“AST Telman”ın İsveçrədəki bank hesablarına həbs qoyulmasının pərdəarxası
Siyaset
Oxunub: 493
31 avq 2019 | 12:00
“AST Telman”ın İsveçrədəki bank hesablarına həbs qoyulmasının pərdəarxası

Tanınmış hüquqşünas hesabların “dondurulması”nın necə baş verdiyini açıqladı

Azərbaycanlı biznesmen Telman İsmayılovun İsveçrədəki bank hesablarına həbs qoyulub. Bu barədə VTB banka məxsus “Moskva” bankı məlumat yayıb. Həbs “AST Telman” kimi tanınan iş adamının böyük miqdarda borcunu ödəmək məqsədi ilə əlaqələndirilir. İddiaya görə, İsveçrə hesablarındakı məbləğ Rusiyada fırıldaqçılıqla əldə edilən çirkli pulların yuyulması üçün istifadə edilib.

Qeyd edək ki, Telman İsmayılov hazırda ailəsi ilə Monteneqroda yaşayır. O, iki nəfərin qətlinə görə 2017-ci ildə “İnterpol” xətti ilə axtarışa verilib. Biznesmenə qarşı adam qaçırma, saxtakarlıq və digər cinayətlər ittihamı irəli sürülür.

Bank hesablarına həbs qoyma praktikası necə gerçəkləşdirilir? Bu və ya digər ölkənin çıxardığı qərarla istənilən ölkədə yerləşən bank hesablarına həbs qoyula bilərmi?

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycan qanunlarına görə ölkə ərazisində yerləşən banklardakı hesablara yalnız məhkəmə qərarı əsasında həbs qoyula bilər: “Gələn məlumatlardan belə aydın olur ki, İsveçrədə durum fərqlidir, orada prokurorluğun da belə bir səlahiyyəti var. Bank hesabına həbs qoyulması üçün ciddi əsas olmalıdır. Həbs qərarları məhkəmə prosesi başlamazdan əvvəl qoyulur. Bir şəxs məhkəmədə iddia qaldırır ki, Telman İsmayılovun mənə borcu var. İddianı verəndən sonra dərhal vəsatət təqdim olunur ki, ola bilər ki, proses illərlə davam edəcək və Telman İsmayılov bank hesabını boşalda bilər. Yəni hesabdan pulları çıxarıb xərcləyəcək. Ona görə də hesaba həbs qoyulması tələb olunur. Məhkəmə hesab etsə ki, bəli, Telman İsmayılov elə bir insandır ki, etibar doğurmur, həqiqətən sabah pulları xərcləyə bilər, bu halda hesaba həbs qoyulur. Mümkündür ki, İsveçrə prokurorluğuna belə bir səlahiyyət verilib”.

Əkrəm Həsənov deyir ki, Azərbaycan məhkəmələrində bank hesablarına həbs qoyulması praktikası var: “Azərbaycan məhkəmələrində iddianın təmini tədbiri kimi proses başlayan zaman belə vəsatətlər təqdim olunur. Bank hesabına borc qədərində həbs qoyulması istənilir. Məsələn bir şəxsin başqasına 100 min manat borcu var, hesabda isə məbləğ 1 milyondur. 100 min həcmində həbs qoyulması istənilir. Yəni cavabdeh məhkəmə dövründə hesabdan yerdə qalan 900 min manatı götürə bilər. 100 min manata isə məhkəmə iş üzrə qərar verənə qədər sərəncam verə bilməz. Məhkəmə qərar verəndən sonra iddia təmin olunsa, 100 min iddiaçının hesabına köçürülür. Təmin edilməsə, həbs qərarı ləğv olunur və sahibinin sərəncamında qalır. Bu geniş yayılmış praktikadır”.

Əkrəm Həsənov Azərbaycan məhkəmələrinin müvafiq qərarlarının xaricdə, Avropa ölkələrində qüvvəsinin olub-olmaması məsələsinə də aydınlıq gətirib: “Azərbaycan məhkəməsi İsveçrədəki hər hansı bir bank hesabına həbs qoyulması haqda qərar veribsə, həmin qərar İsveçrə məhkəməsi tərəfindən tanınmalıdır. Bir qayda olaraq Avropa ölkələrinin məhkəmələri Azərbaycan məhkəmələrinin qərarlarını tanımır. Buna səbəb kimi Azərbaycan məhkəmələrində ədalətin olmadığını göstərirlər”.

Hüquqşünas deyib ki, məhkəmə qərarlarının qarşılıqlı tanınması haqda müqavilələr olsa da, ümumi prinsip Azərbaycan məhkəmələrinin qərarlarının tanınmasına söykənir.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər