300 minin gerçək sahibi üzə çıxdı – “Hərbi vətənpərvər” Tofiq Salmanov və “Hacı xanım”ın şok sərgüşəştləri…
Siyaset / Dunya
Oxunub: 1 069
30 sen 2019 | 21:44
300 minin gerçək sahibi üzə çıxdı – “Hərbi vətənpərvər” Tofiq Salmanov və “Hacı xanım”ın şok sərgüşəştləri…

Son günlər millət vəkili Rafael Cəbrayılovun ətrafında baş verən ajiotaj maraqlı faktların üzə çıxmasına səbəb olub. Belə ki, deputatla bağlı borc qalmaqalı sosial mediada bir universitet müəlliməsinin 300 minlik sərvəti necə əldə etməsi sualını da ortaya çıxarıb.

Yenicag.az-ın araşdırması isə həmin pulların əslində Xatirə Nəcəfovaya aid olmadığını ortaya qoyub. Belə ki, universitet müəlliməsi bu məsələdə sadəcə “vitrin” funksiyasını oynayır. Əslində isə pulu verən də, pulun sahibi də özlərini kölgədə saxlamaq üçün onu irəli sürüblər.

Belə ki, deputatın qardaşı Elşən Cəbrayılov borc pulu illərdən bəri əməkdaşlıq etdikləri, daha böyük məbləğlərdə pul alıb qaytardıqları, özünü “Hacı xanım” adlandıran həkim ginekoloq Təranə Fətəliyevadan götürüb. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, ilk iş olmayıb. Elşən Cəbrayılovla Fətəliyevanın uzun müddətdən bəri biznes əlaqələri (faizlə pul alış-verişi) olub. Sadəcə, devalvasiyadan sonra Elşən Cəbrayılov ilə Fətəliyeva arasında ödəmələrə görə, narazılıq yaranıb və bu da sonucda millət vəkilinin başında çatlayıb.

Pulun əsl sahibinə gəlincə, özünü kölgədə saxlamağı bacaran şəxs Tofiq Salmanovdur. Onun kimliyi də çox maraqlıdır. Belə ki, T.Salmanov uzun müddətdən bəri Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) adlanan, hazırda isə adı dəyişdirilərək publik şəxs olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin direktor müavinidir.

Adı daha çox korrupsiyada hallanan qurumlardan olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin direktor müavininin bu qədər maliyyəyə sahib olmasını isə xeyli sayda səs yazıları və özünün əl yazıları təsdiqləyir. T.Fətəliyevanın da bu barədə borclularla təhdidvari danışıqlarında da T.Salmanovun adı əsl pul sahibi kimi çəkilir.

Faizlər və əsas məbləğlə bağlı borclulara verdiyi kağızlar da bir daha göstərir ki, sərvətin əsl sahibi Tofiq Salmanovdur. Onun əvvəlki və yeni sədrinin pullarını da belə “sələmçilik” ilə dövriyyəyə buraxdığı iddia edilir. Onun bu işlərinin icraçısı isə hər zaman bu “Haci xanım” olub. Maraqlıdır ki, borc sahibləri ilə dialoqları zamanı T.Salmanovun ailə üzvləri də bunu təsdiq ediblər. O cümlədən, borca qarşılıq olaraq, Elşən Cəbrayılovun Təranə Fətəliyevaya və Tofiq Salmanova mənzillər verməsi barədə sənədlər də mövcuddur.
“Hacı xanım”ın Cəbrayılovlara vurduğu başqa bir zərbə və digər məsələləri növbəti yazımızda oxuya biləcəksiniz.
Araşdırmalarımız davam edir.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ