Postsovet ölkələrinin “KQB” arxivləri Moskvaya daşınıb - Azərbaycan prosesin qarşısını ala bilibmi?
Siyaset
Oxunub: 546
11 sen 2019 | 18:54
Postsovet ölkələrinin “KQB” arxivləri Moskvaya daşınıb - Azərbaycan prosesin qarşısını ala bilibmi?

“KQB”-DTK arxivlərinin açılıb-açılmaması məsələsi Ermənistanda da yenidən müzakirə edilməkdədir. Erməni mediasının xəbərinə görə, Ermənistanın birinci baş naziri Vazgen Manukyan bildirib ki, 1990-cı illərdə onlar hakimiyyətə gələndən dərhal sonra “KQB” arxivlərinin açılıb-açılmaması məsələsi müzakirəyə çıxarılıb. Lakin bəlli olub ki, arxivdəki sənədlərin çoxu Rusiyaya aparılıb: “Biz hələ qərar verməmişdik, arxivləri açaq, ya yox, ancaq mən onlarla tanış olmaq istədim. Məlum oldu ki, Sovet İttifaqı göründüyündən daha ağıllı imiş, bizim hakimiyyətə gəlməyimizdən bir neçə gün əvvəl ”KQB"nin bütün sənədləri təyyarə ilə Smolenskə daşınıb. O zaman məsələ ilə bağlı “KQB” rəhbərliyinə, Mixail Qorbaçova sənədlərin qaytarılması ilə bağlı müraciət etdik. Lakin nəticə olmadı".

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanda “KQB”nin arxivləri ilə bağlı da buna bənzər açıqlamalar verilib.

O illər AXC hakimiyyətində təmsil olunan Pənah Hüseyn bildirdi ki, onlara arxiv sənədlərinin Rusiyaya aparılma və ya yandırılması təhlükəsinin olduğu barədə məlumatlar daxil olub: “15 may 1992-ci ildə MTN-in kollegiyasının baş verən hadisələrə qarışmaması və konstitusiyaya sadiq qaldığı haqqında qərarı nazir İlhüseyn Hüseynov tərəfindən imzalı, möhürlü şəkildə, nazirin kabinetində, bütün müavinlərinin iştirakı ilə AXC rəhbərliyinə təqdim edildi. 17 mayda günün ikinci yarısında Nəsib Nəsibzadənin mənimlə təcili görüşmək istədiyini dedilər. Nəsib bəy dedi ki, tələbə yoldaşı, o vaxt MTN mərkəzi aparatında işləyən İman adlı MTN zabiti deyir ki, bir qrupun (konkret iki ad çəkilirdi) adamları tərəfindən, binadakıların da bəzilərinin köməyi ilə MTN binası tutulub yandırılacaq və arxivlər məhv ediləcək. Dərhal MTN binasının mühafizəsinin gücləndirilməsi və xarici perimetrdən qorunması haqqında AXC müvafiq qurumuna tapşırıq verildi. Həmin vaxt Ali Sovetin iclası gedirdi. İclasa Yaqub Məmmədov sədrlik edirdi. Mən AXC sədri Əbülfəz Elçibəyə alınan məlumatı və tədbirlərimizi çatdırdım. Bu barədə Yaqub Məmmədova bildirildi.

Ali Sovetin iclasına fasilə verildi. Yaqub Məmmədovun kabinetində məsələ müzakirə edildi. İlhüseyn Hüseynovun MTN rəhbəri naziri vəzifəsindən azad olunması barədə fərman hazırlandı. Ali Sovet adından deputatlar İxtiyar Şirin və Tahir Kərimli, AXC İcraiyyə Komitəsinin Sədri qismində məndən ibarət tərkibdə rəsmi komissiya yaradıldı və həmin komissiyaya MTN binasının bütün giriş, çıxış və iş otaqlarını, kabinetləri, o cümlədən arxivi möhürləmək səlahiyyəti, bunun üçün Ali Sovetin xüsusi möhürü verildi. Biz bunu həyata keçirdik. Yalnız xüsusi hökumət rabitə sistemi (PATS) ATS-in otağı fəaliyyət göstərmək üçün açıq saxlanıldı. Arxivlərin ehtimal olunan məhvinin qarşısı alındı. Hansısa arxiv sənədlərinin Rusiyaya aparıldığı barədə məlumatı isə o dövrdə həmin qurumun rəhbərliyində işləmiş insanlar daha dəqiq bilər. Biz möhürlədiyimiz zaman arxivdə hansı sənədlər var idisə onlar qalmışdı. Ondan əvvəlki dövrdə hansısa sənədlər Moskvaya aparılıbsa da məndə məlumat olmayıb”.
“Yeni Müsavat”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...