22-11-2019, 21:52 Oxunub: 245

Prezident Naxçıvan Nazirlər Kabinetinə 2 milyon manat ayırdı

Prezident Naxçıvan Nazirlər Kabinetinə 2 milyon manat ayırdı

Prezident İlham Əliyev “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev yol tikintisinə pul ayırdı İlham Əliyev yol tikintisinə pul ayırdı Iqtisadiyyat Naxçıvana 2 milyon 655 min manat ayrılıb- SƏRƏNCAM Naxçıvana 2 milyon 655 min manat ayrılıb- SƏRƏNCAM Iqtisadiyyat Azərbaycanda Aşıq Sənəti Muzeyi tikiləcək — Sərəncam Azərbaycanda Aşıq Sənəti Muzeyi tikiləcək — Sərəncam Siyaset Prezident İlham Əliyev sərəncam imzaladı Prezident İlham Əliyev sərəncam imzaladı Siyaset Prezident İlham Əliyev 2 sərəncam imzaladı Prezident İlham Əliyev 2 sərəncam imzaladı Siyaset