Şuşa türməsindəki girovlarımız azad edilə bilər – Rusiyadan vasitəçilik çağırışı
Siyaset
Oxunub: 523
11 sen 2019 | 13:15
Şuşa türməsindəki girovlarımız azad edilə bilər – Rusiyadan vasitəçilik çağırışı

Politoloqlar hesab edir ki, Rusiya XİN-in mövqeyi ümidvericidir və rəsmi İrəvan buna müsbət cavab verərsə…

Məlum olduğu kimi, ötən həftəsonu Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsi mümkün olub. 35 nəfər ukraynalı əsirlə 35 nəfər rusiyalı əsir dəyişdirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “2+2″ formatında Rusiya və Fransa xarici işlər və müdafiə nazirlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, Rusiya və Ukrayna arasında ”35-ə 35″ formatında əsir və girovların mübadiləsi Donbasda vəziyyətin həllinə kömək edəcək: “Biz ”35-ə 35″ formatında baş tutan mübadilədən məmnunluğumuzu ifadə etmişik.

Ümid edirik ki, bu, Donbasdakı böhranın həlli ilə yanaşı, Ukrayna-Rusiya münasibətlərinin normallaşacağını, Poroşenko hökumətinə məxsus olan aqressiv anti-Rusiya siyasətinin dəyişəcəyini gözləməyə imkan verən yaxşı bir siqnaldır”.

Rusiya ilə Ukraynanın əsirlər məsələsində anlaşması azərbaycanlı əsirlərin məsələsini bir daha aktuallaşdırır. Məlum olduğu kimi, Dilqəm Əsgərov və Şahbaz Quliyev də 5 ildən artıqdır Ermənistan tərəfindən Şuşa türməsində girov saxlanılır. Azərbaycan tərəfində isə iki erməni diversant həbsdədir. Azərbaycanlı girov Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Bu nüans əslində Rusiyanın öz vətəndaşının azad olunmasına çalışmasını məntiqli edir. Lakin bu günə qədər Rusiya tərəfindən belə bir cəhdin edildiyi müşahidə olunmayıb. Rusiya ən yaxşı halda Azərbaycan tərəfindən bir il öncə irəli sürülən əsir və girovların hamının hamıya prinsipi ilə dəyişdirilməsi təklifini təqdir edib. Lakin Ermənistana bu təklifi qəbul etməsi üçün ciddi təsir göstərməyib
Şuşa türməsindəki girovlarımız azad edilə bilər – Rusiyadan vasitəçilik çağırışı
Ukrayna ilə Rusiya əsirləri dəyişdirəndən sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında bəyan edib ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin tərəfləri əsir və girovların dəyişdirilməsi məsələsində Rusiyaya müraciət edə bilər: “Bizim işlək mexanizmlərimiz var. Minsk Qrupunun həmsədrləri fəaliyyət göstərir. Ehtiyac yaranarsa, müəyyən mexanizmlərin işə salınması üçün onlar da tərəflərə əlavə dəstək verə bilərlər”.
Şuşa türməsindəki girovlarımız azad edilə bilər – Rusiyadan vasitəçilik çağırışı
Politoloqlar isə hesab edir ki, Zaxarovanın bu çıxışı ümidvericidir. Rəsmi İrəvan buna müsbət cavab verərsə, o zaman əsirlərin Azərbaycana qaytarılması mümkün ola bilər. Siyasi şərhçilərin fikrincə, əslində M.Zaxaraovanın bu çağırışından çox şey gözləmək olar. Çünki Rusiya münaqişənin nizamlanmasında mühüm fiqurdur. Amma yenə də Ermənistanın hansı reaksiya verəcəyi sualı açıq qalır.
Şuşa türməsindəki girovlarımız azad edilə bilər – Rusiyadan vasitəçilik çağırışı
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirdi ki, Rusiya əsirlərin qaytarilmasına kömək edə bilər. Əhməd Şahidov xatırlatdı ki, bu il aprelin 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvana müraciət edərək əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsinə müsbət cavab verilməsini istəmişdi.

Bundan sonra iyunun 28-də ilk əsir və girovların dəyişdirilməsi prosesi baş tutdu: “16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.

Biz çox istəyirik ki, bu proses mərhələli şəkildə deyil, tam bir proses olaraq yekunlaşsın. Mariya Zaxarovanın bu çıxışı birmənalı olaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevi əhatə edir. Azərbaycan bu dəyişdirilmə prinsipinə çoxdan hazırdır.

Artıq söz rəsmi İrəvandadır. Ermənistan tərəfi Mariya Zaxarovanın bu çağırışına müsbət cavab verməlidir. Nəhayət ki, gözlənilən əsir və girovların dəyişdirilməsi prosesi baş tutmalıdır. Əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi ilə Azərbaycan tərəfi çıxış edib. Bu təklifi Rusiya və digər həmsədr ölkələr də dəstəkləyir. Hələ ki məsələyə Ermənistan tərəfi müsbət mövqe nümayiş etdirmir. Ermənistan hakimiyyətinin bu təklifə və Rusiyadan olan çağırışa müsbət münasibət ortaya qoysa, bu, Ermənistanın da xeyrinə olar”.

Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda yaxınlarının məzarını ziyarət etmək üçün Ermənistanın işğalı altında olan Kəlbəcər rayonuna gediblər. İşğalçı Ermənistan ordusunun əsgərləri onları ələ keçirib. Dağlıq Qarabağda onlara qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 20 il azadlıqdan məhrum edilib. 5 ildən artıqdır hər iki mülki azərbaycanlı Şuşa türməsində girov saxlanılır.

Azərbaycan tərəfində isə hazırda iki erməni diversant (Arsen Baqdasaryan, Karen Kazaryan), bir erməni əsgər Kazaryan Aro Xaykoviç saxlanılır.(musavat.com)
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...