Deputatlar Mehriban Əliyevanı belə — TƏBRİK ETDİLƏR
Siyaset
Oxunub: 502
26 avq 2019 | 20:49
Deputatlar Mehriban Əliyevanı belə — TƏBRİK ETDİLƏR

Bu gün Azərbaycan Respublikasının Birinci vitse –prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Doğum günü münasibəti ilə Mehriban xanım Əliyevanın ünvanına dünyanın müxtəlif ölkələrindən, o cümlədən ölkə ictimaiyyəti təbriklər ünvanlayaraq, ona böyük hörmət və ehtiramlarını, xoş arzularını diləyirlər.
Təbrik edənlər sırasında millət vəkilləri də var. Birinci Vitse-prezidenti təbrik edən millət vəkili Məlahət İbrahimızı bunları deyib:

“Mehriban xanım Əliyeva harada çalışmasından asılı olmayaraq, fəaliyyətinin ilk günündən hər kəsin etimadını doğruldub, könüllərdə sönməyən ümid çırağı yandırıb və xalqın tükənməz sevgisini qazanıb.

Gördüyü misilsiz fəaliyyətinə görə O, milli-mənəvi dəyərlərin və mədəniyyətin qoruyucusu və təbliğatçısı, səhiyyənin, və təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi, ümidsizlərin, kimsəsizlərin dayağı adlandırılır. Beynəlxalq aləmdəki uğurlu fəaliyyəti ölkəmizin nüfuzunu yüksəklərə qaldırmaqla, Azərbaycan qadınının əzəmətini dünya insanına tanıdır. Möhtərəm Mehriban xanım Əliyeva insanlara xidmət etməkdən yorulmur, əksinə bundan zövq alır və xidmət etdikcə şöhrətilə vətənimizə başucalığı gətirir. Mehriban xanım əməlində mərhəmətin, məsuliyyətin və vicdanın dövlətinə, vətənə və vətəndaşına xidmət etməyin təməl prinsipləri olduğunu sübut etdi. O, hansı işi görməyə qərar verirsə, hansı layihəni gerçəkləşdirdisə, uğur və nailiyyətlərlə nəticələnir . Bu mənada O, tutduğu bütün vəzifələrə şərəf gətirməklə, onu ləyaqətlə yerinə yetirmişdir. Qazandığı hər uğurda ölkəsini sevməyin və ona xidmət etməyin, onun ləyaqətli elçisi olmağın formulunu göstərdi.

O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı, yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən haqq səsi oldu”.
Millət vəkili əlavə edib ki, M. Əliyeva nə qədər çoxsaylı və əzəmətli uğurlara imza atsa da, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha çox əzimkarlıqla çalışır: “Onun Azərbaycan dövləti və xalqı üçün ölkə daxilində və xaricdə gördüyü bu misilsiz işlərin mayasında yalnız bir məsələ dayanır. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası və soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Çünki onun da hamı kimi Qarabağ adlı nigaran yurdu, bülbülləri perik düşən Şuşa qalası var. Milli dövlətçilik tariximizin yadigarı olan bu Qala Tomris, Nüşabə, Sara Xatun, Xanqızı Natavan kimi...Onun da yolunu gözləyir.

Əminik ki, tezliklə möhtərəm Mehriban xanım Əliyeva ən yaxın silahdaşı olan Respublikamızın Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevlə xalqımızı bu müqəddəs arzuya qovuşduracaqdır”.

Millət vəkili Mirkazım Kazımov da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.

Bildirib ki, Mehriban Əliyeva sadəcə Birinci vitse-prezident olaraq deyil, ümumiyyətlə, bir vətəndaş, qadın, ana olaraq mövqeyini ortaya qoyaraq, Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb.

Onun sözlərinə görə, M.Əliyeva ona həvalə edilən bütün sahələrdə uğurlara imza atıb və ona olan etimadı doğrultduğundan, xalqın qəlbində Mehriban Əliyeva sevgisi çuğlayır.

M.Kazımov əlavə edib ki, bu gün M.Əliyevanın danılmaz xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, muğamı, həqiqətləri dünyaya çatdırılıb: “Məhz bu yorulmaz fəaliyyətin nəticəsidir ki, dünya birliyi Azərbaycan həqiqətlərini tanıdığından onun ədalətli mövqeyini dəstəkləməyə başlayıb”.

Deputat qeyd edib ki, M.Əliyevanın xidmətləri sahəsinsə Azərbaycanən səhiyyə, təhsil sahəsində xeyli işlər görülüb.

“Bu gün onun fəaliyyəti nəticəsində Azərbaycan humanitar diloq, mədəniyyətlərrarası mərkəzinə çevrilib və dünyanaın əsas məsələləri Bakıda müzakirə olunur. Bu Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevə və bu işdə ona yaxından kömək edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində mümkün olub. Onun haqqında günlərlə danışsaq bitməz...
Mən Birinci vitse-prezident Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və ürəyində olan və bu günə qədər edə bilmədikləri arzularının həyata keçirə bilməsi üçün uğurlar arzu edirəm",- deyə millət vəkili bildirib.

Millət vəkili Kamran Bayramov da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə təbrik edib:

“Bu münasibətlə Azərbaycan xalqı tərəfindən sevilən və rəğbətlə qarşılanan, onun maraq və mənafelərini hər zaman qoruyan, öz xeyirxahlığı və mərhəməti ilə seçilən, ölkəmizin inkişafına misilsiz töhfələr verən, Vətənimizə ancaq baş ucalığı gətirən hörmətli Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, bütün işlərində tükənməz uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq!”

Millət vəkili İlham Məmmədov da Birinci Vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edərək bunları qeyd edib:

“Xeyirxahlıq və mərhəmətin məbədi olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın kecdiyi mənalı ömür yolu yüksək humanizmi, xeyirxaqlığı , nəcibliyi və bütun bunlarla yanaşı bənzərsiz ictima-isiyasi fəaliyyəti nəinki ölkəmizdə, elecə də dünyada yüksək ehtiram və bənzərsiz bir nümunə kimi dəyərləndirilir, humanizm ,xeyirxahlıq və nəcib əməlləri bəşər durduqca yaşayacaqdır.

Müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin şah əsəridir, əmanətidir. İnkişaf kursumuz məhz Heydər Əliyev kursuna əsaslanır. Mehriban xanım da istər ictimai–siyasi, istərsə də mənəvi, humanitar, mədəni sahələrdəki qlobal fəaliyyətinin əsas fəlsəfəsi və ən ali məqsədi Heydər Əliyev irsini və Heydər Əliyev amallarını qorumaq, yaşatmaq və təbliğ etməkdir. Ölkəmizin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyeva Azərbaycanın ən tanınmış nüfuzlu siyasi xadimidir. Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan və 700 mindən cox üzvü olan Yeni Azerbaycan Partiyasının sədr müavinidir. Bu sahədə də Mehriban xanımın uğurlu fəaliyyəti partiyamızın hər bir üzvünün ideoloji, siyasi sahədəki fəaliyyətində bir yol və bir örnəkdir. Bəşər tarixi yaranandan hər bir yaranmış sənət əsərinin, musiqinin, nəğmənin, şerin öz müəllifi olur. Bu gün Azərbaycanımızdakı mərhəmət, şəfqət, xeyirxahlıq əsərinin də müəllifi xanım Mehriban Əliyevadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Mehriban xanım haqqında dediyi bir fikri xatılatmaq istəyirəm. “O insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilir. Bu onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik , insansevərlik, mərhəmət, Azerbaycan xalqının mentalitetinə, mədəniyyətinə düsüncəsinə əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri hələ bundan sonra da davam etdirəcək”.

Bu ali və nəcib missiyanı xalqımızın, doğma Azərbaycanımızın inkişafi naminə uğurla həyata keçirilməsindəki fəaliyyətində Birinci Vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya uğurlar arzulayırıq.

Allahdan sizə möhkəm can sağlığı arzulayırıq.Ulu Tanrının Mərhəməti və xeyir-duası həmişə sizinlə olsun”.

Deputat Tahir Mirkişili Mehriban xanımı təbrik edib:

“O, yüksək humanizm, xeyirxahlıq və nəciblik kimi ali xüsusiyyətlərə sahibdir... Onun bənzərsiz ictimai fəaliyyəti var... O, həyatının mənasını vətənə, xalqa və insanlara xidmətdə görür...O, şərqi qərbdə, qərbi isə şərqdə təmsil edir...O, 10 minlərlə insanın amnistiyaya düşərək azadlığa qovuşmasının təşəbbüskarıdır... O, minlərlə məktəb, xəstəxana, qaçqın və məcburi köçkünlər üçün mənzillərin tikintisinin təşəbbüskarıdır...O, xaricdə Azərbaycanı ən yaxşı təbliğ edən insanlardandır...O, siyasi karyerası, ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə gəlir...O, Azərbaycanın Birinci xanımı və Birinci Vitse-prezidentidir... O, azərbaycanlıdır!

O, Mehriban xanım Əliyevadır! Xalqımızın rifahı və dövlətimizin güclənməsi missiyasında Ona daim uğurlar arzu edirik! Həyatda daim sevinc dolu anlar yaşasın!”
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"