"Qalib Salahzadənin sözləri cəfəngiyyatdır, növbəti uydurmadır" - İTTİHAM
Siyaset
Oxunub: 591
31 avq 2019 | 23:51
"Qalib Salahzadənin sözləri cəfəngiyyatdır, növbəti uydurmadır" - İTTİHAM

“Hacı Qalib Salahzadə əvvəllər də olduğu kimi qeyri-ciddi açıqlamalar verməklə yaxasını kənara çəkməyə çalışır. Gah deyir ki, mənim o işə aidiyyətim yoxdur, gah da ki, Bilgəhdə Aslan Salahzadə küçəsini olmadığını iddia edir, həccə adam göndərməkdən dəm vurur. Faktiki isə mənim 25 sot özəl torpağımı, həmin torpaq üzərindəki 2 və 3 mərtəbəli mülklərini darmadağın edib, hansını ki, heç düşmən də düşmənə etməzdi, o edib. Həyətimdəki böyük hovuzu dağıdıb, şirin su quyusunu məhv edib, ağacları buldozerin qabağına verib. İndi də bizə şər atmaqdan çəkinmir” - Azərbaycan vətəndaşı Seymur Quliyev belə deyir. Bir neçə gün əvvəl Seymur Quliyev və digər bir neçə şəxs sabiq deputat Qalib Salahzadənin qanunlara məhəl qoymaması, məhkəmə qərarlarını icra etməməsi, Bilgəh qəsəbəsində vətəndaşlara məxsus torpaqları zəbt etməsinindən dolayı Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətində mətbuat konfransı keçirib.

Həmin mətbuat konfransında çıxış edən Seymur Quliyev Qalib Salahzadənin onun Bilgəh qəsəbəsi A.Salahzadə küçəsi döngə 21, 2 saylı ünvanını zəbt eləməsi, oranın dayanacağa çevrilməsindən bəhs edib. Bundan sonra Qalib Salahzadə açıqlama verərək Bilgəhdə ümumiyyətlə belə bir küçə olmadığını, deyilənləri yalana çıxarmağa cəhd etmişdi. Seymur Quliyev deyir ki, Qalib Salahzadənin sözləri cəfəngiyyatdır, növbəti uydurmadır.

“Redaksiyanıza təqdim etdiyim bu sənədi Əmlak Məsələləri Dövlət Komitəsi 30 may 2017-ci ildə Sabunçu Rayon icra Hakimiyyətinə, mənə və qonşum Əliyev Nurid Məcid oğluna göndərib.

Həmin məktubun mətni belədir:

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi. ASalahzadə küçəsində yerləşən daşınmaz əmlaka gediş-gəliş yolunun kənar şəxslər tərəfindən zəbt edilməsi məsələsinin araşdırılması barədə vətəndaşlar Quliyev Seymur İsrafil oğlu və Əliyev Nurid Məcid oğlunun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 14 aprel 2017-ci il tarixli 16/Q-1676-148 saylı müraciətinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla bağlı Komitənin mütəxəssisləri tərəfindən yerində aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-319/2015 saylı, 11 noyabr 2015-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-561/16 saylı, 17 mart 2016-cı ıl tarixli qərarları əsasında Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, 2 saylı fərdi yaşayış evinin 0.20 ha həyətyanı torpaq sahəsi üzərində vətəndaş Quliyev Seymur İsrafil oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna baxmayaraq S.İ.Quliyevin həyətyanı sahəsinə, eləcə də Seymur Quliyev

Bunu yazan Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirovdur. Yəni Qalib Salahzadənin dediklərinin həqiqət olmadığını bu məktubun mətni ortaya qoyur. Qalib Salahzadə 2012-ci ildə mənə məxsus özəl mülkü zəbt edəndən sonra bu iş üzrə dəfələrlə məhkəmələr qərar, qətnamə, hökmlər çıxarıblar. Hər birində də mənim torpağımın zəbt olunması açıq-aşkar görünür".

Seymur Quliyev deyir ki, Qalib Salahzadənin bir-birinin ardınca uydurduğu yalanlar, hörmətli şəxslərin də düzgün nəticə çıxarmamasına səbəb olur: “Bu adam dövlət qurumlarına gedir, çox hörmətli, respublikada tanınan adamların adlarını hallandırır. Məmurlar da çəkinirlər. Halbuki hər kəs mənim Bilgəh qəsəbəsində yerləşən özəl mülkümün zəbt olunmasını bilir. Qalib Salahzadə yalanlarla vəziyyətdən çıxmaq istəyir. Mən ona bu imkanı verməyəcəyəm. Azərbaycan dövlətinə arxalanıram, dövlətimin özəl mülkiyyətimi dağıdan şəxslərin cəzalandıracağını, mülkiyyət hüququnun bərpa edəcəyinə inanıram”.
“Yeni Müsavat”Xəzər dənizinin (gölünün) sahilinə nəzərdə tutulmuş gediş-gəliş yolu əvvəlki mülkiyyətçi Salahzadə Xatirə Allahşükür qızı tərəfindən daş hasara alınma yolu ilə bağlanmışdır. Mütəxəssislər tərəfindən qanunvericiliyin tələbləri izah edilərək hasara alınmış gediş-gəliş yolunun açılması barədə vətəndaş X.A.Salahzadənin nümayəndəsinə xəbərdarlıq edilmişdir. Azərbaycan prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16 1-ci və 4.16 3-cü bəndlərinə əsasən müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil etmək, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirmək, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyəti başçısının vəzifələri olaraq müəyyən edilmişdir.

Xahiş edirik nəzərə alasınız.
"Qalib Salahzadənin sözləri cəfəngiyyatdır, növbəti uydurmadır" - İTTİHAM
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb