Hakimiyyət “savaş” mövqeyindən barış mövqeyinə keçir – səbəblər
Siyaset
Oxunub: 455
3 sen 2019 | 09:48
Hakimiyyət “savaş” mövqeyindən barış mövqeyinə keçir – səbəblər

Müxalifət partiyaları vəziyyəti dəyərləndirdilə; Qüdrət Həsənquliyev: “İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən məhrum edə bilər”
Son vaxtlar hakimiyyətin daxili siyasətdə sərt idarəçilikdən imtina etdiyi müşahidə olunur. Bu siyasət ilin əvvəlindən özünü daha qabarıq göstərir. Cəmiyyətin, ayrı-ayrı vətəndaşların müraciəti, istəyi həssas qarşılanır, problem tez bir zamanda həll edilir.

Açığı, əvvəlki illərdə vətəndaşların problemlərinə, çətinliklərinə məmurlar tərəfindən həssaslıq göstərilmirdi. Sonradan prezident İlham Əliyevin məmurlar qarşısında qoyduğu tələblərdən sonra vətəndaşlara münasibətdə xeyli dəyişiklik baş verdi. Həmçinin ölkə başçısının özünün də sosial-iqtisadi sahəyə yönəlik ardıcıl addımları cəmiyyətdəki gərginliyi və müəyyən narazılığı aradan qaldırmış oldu.

Bu siyasət siyasi rəqiblərə münasibətdə də özünü göstərir. Hakimiyyət əvvəlki illərdə siyasi rəqiblərinə qarşı daha sərt və dözümsüz yanaşırdısa, indi bu rəftarı təmkinli siyasət əvəz etməkdədir. Hətta söyüş müxalifətinə qarşı belə yüksək dözümlülük nəzərəçarpacaq dərəcədədir.

Son günlər bəzi yüksək rütbəli məmurların sosial şəbəkəyə gəlməsi, buradan çağırışlar etməsi sözügedən siyasətin tərkib hissəsidir.

Bəs müxalifət nə düşünür? Hakimiyyətin yürütdüyü bu xəttin sonadək davam edəcəyinə inanırmı? Bu siyasətin hansı effektlərinin olacağını düşünür?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, uzun illərdən bəri aparılan sərt idarəçiliyi nəzərə alsaq, son günlər atılan bəzi addımları nisbətən yumşalma hesab etmək olar. Əslində isə belə idarəçilik forması bütün normal hüquqi dövlətlərdə normadır:

“Ancaq təəssüf ki, biz belə xırda yumşalmalara belə islahat cəhdi kimi yanaşmağa məcbur qalmışıq. Həmçinin kənardan görünən odur ki, hakimiyyət daxilində hətta belə xırda yumşalmalara qarşı da sərt çıxış edənlər mövcuddur. Çünki hakimiyyətin bu yumşalma ilə yanaşı, sərt xəttinin də davam etdirildiyinin şahidi oluruq. Hələ də insanları adi etiraz aksiyalarına görə həbs edirlər, facebook statuslarına görə prokurorluq orqanlarına çağırırlar, məhkəmələrdə qurama işlərə görə illərlə həbs cəzası verirlər və sair. Odur ki, mən düşünürəm ki, iqtidarın özü üçün də sərt idarəçilikdən nisbi yumşaq idarəçiliyə keçid heç də rahat olmayacaq.

Tural Abbaslı: “AĞ Partiya olaraq hər cür demokratik açılımları müsbət qarşılayırıq”

Ancaq istənilən halda biz AĞ Partiya olaraq hər cür demokratik açılımları müsbət qarşılayırıq və bu açılımların köklü, ardıcıl, davamlı olmasına ümid edirik. Artıq iqtidar da bilməlidir ki, bu günə qədər aparılan sərt xətti dəyişməyin və müxalifətlə aradakı problemləri aradan qaldırmağın zamanıdır. Əgər bu prosesi bir daha uzatsalar, bu, nə iqtidar üçün, nə də Azərbaycan üçün xoş gələcək vəd etməyəcək. İqtidar köklü islahatlara başlamalıdır. Əgər həqiqətən də bu islahatlar aparılarsa və ortaya bu yöndə siyasi iradə qoyularsa, Azərbaycan tez bir zamanda siyasi, iqtisadi, sosial problemlərini həll edər və dayanıqlı inkişaf istiqamətində irəliləyər. Yekunda isə hamımızın əsas ümummilli problem hesab etdiyimiz Qarabağın işğaldan azadlığına nail olarıq. Bu yöndə əminəm ki, müxalifət də üzərinə düşənləri etməyə hazırdır və edəcək. Təki iqtidar səmimi və həqiqi siyasi iradə nümayiş etdirsin”.

Əli Orucov: “Siyasi partiyalara, mətbuata, vətəndaş cəmiyyəti institutlarına yanaşma olduğu kimi qalır”

AMİP katibi Əli Orucov isə hakimiyyətdən öz siyasi rəqiblərinə və opponentlərinə qarşı hansısa yumşalma və humanistliyə cəhdlər edildiyini görmədiyini dedi: “Əksinə, düşünürəm ki, yaxın dönəmlərdə münasibətlər daha gərgin və sərt xarakter alacaq. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Ümumən götürdükdə, siyasi partiyalara, mətbuata, vətəndaş cəmiyyəti institutlarına yanaşma olduğu kimi qalır. Ola bilər bir-iki məmur problemlərə yumşaq mövqe sərgiləyir. Bunu da iqtidarın ümumi siyasi kursunun dəyişməsi kimi qiymətləndirmirik.

Bəzi YAP funksionerləri real vəziyyəti anlamağa başlayıblar. Görürlər ki, sosial şəbəkələrin və sosial medianın ictimai şüura və proseslərə çox ciddi təsiri var. Bununla belə, YAP yetkililərinin sosial şəbəkələrə gəlmələri müsbət haldır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə moderator.az-a açıqlamasında bildirib ki, onun da bir vətəndaş kimi gözləntiləri çoxdur. Çünki cəmiyyətimiz dəyişiklik istəyir. Bunu görməmək mümkün deyil: “Yaranmış vəziyyəti bölgədə marağı olan güclər də görür. İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən mərhum edə bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi. Hər hansı təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən əndişələnən xarici güclər, hətta daxildə ölkəni gücləndirəcək islahatların aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi itirərdi. Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı. İqtidar nə qədər ki, güclüdür, prosesin ağrılı olmasına baxmayaraq, cəsarətli qərarlar qəbul etməlidir”.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ