17-01-2020, 19:20 Oxunub: 193

Ukrayna Baş nazirini kim istefaya göndərdi? – ŞOK DETALLAR

Ukrayna Baş nazirini kim istefaya göndərdi? – ŞOK DETALLAR


“Ukraynanın 34 yaşlı Baş naziri Aleksey Qonçaruk istefa verdi. Buna səbəb gizli səs yazısının bir neçə internet saytında yayılması oldu. Həmin səs yazısında Qonçarukun nazirlərə “Prezident Vladimir Zelenskinin iqtisadiyyatdan başı çıxmır və iqtisadi mövzularda beyni dumanlıdır” dediyi iddia olunur. Qonçaruk və onun tərəfdarları isə səsin saxtalaşdırıldığını iddia edirlər. Buna baxmayaraq, o, doğru olanı etdi, səs onun olmasa da, prezidentə münasibətdə şübhə yeri qalmasın deyə istefaya üstünlük verdi”.

Bəs səs yazısını kim yazaraq saytlara servis edə bilərdi?

Ukrayna Baş nazirini kim istefaya göndərdi? – ŞOK DETALLAR


Politoloq Elxan Şahinoğlunun fikrincə, baş nazirin səs yazısını yazmaq üçün xüsusi avadanlıq lazımdır: “Rusiyada bəlli mərkəzlər Ukraynanın güclənməsini və iqtisadi problemlərin həllini istəmirlər. Böyük ehtimalla, Ukrayna baş nazirinin gizli səs yazılarını Rusiya kəşfiyyatı əldə edərək ukraynalı oliqarx İqor Kolomoyskinin saytları vasitəsilə ictimaiyyətə çatdırıb.

Bəs Kolomoyski bu işə niyə qarışa bilərdi?

Məsələ burasındadır ki, Kolomoyski hələ keçmiş prezident Pyotr Poroşenkonun onun bankı olan “Privatbank”ı milliləşdirməsini hakimiyyətə bağışlaya bilmir. Kolomoyski həmin bankdan hakimiyyyətə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Hakimiyyət dəyişdikdə düşünürdü ki, bankını geri ala biləcək, hətta bu məqsədlə mühacirətdən geri qayıtdı. Ancaq Prezident Vladimir Zelenski və Baş nazir Aleksey Qonçaruk milliləşdirilən bankı Kolomoyskiyə qaytarmadılar. Kolomoyski öz saytları vasitəsilə səs yazısını yaymaqla istefa verən baş nazirdən intiqamını almış oldu. Görünür, Kolomoyskinin növbəti hədəfi Vladimir Zelenskidir…”. (publika.az)
Zelenski Azərbaycana niyə gəlir?- Şərh Zelenski Azərbaycana niyə gəlir?- Şərh Siyaset Zelenskinin korteji ukraynalıların narazılığına səbəb oldu – Video Zelenskinin korteji ukraynalıların narazılığına səbəb oldu – Video Hadise / Video “Warner Bros” şirkətinin direktoru istefa verdi — Aktrisa ilə gizli yazışmaları üzə çıxdı “Warner Bros” şirkətinin direktoru istefa verdi — Aktrisa ilə gizli yazışmaları üzə çıxdı Medeniyyet "Mənim söyüş söydüyüm iddia edilən səs yazısını..." — Hafiz Hacıyevdən ŞOK İDDİA Siyaset Ukrayna prezidenti Poroşenko baş nazir Yatsenyuku istefaya çağırıb Ukrayna prezidenti Poroşenko baş nazir Yatsenyuku istefaya çağırıb Dunya