19-10-2019, 16:55 Oxunub: 276

Ərdoğan Trampı buna da məcbur etdi

Ərdoğan Trampı buna da məcbur etdi

ABŞ prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya problemini müzakirə edib.

Bununla bağlı Donald Tramp “Tvitter” hesabında məlumat yayıb.

ABŞ Prezidenti qeyd edib ki, Ərdoğanla telefonla Suriyada atəşkəslə bağlı müzakirələr aparıb.

Trampın sözlərinə görə, Ərdoğan qeyd edib ki, Suriyanın şimal-şərqində kiçikölçülü snayper və minaatanlardan atəşlər qısa müddətdə dayandırılıb.

Tramp əlavə edib ki, Ərdoğan atəşi dayandırmaq və fasilə vermək istəyir: “Hər iki tərəfin niyyəti yaxşıdır və bu uğur əldə etmək üçün yaxşı bir fürsətdir”.

Prezident Ərdoğan Trampa deyib ki, bəşəriyyətin düşməni olan terrorizmin öhdəsindən gəlsək, daha çox insanın həyatını xilas edəcəyik: “Əminəm ki, birgə səyimiz bölgədə sülh və sabitlik yaradacaq.” /Modern.az/
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi Ərdoğan Trampı Türkiyəyə dəvət etdi Siyaset Ərdoğan Trampla telefon söhbətindən danışdı Ərdoğan Trampla telefon söhbətindən danışdı Siyaset Tramp – Ərdoğan danışıqlarının təfsilatları məlum oldu Tramp – Ərdoğan danışıqlarının təfsilatları məlum oldu Siyaset Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ Siyaset Ərdoğan Trampla razılaşdı: Görüş olacaq Ərdoğan Trampla razılaşdı: Görüş olacaq Siyaset