və onun bu işlə heç bir əlaqəsi olmadığı cavabını verib.

Sayt yazır ki, gənc, maddi cəhətdən çox təcrübəsi olmayan birinin bu qədər hiyləgər və geniş miqyaslı fırıldaqçılıq sxemini himayəçi olmadan həyata keçirməsi şübhəlidir.

Əlbəttə ki, bir ata kimi Zakir Zeynalovu başa düşmək mümkündür - oğluna görə üzülür və əlindən gələni edir ki, onun cəzası yüngülləşsin.

Lakin digər tərəfdən, Emin Zeynalov bir sıra maliyyə cinayətləri törədib, xeyli vətəndaşı aldadaraq külli miqdarda pul mənimsəyib.

Qeyd edək ki, istintaq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Emin Zeynalov Cinayət Məcəlləsinin 178.4 (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)