“Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır” – XİN rəhbəri
Siyaset
Oxunub: 501
18 okt 2019 | 18:47
“Heç yana gedən deyilik, Ermənistanla danışıqlar aparmaq lazımdır” – XİN rəhbəri

Bakı ilə Yerevan Dağlıq Qarabağ böhranının həllilə bağlı danışıqlardan müəyyən irəliləyiş gözləyir.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Lakin erməni tərəfi ilə dialoqun Nyu-Yorkda keçirilmiş son raundu onu məyus edib.
Nazirin sözlərinə görə, MDB Xarici İşlər Nazirləri Şurasının Aşqabad toplantısı çərçivəsində erməni həmkarı Zöhrab Mnatsakanyanla məsələyə yenidən qayıdıblar. O, Rusiya ilə Azərbaycan arasında vizasız rejimin qüvvədə olduğunu, bu üzdən, Rusiya vətəndaşlarının, o cümlədən erməni millətindən olanların Bakıya gəlişinə heç bir maneənin olmadığını da söyləyib.

– MDB Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilmiş geniş toplantısında sizi erməni həmkarınızla yanaşı oturtmuşdular. Bundan çıxış edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində MDB-nin rolunu necə qiymətləndirirsiniz? Bu rolun praktiki addımlara təsri varmı, məsələ yalnız Bakı ilə Yerevanı bir masa arxasında oturtmaqla bitir?
– Münaqişənin nizama salınması ilə lap əvvəldən BMT məşğul olub. Məlum olduğu kimi, problemin qızğın çağında, yəni 1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişənin nizamlanması üçün formatları müəyən edib, təməl qoyub və dörd qətnamə qəbul edib. Sonra sülh təşəbbüsü ATƏT-in Minsk qrupuna ötürülüb. Bu gün məhz Minsk qrupu öz mandatına uyğun olaraq, Bakı ilə Yerevan arasında problemin həllilə məşğuldur.
Minsk qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransa ATƏT-in bu münaqişənin həlli üzrə əsas agentləridir. Əlbəttə biz (MDB XİN Şurası çərçivəsində – red.) məsələyə qısaca toxunduq – hamımız başa düşürük ki, MDB məkanındakı həll olunmamış münaqişələr iqtisadi, humanitar və başqa sahələrdə istənilən fəaliyyətə maneə törədir. Azərbaycanla Ermənistan da daxil olmaqla, 10 ölkənin hər biri qəbul edir ki, bu münaqişə tezliklə həllini tapmalıdır. Lakin etiraf etmək lazımdır ki, nizamlanma ilə bağlı əsas iş MDB deyil, ATƏT-in Minsk qrupu çərçivəsində aparılır.
– Son bir ildə siz erməni həmkarınız Zöhrab Mnatsakanyanla yeddi dəfə görüşmüsünüz və onlardan üçü Rusiya tərəfinin də iştirakı ilə, üçtərəfli danışıqlar formatında Moskvada baş tutub. Bu görüşlərin hansısa faydası varmı? Münaqişənin nizamlanmasında hansısa irəliləyiş müşahidə edilirmi?
– Hələlik biz yalnız nəticə gözləyirik. Sonuncu dəfə bir ay əvvəl ABŞ-da görüşmüşük. Artıq dediyim kimi, təəssüf ki, söhbət danışıqlardan deyil, məhz görüşdən gedir. Son belə görüş Minsk qrupunun işirakı ilə Nyu-Yorkda keçirilsə də, doğrusu, mən bu görüşdən bir qədər məyus çıxdım.
Əgər doğrudan da irəliləmək, mübahisənin siyasi həllinə nail olmaq istəyiriksə, onda əlbəttə ki, mənim sevdiyim ifadəyə – “substantiv danışıqlar”a keçməliyik. Bu, ona görə vacibdir ki, ortada müəyyən substansiya olsun və söhbət də onun əsasında aparılsın. Bəli, biz danışıqlar aparırdıq. Lakin Minsk qrupunun həmsədrləri dedilər ki, axı təmas xəttində hərbi hərəkətlər edilir…
Obyektivlik naminə demək lazımdır ki, son illər ərzində – Praqadan başlayan danışıqlar Madrid sənədinə keçənədək –təmas xəttində kifayət qədər gərginlik olub. Buna baxmayaraq, biz məsələləri həll edə, irəliləyə bilirdik. İlk növbədə hərbçiləri öz kazarmalarına, daimi yaşayış yerlərindən qovulmuş insanları isə öz evlərinə qaytarmaq üçün yetərincə ciddi, maddə-maddə danışıqlar aparırdıq. Bütün bunardan sonra qalan məsələləri həl etmək olardı.
2008-ci ildə Madrid sənədində, 2010-cu ildə onun yenidən baxılmış versiyasında, sonra isə Kazan sənədində əksini tapmış müddəalar təkrarən emal olunsa da, prinsip etibarilə danışıqların əsasını təşkil edir. Biz həmişə həmsədrlərə bir sözü deyirik: biz heç yana gedən deyilik, Yerevanla masa üzərindəki sənəd ətrafında müfəssəl danışıqlar aparmaq lazımdır.
– 2018-ci ilin yayında Rusiya ilə Azərbaycan arasında diplomatik qalmaqal baş vermişdi. Leninqrad blokadasını görmüş 81 yaşlı etink erməni Olqa Barsegyan Bakıya gəlmiş, lakin onu hava limanından buraxmamış, ölkədən çıxarmışdılar. Azərbaycan hakimiyyəti bunu erməni xanımın təhlükəsizliyilə əsaslandırmışdı. Lakin insident Rusiya XİN-də hiddət doğurmuşdu. Üstündən ilyarım keçdikdən sonra bu münaqişəni yoluna qoymaq mümkün olubmu? Yoxsa erməni mənşəli Rusiya vətəndaşlarının ölkəyə buraxmaması təcrübəsi artıq normaya çevrilib?
– Mən belə bir münaqişənin olduğunu bilmirəm, nəsə yadıma gəlmir. Bəzən bu, piar üçün edilir – erməni mənşəli insanlar bunun həssas məsələ olduğunu bilirlər. Biz deyirik ki, əgər hansısa erməni soyadlı Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyirlərsə, Tanrı eşqinə, gəlsin! Lakin qoy onlar qabaqcadan ən azı bizim səfirliyə məlumat versinlər. Bizimlə Rusiya arasında vizasız gediş-gəliş var, lakin münaqişə ilə bağlı Azərbaycanda olan emosional fonu nəzərə alaraq, qabaqcadan məlumat verilsə bu, müəyyən ekseslərin qarşısının alınmasına kömək edər. Biz Rusiya tərəfi ilə bu mövzuda həmişə açıq danışırıq.
(Rus dilindən tərcümə – WorldMedia.Az)
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib