Gömrükdəki problemləri necə həll etmək olar? - Yenə də “həmin kordinat, həmin dalğadır””...
Siyaset
Oxunub: 550
7 sen 2019 | 23:53
Gömrükdəki problemləri necə həll etmək olar? - Yenə də “həmin kordinat, həmin dalğadır””...

“Ötən günlər DGK və DSX generalları yenidən sərhəd-keçid məntəqəsində olublar. Bu dəfə də hər iki qurumun rəhbərləri, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Qırmızı Körpü"-də olublar. Yenə də “həmin kordinat, həmin dalğadır”” .
Yenisabah.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib. Gömrük problemlərindən danışan ekspert bildirib ki, generallar sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tapşırıqlar verib geri dönüblər.

“Dəfələrlə qeyd etmişik ki, son dövrlər bu sahədə müəyyən uğurlar əldə edilib. Lakin daha ciddi təkmilləşmə üçün ciddi islahatlar aparılmalıdır . Və bu, DGK və DSX rəhbərləri səviyyəsində gerçəkləşəcək bir iş də deyil”.

O. Gündüz DGK və DSX münasibətlərinin yenidən hüquqi tənzimlənməsi və Gömrük Məcəlləsinin yenidən işlənməsi ilə bağlı təkliflər irəli sürüb:

1. Bizdə sərhəd-keçid məntəqəsində 2 Pəncərə var: DGK və DSX. Pəncərələrin sayı 1 olmalıdır. Bunun üçün qanunvericilik dəyişməlidir. DGK və DSX generalları iki gündən bir sərhədə gedincə, bu istiqamətdə faydalı təkliflər hazırlayıb hökumətə təqdim etsələr daha doğru olardı.

2. Ümumiyyətlə, düşünürəm ki, DSX sərhəd-keçid məntəqəsində sənədləşmə ilə bağlı məsələlərə, kağız-kuğuz işlərinə qarışmamalıdır, yalnız sərhəd zolağında olmalıdır. Fikrimcə sərhəddə STOP-la bağlı, vətəndaşla bağlı məsələlər Dövlət Miqarsiya Xidmətinə verilə bilərdi .

3. Vətəndaşın pasportu və maşının texniki pasportu hazırda hər iki Pəncərədə qəbul edilərək məlumatlar təkrar –təkrar kompüterə daxil edilir. Çünki DGK və DSX informasiya sistemləri bir-birinə inteqrasiya olunmayıb. Hərə özü üçün məlumat bazası formalaşdırıb.

Ekspert düşünür ki, istənilən tip məlumatlar yalnız bir pəncərədə və bir kompüterə, yalnız bir dəfə daxil edilməlidir.

Əgər hər iki qurumun informasiya sistemləri İAMAS “giriş-çıxış sistemi”nə inteqrasiya olunubsa, onda hər iki qurum yalnız DGK -ya məxsus vahid bir informasiya sistemindən istifadə edə bilərdi. Bu informasiya sisteminin İAMAS-dakı statusunu genişləndirmək olardı.

4. Sərhəd keçid məntəqəsində Pasport 4 yerdə (Girişdə, hər iki Pəncərədə və çıxışda ) yoxlanılır. Hər iki qurum bunun fərqində olmalıdır.

5. Maşınlara verilən birka ləğv olunmalıdır.

6. Sərhəd-keçid məntəqəsində normal iş şəraiti yaradılmalı, əməkdaşlara tez-tez təlimlər keçirilməli, gözləmə zalları, piyadaların keçid yerləri qaydaya salınmalıdır.

O. Gündüz hesab edir ki, DGK-nın istifadəyə verməyə hazırlaşdığı “Elektron növbə ” xidməti də sərhəd-keçmə prosesini xeyli təkmilləşdirəcək.

“Yüksək gömrük rüsumları, şəxsi məqsəd üçün gətirilən mallarla bağlı vətəndaşlara tətbiq olunun məhdudiyyətlər, analoqu olmayan avtomobil gömrük rüsumları isə ayrı bir müzakirə mövzusudur”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO