İranın Qarabağ səhvi - TƏHLİL
Siyaset
Oxunub: 469
28 avq 2019 | 16:50
İranın Qarabağ səhvi - TƏHLİL

İranın Azərbaycana münasibəti birmənalı qiymətləndirilmir.

Tehranın dəfələrlə ən yüksək səviyyədə Ermənistana verdiyi dəstək rəsmi İrəvan üçün “nəfəslik” rolunu oynayıb.

İqtisadi əlaqələr, birgə hazırlanan layihələr siyasi müstəvidə də əksini tapıb. Dağlıq Qarabağ münaqişəsi zamanı İranın işğalçı Ermənistana verdiyi dəstək o qədər də uzaq olmayan tarixdir. Bu günlərdə isə bu dəstək rəsmi şəkildə etiraf olunub. Belə ki, İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, Uyğurstan və Kəşmir məsələsilə bağlı mövqeyini tənqid edib.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəsinin Ermənistanın tərəfini tutduğunu etiraf edib: “Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində Azərbaycanın haqlı olmasına rəğmən, biz etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Biz Çinin Uyğur vilayətindəki müsəlmanlara qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Biz Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik". Əli Mütəhhəri ölkəsinin Kəşmir məsələsinə yanaşmasını da tənqid edib və atılan addımların yetərli olmadığını deyib: "Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik".

Maraqlıdır, İran Azərbaycanı niyə dəstəkləmir?

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında İranın Azərbaycanı yox, Ermənistanı dəstəkləməsinin səbəblərini izah edib. F.Sadıqov hesab edir ki, bu məsələdə Rusiya faktoru da önəmli rol oynayır:

“İranın xarici siyasəti bir sıra məqamlara əsaslanır. Bu məqamlar da, çox təəssüflər olsun ki, bəzi hallarda islam dəyərlərinə arxalanmır. Məsələn, İslam Əməkdaşlıq Konfransı Təşkilatında İran Azərbaycanı dəstəkləyən bəyanata səs verib. Rəsmi Tehran ərazi bütövlüyümüzü tanıyır, bunu dəfələrlə səsləndirib. Amma onlar hesab edir ki, İranın strateji regional maraqları daha üstündür, nəinki islam dəyərləri. Çünki bir tərəfdən bizi dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Ermənistanla əməkdaşlıq edir. Biz bunu yaxşı dərk edir, başa düşürük. Güya İran Ermənistanla qonşudur və qonşuluq siyasəti aparır. Qonşuluq siyasətində düşmən axtarmaq fikrində deyillər. Digər tərəfdən, İran-Rusiya münasibətləri də buna ciddi şəkildə təsir edir. Çünki bilirik ki, Ermənistan Rusiya münasibətləri hər zaman müttəfiqlik səviyyəsində olub və birmənalı şəkildə Ermənistanın arxasında Rusiya dayanır. İran başa düşür ki, Ermənistana qarşı hansısa ciddi bir addım atsa, Rusiyanı qıcıqlandıracaq”.

F.Sadıqov qeyd edib ki, İran əslində, müstəqil siyasət yeritmir. Politoloq Ermənistan-Azərbaycan münaqişəsinə Türkiyə yanaşmasını misal çəkib:

“Təbii ki, Azərbaycan İranın bu istiqamətdəki siyasətini dəstəkləyə bilməz. Ermənistanla İranın münasbətləri indiki formatda Azərbaycanın maraqlarına uyğun deyil. Amma eyni zamanda başa düşürük ki, İran böyük, regional, qonşu dövlətdir. Lakin özünü Türkiyə kimi daha müstəqil apara bilərdi. Türkiyə Ermənistanla sərhədləri bağlayıb, diplomatik münasibətləri qırıb. Amma İran bunu etmir. İran bu istiqamətdə ilk növbədə bu məqamlara əsaslanır. Bunu isə ancaq təəssüflə qeyd etmək olar”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO