Füzuli Ələkbərov üçün MƏHKƏMƏ ŞOKU: - Sabiq nazir külli miqdarda cərimə ödəyəcək
Siyaset
Oxunub: 397
15 okt 2019 | 15:49
Füzuli Ələkbərov üçün MƏHKƏMƏ ŞOKU: - Sabiq nazir külli miqdarda cərimə ödəyəcək

Ölkədən qeyri-leaqal yolla valyuta axını yaradan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qanunun gücü qarşısında aciz duruma düşüb.

Məlumata görə, sabiq nazir özünə məxsus “İmprotex” Şirkətlər Qrupuna daxil olan təsisatların vasitəsilə şeytanın da ağlına gəlməyən bir sxem quraraq, ölkədən pul çıxarmaqla məşğul olub.

Sxemə diqqət edin: Ələkbərov əvvəlcə sahibi olduğu şirkətlərin biri ilə xaricdəki tərəfdaşı arasında imzaladığı müqavilə əsasında ölkəyə böyük həcmdə mal gətirilməsi nəzərdə tutulurmuş. Sonra müqavilədə göstərilən malın dəyərinin əhəmiyyətli hissəsi avans olaraq, valyuta şəklində xaricə göndərilsə də, reallıqda ölkəyə heç bir məhsul gətirilmirmiş.

Bu yolla ölkədən xeyli valyuta çıxarmağa müvəffəq olan sabiq nazirin fəaliyyəti nəhayət, dövlət qurumlarının diqqətini cəlb edib. Beləliklə, Maliyyə Bazarlarına Nəzarət Palatasının ətraflı araşdırması nəticəsində Füzuli Ələkbərovun növbəti fırıldağı ifşa olunub.

Məsələ ilə bağlı Prezident Adminstrasiyasına məlumat verən Palatanın apardığı təhqiqat nəticəsində Ələkbərovun “İmprotex” şəbəkəsinə məxsus “İmprotex Trucks and Buses” şirkətinin inşaatda tələb olunan maşın və texnikanın alınması üçün xarici şirkətə milyonlarla dollar avans ödəməsinin qarşılığında ölkəyə heç nə gətirilmədiyi müəyyən edilib.

Palatanın topladığı materiallar əsasında şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsinə (avans yoıu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində ölkəyə müvafiq malların gətirilməməsi) uyğun olaraq, protokol tərtib edilir və iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilir.

Sabiq nazir bütün əlaqələrini işə salsa da, onun məsuliyyətdən kənar qalmaq cəhdləri nəticə vermir. Təqdim olunan sübutlar etibarlı sayılır və sabiq nazirin şirkəti əcnəbi tərəfdaşına göndərdiyi valyutanın 30 faizi miqdarında cərimələnir.

Lakin Nəsimi rayon Məhkəməsinin kəsdiyi bu cəza ilə razılaşmayan Ələkbərov qərardan apellyasiya şikayəti verib. Amma ilkin məhkəmə instansiyasının çıxardığı məlum qərarı qüvvədə saxlayan Apellyasiya məhkəməsi də Füzuli Ələkbərovu növbəti dəfə məyus edib. Bu isə onun kəsilən cəriməni ödəmək məcburiyyətində qaldığı anlamına gəlir.
www.yenicag.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO