XİN: Ermənistan bu qətnaməni də təhrif etməkdən çəkinmir
Siyaset
Oxunub: 1 185
12 iy 2015 | 09:20
XİN: Ermənistan bu qətnaməni də təhrif etməkdən çəkinmir

















“Bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə müsahibəsini təqdim edir:

Bu ilin 9 iyul tarixində Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclası çərçivəsində məruzəçi Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul edilib. Qətnamədə həlli uzadılmış münaqişələr məsələsi necə əhatə olunub?

- Qətnamədə Avropa Qonşuluq Siyasəti bölgəsinin təhlükəsizliyi məsələsinə əhəmiyyətli yer ayrılıb. Belə ki, qonşuluq ərazisinin böyük hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi qeyd olunaraq bu ərazidə mövcud olan həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişiklik proseslərinə əngəl törətdiyi vurğulanır. Bu xüsusda, AQS-nin inkişafına başlıca maneə törədən həlli uzadılmış münaqişələrin həm Şərq, həm də Cənub istiqamətində həllində Aİ-nin daha fəal rol oynamalı olduğu qeyd olunur.

Qətnamədə Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir.

Qətnamənin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur və AQS-nin bu prinsiplərə töhfə verməklə yanaşı, onları təcrübədə dəstəkləməli olduğu qeyd olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qətnamə AP-nin bundan öncəki 23 oktyabr 2013-cü il qətnaməsinə istinad edir və xatırlatmaq istərdik ki, burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ifadə olunaraq bəyan edilirdi: “Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur və Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nin məlum 4 qətnaməsi əsasında həll olunmalıdır”.

Təəssüflər olsun ki, münaqişənim həllinə dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan bu qətnaməni də təhrif etməkdən çəkinmir. Hətta reallıq hissini itirərək qətnamədə olmayan ifadələri belə yalan şəklində ora əlavə etməkdən çəkinmir. Bu da əslində zəifliyin və Ermənistanın beynəlxalq səviyyədə artmaqda olan təcridinin göstəricisidir.
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…