Paşinyanın işğalı legitimləşdirmək cəhdi - TƏHLİL
Siyaset
Oxunub: 567
6 noy 2019 | 17:43
Paşinyanın işğalı legitimləşdirmək cəhdi - TƏHLİL

Qarabağ münaqişəsinin həllində Ermənistanla “Qarabağ hakimiyyəti”nin yanaşmaları eynidır.

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində belə yazıb. Baş nazir bildirib ki, Ermənistan-Azərbaycan münasiətlərində müşahidə olunan vəziyyət həmişə təhlükəli olaraq qalır. Lakin bu, üç, dörd, beş il əvvəlki qədər təhlükəli deyil.

“Sərhəddəki vəziyyəti izləsək, son 1,5 ildə gərginliyin kəskin və əhəmiyyətli dərəcədə azalmasını görərik. Bu xüsusilə Düşənbədən sonra nəzərə çarpır. Lakin bu o demək deyil ki, gərginlik yoxdur. Təəssüflər olsun ki, qurbanlarımız var”, -deyə Paşinyan qeyd edib.

Ermənistan hökumətinin başçısı əlavə edib ki, danışıqlar prosesində maraqlı dinamika görür və bunun inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb. “Mən bir neçə dəfə demişəm ki, Qarabağ məsələsində heç bir sui-qəsd ola bilməz. Çünki bu nə mənim, nə heç bir qrupun məsələsi deyil. Mən demişəm ki, Qarabağ probleminin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Erməni xalqı üçün məqbul olan razılaşdırılmış qərar qəbul edildikdə təklifimizi xalqımıza təqdim edəcəm. Bununla bağlı milli müzakirə keçirəcəyik. Əminəm ki, qərarlar milli formatda verilməlidir. Lazım gələrsə, hətta referendum da keçirilə bilər”, -Paşinyan bəyan edib.

Xatırladaq ki, N.Paşinyan Dağlıq Qarabağ probleminin nizamlanmasına dair Ermənistanda referendum keçirilməsi təklifini əvvəllər də səsləndirib. Hələ 2018-ci ili avqustun 17-də də İrəvanın mərkəzində keçirdiyi mitinqdə Dağlıq Qarabağ problemi ilə bağlı hər hansı qərarın mitinq iştirakçıları ilə razılaşdırıldıqdan sonra qəbul ediləcəyini demişdi. Ermənistan Milli Məclisinin deputatı Armen Kyureqyanın “Sizin bu bəyanatınız nə qədər ciddidir” sualına Nikol Paşinyan “Münaqişənin həllinə dair danışıqların nəticələrəinə uyğun razılıq əldə olunarsa, bu referendum yolu ilə qəbul edilmədlir”cavabını vermişdi.

Növbəti dəfə Ermənistanın Baş naziri parlamentdə çıxışı zamanı münaqişənin nizamlanması ilə bağlı qəbul edilmiş variantın ümumxalq səsverməsinə çıxarılacağını bildirmişdi. Lakin Paşinyanın bu açıqlaması münaqişənin həllindən daha çox danışıqlar prosesinə zərbə vura bilər. Çünki sözügedən bəyanat Azərbaycan ərazilərinin ilhaqını legitimləşdirmək məqsədi daşıyır. Lakin Azərbaycana məxsus ərazilərinin hüquqi statusunun Ermənistanda, yəni başqa bir dövlətin ərazisində keçirilən referendumla müəyyən edilməsi beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Bu həm də münaqişənin hllinə dair BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Birliyinin və Avropa Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair müvafiq qətnamələrinə, ATƏT-in Lissabon sammitinin qərarına, BMT-nin nizamnaməsinə, o cümlədən Ermənistanın 27 noyabr 2017-ci ildə Avropa İttifaqı ilə imzalanmış Geniş və Hərtərəfli Sazişlə üzərinə götürdüyü öhdəliklərə və Yelsinki Yekun Aktının prinsiplərinə ziddir. Belə bir referendumu keçirmək cəhdi Ermənistanın Azərbaycanın daxili işlərinə, ərazi bütövlüyünə və suverenliyinə növbəti müdaxiləsi olmaqla yanaşı, münaqişənin həlli istiqamətində əldə olunmuş istənilən həll modelinə dair razılaşmanı poza bilər.

Dağlıq Qarabağa probleminin həllində referendum prinsipi yalnız 2007-ci ilin noyabr ayında də qəbul olunmuş “Madrid prinsipləri”ndə nəzərdə tutulub. Həmin sənədlərdə münaqişənin mərhələli şəkildə aradan qaldırılması təklif edilir. Birinci mərhələdə Dağlıq Qarabağın ətrafında işğal olunmuş beş rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) Azərbaycana qaytarılır və Dağlıq Qarabağa aralıq statusu verilir. İkinci mərhələdə Ermənistan qoşunları qalan bütün ərazilərdən çıxarılır, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılır. Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratmaq üçün Laçın rayonu ərazisindən nəqliyyat dəhlizi verilir. Azərbaycanlı məcburi köçkünlər öz evlərinə qaytarılır. Bundaın sonra Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyən etmək üçün referendum keçirilir. Ermənistan referendumun yalnız Dağlıq Qarabağın erməni icması arasında keçirilməsinə nail olmaqla işğal altındakı ərazilərin ilhaqına nail olmağa çalışır. Ona görə rəsmi Bakı referendumun ayrıca götürülmüş bir anklav ərazidə deyil, Azərbaycan konstitusiyasına uyğun olaraq bütün ölkə ərazisində keçirilməsini təklif edir. Bununla yanaşı, referendumun Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə iştirakı ilə keçirilməsinə dair fikirlər də var. Lakin Ermənistanın Azərbaycanın təklifləri ilə indiyə qədər razılaşmaması münaqişənin “Madrid prinsipləri” əsasında həllini mümkünsüz edib.
Cebhe.info
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ