Zelenski Azərbaycana niyə gəlir?- Şərh
Siyaset
Oxunub: 367
16 dek 2019 | 19:47
Zelenski Azərbaycana niyə gəlir?- Şərh


Xəbər verildiyi kimi Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Ukraynanın baş naziri Aleksey Qonçaruk bildirib. Bu məsələ baş nazirin müavini Əli Əhmədovla Qonçarukun Kiyevdəki görüşü zamanı müzakirə edilib.

Baş nazir bildirib ki, prezidentin bu səfəri iki ölkə arasında əməkdaşlıq üçün yeni mərhələnin başlanğıcı olacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ukrayna Prezidentinin Azərbaycana səfərini şərh edib. “Yeni Sabah” bildirir ki, politoloqun sözlərinə görə, Zelenskinin səfəri barədə aylar öncə məlumatlı olub. “Sadəcə, bir detalı müəyyənləşdirməyə çalışırdım. Zelenski yalnız Azərbaycandamı olacaq, yoxsa Bakıdan sonra Cənubi Qafqazın digər iki respublikasına da gedəcək?

Çünki, bəzi ölkələrin liderləri Cənubi Qafqaza səfər etdikdə bəzən bir ölkəyə səfərlə kifayətlənmirlər, ya Tiflisdən Bakıya gəlirlər və ya Bakıdan İrəvana gedirlər. Zelenski Cənubi Qafqaz ölkələri içərisində birinci Azərbaycanı seçdi”, – deyə Elxan Şahinoğlu əlavə edib.

Politoloqun sözlərinə görə, Zelenskinin Azərbaycanı seçməsinin bir neçə səbəbi var: “Birincisi, Ukraynanın iqtisadi-ticarət mübadiləsində Azərbaycan həm Gürcüstanı, həm də Ermənistanı üstələyir. Azərbaycanın iki qonşusundan fərqli olaraq Ukraynada yatırımları var, Kiyevdə Dövlət Neft Şirkətinin fəaliyyətindən, yanacaqdoldurma məntəqələrindən və servisindən ağız dolusu danışırlar.

Buna baxmayaraq, rəsmi Kiyev Azərbaycanın Ukraynaya daha çox yatırım qoymasını istəyir. İki il əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini ilə görüşmüşdüm. O Azərbaycanın Ukraynanın neft terminallarının və dəniz limanlarının özəlləşdirilməsində iştirakını arzuladıqlarını bildirmişdi. Ukrayna Azərbaycan üçün münbit bazardır. Ona görə də dost dövlətə yatırımları artıra bilərik. Ukraynanın Qara dənizdəki limanlarından gəlir etmək mümkündür. Zelenski azərbaycanlı həmkarı ilə iki ölkə arasında ticarət mübadiləsinin artırılması və investisiyalar mövzusunu müzakirə edəcək.

İkincisi, Ukraynanı Azərbaycanla eyni dərd birləşidir. Donbass probleminin Dağlıq Qarabağ problemindən köklü fərqi yoxdur. Donbasdakı separatizmin tarixi Dağlıq Qarabağın separatizm tarixindən uzun olmasa da, Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin son Paris görüşü göstərdi ki, Donbasda sülh əldə etmək çətin olacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Kiyev mütəmadi olaraq erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “seçkiləri” pisləyən bəyanatlar yayır, rəsmi Bakı da Krımda və ya Donbasda keçirilən “seçkiləri” tanımadığını açıqlayır. Ukrayna XİN son açıqlamalarında Ermənistanın mövqeyini tənqid edən bəyanatlar da yayır. Çünki BMT-də keçirilən səsvermələrdə Ermənistan Krımı Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Vladimir Zelenski İlham Əliyevlə görüşdə separatizmlə mübarizə məsələsinə də toxunacaq, iki ölkənin ərazi bütövlüyünün təminatı məsələsi bir daha vurğulanacaq.

Üçüncüsü, Zelenski Bakıda ukraynalıların Bakıdakı icması ilə də görüşəcək. Azərbaycanda yaşayan ukraynalıların sayı Ukraynada yaşayan azərbaycanlıların sayından xeyli azdır. Buna baxmayaraq, Bakıda və Sumqayıtda yaşayan azsaylı ukraynalılar Azərbaycan vətəndaşları kimi iki ölkə arasında əlaqələrin inkişafına çalışırlar. Krım ilhaq olunnanda ukraynalıların icmasında çat yaşandı, kiçik qrup Rusiyanın mövqeyini dəstəklədi. Belə olan halda Ukraynanın Azərbaycandakı keçmiş səfiri Mişenko qollarını çırmalayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qrupun güclənməsində xüsusi rol oynadı, ölkələrinin parçalanmasını dəstəkləyənlər isə icmadan uzaqlaşdırıldı. Hazırda icma aktiv şəkildə fəaliyyət göstərir. Zelenski icma ilə görüşüb onların arzu və istəklərini dinləyəcək”.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO