12-10-2019, 18:17 Oxunub: 236

Millət vəkilləri Assambleyada iştirak edəcək

Millət vəkilləri Assambleyada iştirak edəcək

Millət vəkilləri Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edəcək.
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva, və Kamran Nəbizadə Assambleyada iştirak etmək üçün oktyabrın 13-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfərə gedecəklər.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Toplantıda “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi”, “Cenevrə Konvensiyaları – son 70 il ərzində baş vermiş silahli münaqişələr zamanı insanların təhlükəsizliyi və müdafiəsi” mövzularında müzakirələr aparılacaq.

Tədbir çərçivəsində qurumun Demokratiya və İnsan haqları, Dayanıqlı inkişaf, Maliyyə və Ticarət , Sülh və Beynəlxalq Təhlükəsizlik daimi komitələrinin iclasları keçiriləcək. Həmçini Qadın Parlamentarların Forumunun da keçirilməsi nəzərdə tutulub.
Millət vəkilləri yığıncaqlarda müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər.

Səfər oktyabrın 18-də başa çatacaq.
Deputatlarımız Cenevrədə tədbirə qatılacaqlar Deputatlarımız Cenevrədə tədbirə qatılacaqlar Siyaset AŞPA-nın qış sessiyası başlayır AŞPA-nın qış sessiyası başlayır Siyaset Azərbaycanda millət vəkillərinin maaşı artırılır Azərbaycanda millət vəkillərinin maaşı artırılır Iqtisadiyyat Milli Məclisdə deputatların sayı azaldı Milli Məclisdə deputatların sayı azaldı Siyaset Oqtay Əsədov Sankt-Peterburqa gedir Oqtay Əsədov Sankt-Peterburqa gedir Siyaset