Mikayıl Cabbarovdan əmr – Köhnə qaydalar ləğv edildi, yeniləri təsdiqləndi
Siyaset
Oxunub: 516
29 avq 2019 | 15:11
Mikayıl Cabbarovdan əmr – Köhnə qaydalar ləğv edildi, yeniləri təsdiqləndi

Vergilər Nazirliyi “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış forması və “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışın tərtib edilməsi qaydasını təsdiq edib.

Nazirlikdən verilən məlumata görə, bununla da Vergilər nazirinin 16 aprel 2019-cu il tarixli əmri ilə təsdiq olunmuş arayış forması və qaydalar ləğv edilib. Yeni qaydalar və arayış forması cari ilin oktyabrın 1-dən qüvvəyə minəcək.

“Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına arayış təqdim edilmir.

Qaydaya əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş metodda hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulmuş metodda isə vergi ödəmələrinin məbləği bu rübdəki gəlirin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsindəki metodu seçdiyi halda, mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda, vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılan və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:

– mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır;

– cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır;

– rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələri aparılmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayış vergi orqanına təqdim edilməlidir;

– sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh