Əflatun Amaşov: “Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media maliyyələşmədən kənarda qalır”.
Siyaset
Oxunub: 499
6 sen 2019 | 17:45
Əflatun Amaşov: “Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media maliyyələşmədən kənarda qalır”.

“Media ombudsmanı ilə bağlı bir neçə dəfə parlamentdə fikirlərimi, irad və təkliflərimi səsləndirmişəm. Hələlik elə bir yenilik yoxdur”.

Bunu Modern.az-a Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov media ombudsmanı ilə bağlı danışarkən bildirib:

“Ancaq Milli Məclisin payız sessiyalarında media ombudsmanı ilə bağlı təkliflər səslənərsə, mən də öz fikirlərimi bildirəcəm”, – deyə deputat əlavə edib.

Əflatun Amaşov onlayn mediadan da söz açıb: “Etiraf edək ki, hazırda ölkədə və dünyada ictimai fikir internet üzərindən yayımlanan informasiya vasitələri tərəfindən formalaşır. Azərbaycanda reklam bazarında müəyyən problemlər mövcuddur. Bunları nəzərə alaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yazılı medianı maliyyələşdirir. Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media tam olaraq kənarda qalır”.

Onlayn medianın maliyyələşmə məsələsinin aktual olduğunu diqqətə çatdıran parlamentari payız sessiyasında məsələni yenidən gündəmə gətirəcəyini söyləyib:

“Onlayn medianın maliyyələşməsi məsələsi aktualdır. Çalışacam ki, bu mövsümdən başlayaraq Milli Məclisdə məsələ gündəmə gətirilsin və öz həllini tapsın. Bu məsələnin həlli reallaşarsa, həm dövlətimiz, həm də biz uduşlu olacağıq. Çünki indiki şəraitdə biz iqtisadi cəhətdən çətinlik çəkən, hər hansı onlayn internet üzərindən yayımlanan media vasitəsini tarixin axarına buraxa bilmərik”.

Əflatun Amaşovun sözlərinə görə, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır:

“Elə etməliyik ki, onlayn mediamız xaricdən ölkəmizə qara yaxmağa çalışan qüvvələrin təsiri altına düşməsin. Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşmənin həyata keçirilməsi müsbət nəticələr verə bilər”.
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR