Dəyişməyən Qarabağ siyasəti: İrəvan təxribata çəkir - TƏHLİL
Siyaset
Oxunub: 328
19 fev 2020 | 18:47
Dəyişməyən Qarabağ siyasəti: İrəvan təxribata çəkir - TƏHLİL


Ermənistan hər dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarını təxribat yolu ilə pozmağa çalışır.

Danışıqların gedişində bu hadisə dəfələrlə təkrarlanıb. Bu yolla sülh danışıqlarına xələl gətirmək cəhdi ermənilərin ənənəvi siyasətinə çevrilib. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən, Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul edib. Bu qərar və qətnamələr hələlik bir nəticə verməyib. Amma hər dəfə Ermənistan tərəfi hansısa bir təxribat törətməklə danışıqlara kölgə salmağa çalışır.

2019-cu ilin sentyabr ayında Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında baş tutan görüşün əvvəlcədən də bir nəticə verməyəcəyi gözlənilən idi. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfəri öncəsi bəyan etmişdi ki, Qarabağda müharibə istənilən vaxt başlaya bilər.

Onu sözlərinə görə, erməni tərəfi torpaqları heç bir şərtlə qaytarmağa hazırlaşmır. Bu bəyanatlardan sonra bəlli idi ki, Nyu-York danışıqları real nəticəsi verməyəcək və Paşinyan öz nazirini danışıqlarına ciddi missiya ilə göndərmək niyyətində deyil. Bu dəfə də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşü ərəfəsində Azərbaycan Silahlı Qüvvələrinin giziri Seymur Ələsgərov Ermənistan hərbçiləri tərəfindən vurulub. Ermənilər analoji təxribatları tez-tez törədirlər. Hətta bu il, 2020-ci il yanvarın 7-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid edilmişdi. Ermənistan bu kimi təxribat hadisələrini törətməklə bölgədəki vəziyyəti gərgin saxlamağa çalışır.

“Cümhuriyət”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bundan sonra danışıqlar daha 25 il də davam etsə, heç bir nəticə verməyəcək:

“Ermənilər danışıqları uzatmağa çalışırlar ki, işğalçı mövqelərini davam etdirsinlər. Əslində, atəşkəs onlara daha çox lazımdır ki, status-kvonu uzatsınlar. Danışıqlar ərəfəsində atəşkəsin pozulması, əsgərlərimizin öldürülməsi də bu məqsədə xidmət edir. Amma biz hər dəfə onları başa salırıq ki, atəşkəsin ömrü uzun olmayacaq və biz təzyiqləri davam etdirəcəyik. Onlar isə zaman-zaman atəşkəsi pozurlar və hərbçilərimiz şəhid olur. Bununla demək istəyirlər ki, bizim etdiyimiz təzyiqləri qəbul etməyəcəklər. Münhen görüşü də onu göstərdi ki, danışıqlar bundan sonra da nəticə verməyəcək. Çünki liderlər beynəlxalq mətbuat qarşısında çıxış etdilər və bu çıxışlar zamanı Paşinyan bildirdi ki, Dağlıq Qarabağ heç zaman Azərbaycana aid olmayacaq. Buradan da nəticə çıxır ki, biz 25 ildə apardığımız danışıqlarda heç bir nəticə əldə etməmişik. Danışıqlar bundan sonra nə qədər davam etsə də, nəticəsi olmayacaq, atəşkəs isə kövrək olaraq qalacaq”.

Politoloq yay aylarında atəşkəsin ermənilər tərəfindən daha çox pozulacağını da bildirib:

“Yay aylarında atəşkəsin ermənilər tərəfindən pozulma ehtimalı daha da artacaq və təxribatlar çoxalacaq. Münhen görüşü də göstərdi ki, danışıqların heç bir perspektivi yoxdur. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təsir etmirlər. Aparılan danışıqlar isə bizim maraqlarımıza cavab vermir. Bütün bu nəticəsiz danışıqlar Ermənistanın maraqlarına xidmət edir”.

Ekspert bundan sonra da hansı addımların atılacağına da münasibət bildirib:

“Növbəti addımlarda yəqin ki, görüşlər davam edəcək. ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də bu iki ölkənin Xarici İşlər nazirlərini görüşdürməyə çalışacaqlar ki, bölgədə gərginlik artmasın. Beləcə də hər il olduğu kimi, bu ili də ötüşdürməyə çalışacaqlar. Bu danışıqların imitasiyasıdır. Danışıqlarda heç zaman irəliləyiş olmayacaq. Tarixdə heç zaman görünməyib ki, bir dövlət başqa dövlətin torpaqlarını işğal etsin və danışıqlar yolu ilə geri qaytarsın. Yəni işğalçı qarşı tərəfdən güc görməyənə qədər heç zaman geri addım atmayacaq. Bu məsələnin yeganə yolu hərbi yoldur. Başqa yolu görünmür”.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...