Əlilliyi olan şəxslər üçün iş yerində bu şərait yaradılmalıdır — Baş nazirdən YENİ QƏRAR
Siyaset
Oxunub: 496
7 sen 2019 | 11:07
Əlilliyi olan şəxslər üçün iş yerində bu şərait yaradılmalıdır — Baş nazirdən YENİ QƏRAR

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları"nı təsdiq edib.
Müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Standartlara əsasən, oturaq vəziyyətdə işlərin görülməsi üçün iş səthinin hündürlüyü (masa üstü və s.) 700-750 mm hüdudunda tənzimlənməlidir. İş stolunun üzərindəki aparat, cihaz və digər ləvazimatdan istifadə zamanı qolların çiyin səviyyəsindən qaldırılması zərurəti yaranan iş yerlərində iş səthinin hündürlüyü 630-680 mm hüdudlarında tənzimlənməlidir.

Əlilliyi olan şəxs üçün iş stulunun oturacağının ön tərəfi dəyirmi olmalıdır. Stulun oturacağı və söykənəcəyi yarıyumşaq olmaqla sürüşkən olmayan, elektrik keçirməyən, havakeçirmə qabiliyyətli materiallarla örtülməli, çirkdən asan təmizlənməli və texniki-estetik tələblərə cavab verməlidir.

Əllə qaldırılan və başqa yerə daşınan yükün və ya tətbiq edilən qüvvənin həddi 10 kq-dan və iş növbəsi müddətində bir yerdən digər yerə daşınan yükün ümumi çəkisi 500 kq-dan artıq olmamalıdır.

İş zamanı əmək şəraitinin gərginliyi və fasiləsiz müşahidə növbə müddətinin 25%-dən artıq olmamalıdır.

İş yerində hava (temperaturu, rütubəti, hava cərəyanının sürəti, zərərli maddələrin olması) mütənasib əmək şəraitinə uyğun olmalıdır.

Binalarda dəhlizlərin eni 1,8 m-dən, qapıların girişinin eni 0,9 m-dən az olmamalıdır.

Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yol verilmir:

- nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən işlərə;

- bədən əzələlərinin statik gərginliyinə səbəb olan əmək prosesi ilə bağlı işlərə;

- kəskin vaxt çatışmazlığı ilə bağlı (məsələn, məcburi ritmdə işləyən konveyerdə) işlərə;
- narahat halda (çömbələrək, dizi üstə əyilərək və s.) görülən məcburi iş vəziyyəti, qarın və sinə ilə avadanlığa, əmək alətlərinə güc edilməsi, iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlı olan işlərə.

Əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir:

- partlayış xarakterli işlər;

- sualtı işlər;

- şaxtalarda və mədənlərdə yeraltı işlər;

- qaynar sexlərində görülən işlər;

- nəqliyyat vasitələrinin idarə edilməsi;

- hündürlükdə aparılan tikinti işləri və özül işləri;

- yüksək səs-küylü istehsalat işləri;

- zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə bağlı işlər və s.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”