14-02-2020, 10:43 Oxunub: 114

Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı

Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib.

“Report”un əldə etdiyi məlumata görə, H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.
Milli Məclisə təkrar seçkilər keçiriləcək Milli Məclisə təkrar seçkilər keçiriləcək Siyaset Hadi Rəcəblinin nəticələri ləğv olunub? — AÇIQLAMA Hadi Rəcəblinin nəticələri ləğv olunub? — AÇIQLAMA Siyaset Milli Məclisə 22 xanım deputat seçilib, onlardan 10-u yenidir — SİYAHI Milli Məclisə 22 xanım deputat seçilib, onlardan 10-u yenidir — SİYAHI Siyaset 9 dairədən yeni deputatın seçiləcəyi 100 faiz dəqiqləşib - SİYAHI 9 dairədən yeni deputatın seçiləcəyi 100 faiz dəqiqləşib - SİYAHI Sosial Milli Məclisə seçkilərdə 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq Milli Məclisə seçkilərdə 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq Siyaset