“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL
Siyaset
Oxunub: 504
17 sen 2019 | 18:20
“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL

Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammiti ərəfəsində Nikol Paşinyan hökumətinin həyəcanlı günləri davam edir. Xüsusilə də Rusiya prezidenti Vladimir Putinin İrəvana gəlib-gəlməyəcəyi barədə konkretlik yaranmadığı üçün erməni hökuməti bərk narahatdır.

Rusiya dövlət başçısının həbsdə olan eks-prezident Robert Köçəryanı ad günü münasibətilə təbrik etməsindən sonra İrəvan-Moskva münasibətlərində “buzlaşma dövrü” başlayıb. Düzdür, ayrı-ayrı rəsmilər münasibətlərin normal olduğunu bildirir, amma əslində vəziyyət başqadır. İrəvanda artıq şübhə etmirlər ki, Putin dostunu azad etmədiyi üçün Paşinyanı cəzalandıracaq. İndiki halda ermənilər Rusiyanı Ermənistan vətəndaşı olan sürücülərin vəsiqələrini tanımadığına görə açıq şəkildə ittiham edir. Hətta Ermənistan rəhbərliyi Rusiyaya sürpriz etməyə də hazırlaşır. Bu münasibətlərin Paşinyanın ABŞ səfəri ərəfəsində kəskinləşməsi də maraqlı detaldır.

Putinin N.Paşinyana Köçəryanı həbsdən azad etmək üçün verdiyi on günlük müddət başa çatdı, ancaq eks-prezident azadlığa buraxılmadı. Hələlik Rusiyadan məsələyə hər hansı reaksiya verilməyib. Ancaq bu ərəfədə hər kəs oktyabrın ilk gününü gözləyir, çünki o zaman Putin İrəvana gəlməlidir. Rusiya prezidenti Ermənistana gələcəyi halda, Köçəryanla həbsxanada görüşə bilər. Bugünlərdə erməni mətbuatının diqqət mərkəzində olan əsas mövzu Rusiya prezidenti Vladimir Putinin İrəvana qarşıdakı səfəri zamanı hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Köçəryanla görüşəcəyi ilə bağlıdır.

“Sputnik-Armenia” agentliyi bu sualla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova müraciət edib. Axar.az-ın xəbərinə görə, D.Peskov bu məsələ barədə deyib: “Hələ ki bilmirik”. Kremlin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib ki, bu da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub.

Xatırladaq ki, Avrasiya İttifaqı Ali Şurasının iclası oktyabrın 1-də İrəvanda keçiriləcək. Erməni mətbuatı yazır ki, bu tədbirdə iştirak edəcək Rusiya prezidenti səfər zamanı Köçəryanla da görüşə bilər. Həbsdə olan sabiq dövlət başçısının azadlığa buraxılması ilə bağlı son məhkəmə qərarı isə sentyabrın 17-də elan ediləcək.

Rusiya hakimiyyəti N.Paşinyana basqılarını artırdıqca, Köçəryanın azad olunması ilə bağlı birbaşa, yaxud dolayı təzyiqləri gücləndirdikcə, “Qarabağ klanı”nın ayrı-ayrı təmsilçiləri də “başından böyük” danışmağa başlayırlar. “Nikol Paşinyan Ermənistanı müharibəyə aparır və istefa verməlidir”.

Belə sensasion bəyanatla Dağlıq Qarabağdan general, “təhlükəsizlik şurasının” keçmiş katibi Vitali Balasanyan çıxış edib. Ermənistanda yayımlanan “5-ci kanal”a müsahibəsində o, Qarabağ münaqişəsinin nizamlanmasına dair situasiyaya toxunaraq deyib: “Paşinyan Ermənistanı danışıqlara yox, müharibəyə aparır. O, Ermənistanı məhvə aparır. Mən bunu əsaslandıra bilərəm və əminliklə deyirəm: Paşinyan və onun hökuməti hələ dünəndən istefa verməliydi. Bundan sonra Nikol Paşinyanın hakimiyyətinə heç kim dözən deyil”. Balasanyana görə, Nikol Paşinyan özü 2008-ci ilin 1 mart hadisələrinə görə məsuliyyət daşıyır. Çünki Paşinyan tribunadan kütləni polisləri döyməyə, onların qalxan və dəbilqələrini ələ keçirməyə çağırırdı. General Ermənistanın Xüsusi İstintaq Komitəsinin ona 1 mart hadisələri ilə bağlı göndərdiyi çağırış haqda da danışıb. Deyib ki, ifadə verməyə getməyəcək. “Ola bilsin çoxları sosial şəbəkələrdə yazacaqlar ki, Balasanyan qorxaqlıq elədi. Lakin bu il mayın 19-da milli təhlükəsizlik xidməti, polis, xüsusi istintaq xidməti, Baş prokurorluq tərəfindən mənə qarşı edilmiş qanunsuzluqdan sonra onlara inanmıram”, - Balasanyan deyib. Virtualaz.org xəbər verir ki, həmin gün İrəvanda Balasanyanın maşını xüsusi təyinatlılar tərəfindən saxlanılmışdı və silah axtarılmışdı. Balasanyan habelə Paşinyanın 2016-cı ilin yayında İrəvanda post-patrul alayının binasını ələ keçirən “Sasna Tsrer” terrorçularının rəhbərləri ilə qapalı görüşü haqda danışıb. Deyib ki, “Sasna Tsrer” terrorçularının əli üç polis əməkdaşının qanına batıb, onlar terrorçudur. “Dövlət başçısı dövlət binasında, hökumət iqamətgahında, rəsmi kabinetində terrorçu qruplaşmanın başçılarını qəbul edir. Hansı ki, onlar terror aktı törədiblər və qan töküblər”, - o deyib. Balasanyan istisna etmir ki, yeni hakimiyyətin siyasi uğursuzluqları təcrübəsizliklə bağlı ola bilər. Lakin bu da onlara haqq qazandırmır. “Bizdə heç nə bilməyən, bir az təcrübə keçib sonra rəhbərlik etmək istəyən hansısa adamlar üçün ölkə yoxdur. Belə adamlar gedib bağ-bostan sahəsində işləməli, orada pomidor, xiyar və qarğıdalı yetişdirməlidir”, - Balasanyan bildirib. Xatırladaq ki, Balasanyan Qarabağda vəzifədə olanda da Paşinyana istehza edirdi, hətta buna görə Paşinyandan sərt reaksiya gəlmişdi. Son nəticədə Paşinyan onun vəzifədən uzaqlaşdırılması üçün qondarma rejimin rəhbərliyinə təzyiq göstərdi.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, hələ Paşinyan hakimiyyətə gələrkən Ermənistanda olan terrorçu qruplarla işləməyi üstün tutub: “O, ”Sasna Tsrer" qruplaşmasına arxayın olub Sərkisyana meydan oxudu. Həmin terrorçu qruplaşma həm Ermənistanda, həm də Qarabağda hər kəsin bildiyi və dilə gətirməyə cəsarət eləmədiyi cinayətlər törədib. Sərkisyan “Sasna Tsrer” qrupunun üzvlərini mühakimə etməyə cəhd edərkən Dağlıq Qarabağdakı terrorçu qrup - onların içərisində Vitali Balasanyan da var idi - onları müdafiə etdi. İndi maraqlar fərqli olduğundan Balasanyan Paşinyanı terrorçularla gizli danışıqlar keçirməkdə ittiham edir".

Q.Çaxmaqlı təsdiqləyir ki, Ermənistanda Köçəryanın həbsdə qalmaqda davam etməsi silahlı qruplaşmalar arasında gərginliyi daha da artıracaq: “Balasanyan əslində bu müsahibə ilə Paşinyana 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək oyuncaq ”prezident seçkiləri"nə qarışmamaq ultimatumunu verib. Törətdiyi bir çox qanunsuz əməl və cinayətlərin izini itirmək üçün Balasanyana bir dönəm Dağlıq Qarabağda hakimiyyəti ələ alması lazımdır. Ən böyük maneə Paşinyandır. Paşinyan isə hələ nüfuzunu o dərəcədə itirmədiyindən hər an xalqı ayağa qaldırmaq variantından istifadə edəcək. Ümumilikdə Ermənistanı gərgin bir payız gözləyir".

Q.Çaxmaqlı Köçəryan ətrafında baş verənlərdən də bəhs etdi: “Ermənistanda 1-2 mart 2008-ci ildə 10 nəfərin ölümü ilə nəticələnən cinayət işinin əsas suçlusu kimi, o zaman prezident postunda olan Köçəryanın mühakimə edilməsini bu illər ərzində bütün ictimaiyyət istəyib. Ölənlərin ailələri bu işi hər zaman gündəmdə tutublar və indiyədək bu cinayətlə bağlı heç kəs mühakimə olunmayıb. Demək, cinayətin cəzasız qalacağı mümkün deyil. Köçəryan və bu işdə əli olan Seyran Ohanyan, həmçinin Yuri Xaşaturov da cəzalarını alacaqlar. Paşinyan özü də bu işdə maraqlıdır, məhz həmin olaylarla bağlı həbs olunan və daha sonra qəhrəmana çevrilib, müəyyən bir dövr ərzində deputat və daha sonra ölkə başçısı olan Paşinyan həm də hayıf almaq istəyir”.

Politoloq qeyd etdi ki, indiki halda Köçəryanı Putin də xilas edə bilmir: “Məncə, ona müəyyən qədər iş veriləcək, ondan sonra Putin öz ”dostunu" xilasetmə tədbirlərinə əl atacaq. Cəmiyyətə də bu fikir təlqin olunacaq ki, görürsünüz də Paşinyan hətta Putini də eşitmədi. Putinin Köçəryanla həbsxanada görüşmə olayı da ayrı bir şəbədədir və belə görüşün baş tutacağını istisna etmirəm. Çünki Putin macəraları sevir və dünyaya özünü hər zaman orijinal göstərməyə çalışıb. Digər mühakimə olunan şəxslərə gəlincə, onlar orduda etdikləri əməllərə, obyektiv yanaşılsa, həm də hərbi cinayətlərinə görə mühakimə ediləcəklər. Payızda Paşinyanı maraqlı sürprizlər gözləyir".

Belə bir durumda Nikol Paşinyanın təqdimatı ilə prezident Armen Sarkisyanın Vaqarşak Arutunyana general-leytenant rütbəsi verməsi də müzakirələrə səbəb olub. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olan, daha sonralar Ermənistanın ozamankı prezidenti Robert Köçəryana qarşı siyasi müxalifətə keçən V.Arutyunyan məhz buna görə 2002-ci ildə Köçəryan tərəfindən hərbi rütbələrdən məhrum edilmişdi. İstisna olunmur ki, Paşinyan onu ordu rəhbərliyinə gətirməyə və “Qarabağ klanı”na qarşı “səfərbərliyə” hazırlaşır. Belə görünür ki, baş nazir orduya güvənmir və onu başdan-ayağa dəyişməyə, özününküləşdirməyə hazırlaşır. Amma buna siyasi ömrü çatacaqmı?..
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...