6-11-2019, 10:00 Oxunub: 100

General Həzi Aslanovun iş yeri dəyişdirildi — Vilayət Eyvazovdan QƏRAR

General Həzi Aslanovun iş yeri dəyişdirildi — Vilayət Eyvazovdan QƏRAR

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.
Strateq.az xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin - Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib.

O, eyni zamanda işindəki nöqsanlara görə DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan və təqdimatları Prezident tərəfindən təsdiqlənən Kollegiya üzvlüyündən də çıxarılıb.

Nazirin digər əmriylə Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.
Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov da vəzifəsindən azad edilib.

Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.
Vilayət Eyvazov tanınmış polkovniklə bağlı əmr verdi Vilayət Eyvazov tanınmış polkovniklə bağlı əmr verdi Gundem / Sosial Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi Siyaset Vilayət Eyvazovdan yeni – TƏYİNAT Vilayət Eyvazovdan yeni – TƏYİNAT Siyaset Vilayət Eyvazovdan yeni təyinat Vilayət Eyvazovdan yeni təyinat Siyaset Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR Siyaset