“İlham Əliyevin çıxışı çox ciddi olduğundan böyük rezonans yaratdı” — İqor Korotçenko
Siyaset
Oxunub: 525
5 okt 2019 | 13:00
“İlham Əliyevin çıxışı çox ciddi olduğundan böyük rezonans yaratdı” — İqor Korotçenko

Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə “Valday” Forumundakı çıxışı zamanı “Qarabağ Azərbaycanındır. Nida” bəyanatı ekspertlər cəmiyyətində ciddi reaksiyaya səbəb oldu.
2004-cü ildə yaradılan “Valday” Beynəlxalq Disskusiya Klubu intellektual bir mərkəz olaraq təkcə Rusiyada deyil, həmçinin dünyada qəbul olunur. Klubun fəaliyyəti müddətində təşkil olunan disskusiyalarda 70-dən artıq ölkəsindən mindən artıq beynəlxalq elm, siyasət, iqtisadiyyat, dövlət adamları iştirak edib.

“Valday”ın bu il keçirilən müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı özünəməxsusluğu ilə yaddaşlarda qaldı və ciddi reaksiyaya səbəb oldu. Azərbaycan Prezidenti “Valday”da çıxışı zamanı təkcə Ermənistan baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndinə səfəri zamanı işlətdiyi “Qarabağ Ermənistandır.Nöqtə” bəyanatına cavab vermədi, eyni zamanda beynəlxalq hüquqda hökm sürən nihilizmi, ikili standartları, Qarabağ münaqişəsinin həllində beynəlxalq aləmin başda BMT TŞ olamaqla digər beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində qəbul etdiyi qətnamə və qərarlara laqeyd münasibətini, o cümlədən münaqişənin danışıqlar yolu ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunu fəaliyyətsizlikdə ittiham etdi.

“Ölkə.Az” “xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday”dakı çıxışını şərh edən Rusiyanın “Naçionalnaya oborona” jurnalının baş redaktoru, Dünya silah ticarəti analizi mərkəzinin drektoru, RF Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko Media.az”a açıqlamasında Azərbaycan dövlət başçısı çıxışında dünyada beynəlxalq hüquqa laqeyd münasibətin hökm sürdüyünə diqqəti çəkdiyini deyib: “ BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və onun ətrafında işğal olunmuş rayonların Azərbaycanın ərazisi kimi tanıyaraq, Ermənistan silahlı qüvvələrin həmin ərazilərdən çıxması haqqında dörd qətnaməsi mövcuddur. Prezident İlham Əliyevin fikirləri 20 faiz torpaqları işğal olan Azərbaycan dövlətinin sərgilədiyi bir mövqe idi”.
İ. Korotçenko deyib ki, İlham Əliyevin bu çıxışını təhlükəsizlik məsələləri üzrə aparıcı beynəlxalq ekspertlər dinlədilər: “Bu Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində güclü və effektiv addım idi. Bu baxımdan da Azərbaycan bütün imkanlardan, o cümlədən “Valday” forumundan da istifadə etməklə bir daha öz mövqeyini beynəlxalq aləmə çatdırdı. Odur ki, Azərbaycan Prezidentinin bu çıxışı çox böyük diqqəti cəlb etdi və böyük rezonans yaratdı. Bu bir daha ekspertlərin Qarabağ münaqişəsinin nizamlanmasına yenidən diqqətini cəlb etmək və ərazilərin işğaldan azad olunması zərurətini ortaya qoydu”.

Rusiya XİN başçısı Sergey Lavrovun “Valday”da Paşinyanın Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasına zidd səsləndirdiyi bəyanatlara mövqeyi, buna cavab olaraq Ermənistan XİN başçısının reaksiyası və nəticədə İrəvanla Moskva arasında münasibətlərin gərginləşməsi ilə bağlı məsələni şərh edən İ.Korotçenko deyib ki, Rusiya ilə Ermənistan arasında gərginlik Paşinyanın bu ölkədə hakimiyyəti zəbt etdiyi andan başlayıb. “Gərginliyin artması və dərinləşməsi isə artıq bu ikinci məsələdir. Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Rusiyanın prinsipial mövqeyni nümayiş etdirdi. Bununla bağlı kimsədə şübhə ola bilməz.

Başqa məsələ ki, Ermənistana hansı praktik təsir mexanizmləri ola bilər. İrəvana beynəlxalq aləmin rəyini nəzərə alaraq işğal etdiyi torpaqlardan necə çıxmağa məcbur etmək olar? Bir daha təkrar edirəm ki, bu baxımdan İlham Əliyevin Azərbaycanın mövqeyini geniş ekspert cəmiyyətinə çatdrıması çox yaxşı oldu. Mənim düşüncəmə görə, bu məsələ daha da aktuallaşdırılmalı və daimi xarakter alması vacibdir. Burada birinci şəxslərin və XİN-in səyləri yetərli olmur. Gərək ekspert cəmiyyəti bu məsələnin həllində öz töhfəsini verməli və konkret ideyalarla çıxış etməlidir. Buna baxmayaraq istənilən halda Qarabağ problemi bütün müstəvilərdə qaldırılmalı və daimi müzakirə predmeti olmalıdır”- İ.Korotçenko bildirib.
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO
Dünən, 10:20
Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI
Dünən, 10:14
Azərbaycanın quru sərhədləri açılmayacaq