“Həbsdən çıxıb müxalifətə qoşulanlara vaxtında cəza verilsəydi...”
Siyaset
Oxunub: 491
19 noy 2019 | 17:22
“Həbsdən çıxıb müxalifətə qoşulanlara vaxtında cəza verilsəydi...”

“Azərbaycanda bir Təhsil Nazirliyindən başqa, bütün nazirliklərin istintaq idarəsi var. Hələ bəzilərinin cinayət-axtarış idarələri də var”.

Bunu YAP-çı deputat Siyavuş Novruzov ölkədə istintaq idarələrinin sayının çoxluğundan danışarkən deyib.

Onun sözlərinə görə, istintaq idarələri aydındır ki, bir və ya iki dövlət qurumunda ola bilər: “Qalanların hamısı ümumi olmalıdır. Orada əldə edilən dəlillər bitdisə, ondan sonra hansı istintaq idarəsinə aparıb verirsənsə ver, ordan heç nə əldə etmək olmaz. Əgər bir qurum özü tutub özü istintaq aparırsa, söhbət hansı tərəfin güclü olmasından və yaxud məsələnin qanunauyğun şəkildə yerinə yetirilməsindən gedə bilər?! Ona görə də müəyyən qənaətlər əldə etmək istəyiriksə, müxtəlif istintaq idarələrini də mərkəzləşdirməliyik”.

S. Novruzov həmçinin qeyd edib ki, bu gün həbsdən çıxıb müxalifətə qoşulanlar vaxtilə mindən artıq məhkəmə qərarını pozub: “Hansı ki Azərbaycan vətəndaşını işə bərpa etməyib və dövlətdən narazı salıb. Qanunu yerinə yetirmədiyinə görə ona vaxtında cəzalar verilsəydi, başqa cinayətə yol verməzdi”.

Deputat Qənirə Paşayeva da çıxışında məhkəmə qərarlarında, hökm və qətnamələrində bir-birinə zidd məqamların olmasından, məhkəmə süründürməçiliyindən, burada qanunazidd halların yaşanmasından narahatlığını ifadə edib.

Millət vəkili xüsusilə, məhkəmə qərarlarının icrasının təmin olunmamasından şikayətlənib:

“Məsələn, alimentlərlə bağlı məhkəmə qərarlarının əksəriyyəti icra edilmir, yerinə yetirilmir. Eyni zamanda, yerlərdə vəkillik institutunun gücləndirilməsinə ciddi ehtiyac var. Əgər vəkillik instututu yerlərdə də gücləndirilərsə, bu, məhkəmə qərarlarının ədalətli olmasında və icraya yönəldilməsində öz müsbət təsirini göstərər. Mən də həmçinin hər qurumun ayrıca istintaq komitəsinin olmasını düzgün hesab etmirəm. Çünki bu zaman onların müstəqilliyindən, ədalətliliyindən danışmaz olmaz. Odur ki, bütün istintaq komitələri vahid bir komitədə birləşdirilməlidir”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO