6-11-2019, 12:36 Oxunub: 100

Baş nazirdən qərar — Bu qurumlar birləşdirildi

Baş nazirdən qərar — Bu qurumlar birləşdirildi

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının Təhsil İnstitutuna, Respublika Bədən Tərbiyəsi Mərkəzinin “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilməsi və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.
"Ölkə.Az"ın xəbərinə görə, bB
Nazirlər Kabineti qərara alıb ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Azərbaycan Respublikasının Təhsil İnstitutuna birləşdirilsin.

Qərarla Respublika Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliyə gəlincə, “Əlavə təhsil müəssisələri” bölməsi ləğv edilib. Eyni zamanda, “Məktəbdənkənar təhsil müəssisələri” bölməsinin 3-cü hissəsi ləğv olunub.

Həmçinin, “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinin 6-cı və 15-ci hissələri ləğv edilib.

Təhsil Nazirliyi Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Təhsil Nazirliyinə tabe olan bəzi qurumlar birləşdirildi – Prezident fərmanı Təhsil Nazirliyinə tabe olan bəzi qurumlar birləşdirildi – Prezident fərmanı Sosial Təhsil Nazirliyinin tərkibində dəyişiklik edildi — Baş nazirdən yeni qərar Təhsil Nazirliyinin tərkibində dəyişiklik edildi — Baş nazirdən yeni qərar Siyaset Yeni Dövlət Peşə Təhsil Mərkəzləri yaradılır — QƏRAR Yeni Dövlət Peşə Təhsil Mərkəzləri yaradılır — QƏRAR Sosial Şok: İki universitet prezidentin təzə universitetinə birləşdirilir - Açıqlama Şok: İki universitet prezidentin təzə universitetinə birləşdirilir - Açıqlama Siyaset Hökumət qərar verdi - Bu məktəb və liseylər birləşdirildi, yeni sistem yaradıldı (Siyahı) Hökumət qərar verdi - Bu məktəb və liseylər birləşdirildi, yeni sistem yaradıldı (Siyahı) Siyaset