Sabiq nazir bir yandan siyasi qürub çağını yaşayır, digər yandan isə... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 562
10 sen 2019 | 20:46
Sabiq nazir bir yandan siyasi qürub çağını yaşayır, digər yandan isə... - GƏLİŞMƏ

Paytaxtın Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür. Bu barədə məlumat yayan Qaynarinfo saytı bildirib ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi Rayon Prokurorluğunun yaxınlığında, Bakıxanov küçəsi-42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib.

Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır. Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydança vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.

Saytın yazdığına görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “ZQAN” holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşib. Söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı binanın təcili və sürətlə sökülməsi tapşırığını aldığını deyib.

Ziya Məmmədov hazırda faktiki olaraq heç bir vəzifə daşımır. O, “Yeni Müsavat”a müsahibəsində ibadətlə məşğul olduğunu söyləmişdi. Mətbuatdan məlumdur ki, sabiq nəqliyyat naziri vəzifədə olarkən oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi. Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (“Bank of Azerbaijan”). Üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar. Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular...

Məmmədov vəzifədən azad edildikdən sonra onun mülkləri də əlindən alınmağa başladı. 2017-ci ildə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesinin sürətlənməsi ilə bağlı xəbərlərə rast gəlirik. Belə ki, o, nazir işlədiyi vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı yeri zəbt eləmişdi.

Məlumatlara görə, həmin ərəfədə Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları əlindən alınıb. Hətta bu ilin mart ayında Musavat.com-a məlumat daxil oldu ki, Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyaraq, satışa çıxarıb. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi həmin bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Lakin özü siyasi qürub çağını yaşasa da, eks-nazirin yaxın ətrafına yenidən etimad edilib, vəzifələr verilib. Belə ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu ilin may ayında təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. O, bundan öncə 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Həmçinin bu ilin iyun ayında Elton Məmmədovun oğlu Aynar Məmmədovun da vəzifəsi yüksəldilib. Belə ki, iyun ayında Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında sərəncam imzalanıb. Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Sərəncamın elan olunduğu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışır.

Məsələ ilə bağlı Elton Məmmədov həmin zaman mətbuata açıqlamasında bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: “Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.

Ekspertlər bildirirlər ki, Ziya Məmmədovun özünün bağışlanması mümkün görünmür. Onlar hesab edirlər ki, Məmmədovun çoxsaylı qanunsuz əməlləri ilə yanaşı, yaratdığı “əsərlər” sırasında bu gün də şəhərdə “gəzən hamam”ları xatırladan narahat avtobuslar, sökülüb yararsız vəziyyətə düşən Quba yolu var. Hansı ki, bütün bunlar hələ də insanlara əziyyət verir, dövlət büdcəsindən yenidən əlavə vəsaitlərin ayrılmasına səbəb olur...
“Yeni Müsavat”
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ