Prezident Polşa səfirinin etimadnaməsini qəbul etdi — YENİLƏNİB + FOTO
Siyaset
Oxunub: 326
2 mar 2020 | 15:37
Prezident Polşa səfirinin etimadnaməsini qəbul etdi — YENİLƏNİB + FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib.
"Ölkə.Az" xəbər verir ki, səfir Rafal Poborski fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir Rafal Poborski deyib: “Cənab Prezident, məni Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir olaraq akkreditə edən etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Zati - aliləri, ümid edirəm ki, mənim missiyam Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərini gücləndirəcək”.

Rafal Poborski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev deyib:

“Xoş gəlmisiniz, cənab səfir, sizi görməyə çox şadam. Azərbaycandakı fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Əminəm ki, sizin görəcəyiniz çox işlər var. Çünki ölkələrimiz arasında münasibətlər inkişaf edir və biz çox güclü siyasi əlaqələr yaratmışıq. Mən məmnunluqla ölkənizə rəsmi səfərimi və Prezident Dudanın Azərbaycana səfərini xatırlayıram. Biz ikitərəfli əməkdaşlığımızla bağlı çoxşaxəli məsələləri müzakirə etmişik. Bu ilin yanvarında biz Davosda görüşümüz zamanı tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqlədiq. Bizim üçün Polşa çox vacib tərəfdaş və dost ölkədir. Uzun illər ərzində ölkələrimiz arasında sıx dostluq münasibətləri inkişaf etmişdir. Ötən illər ərzində çoxsaylı təmaslarımız olub. Şadam ki, hazırda biz təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də inkişafı görürük. Bildiyiniz kimi, bizim Mərkəzi Avropa üzrə regional ticarət nümayəndəliyimiz Polşada yerləşir. Bu fakt onu göstərir ki, dünyanın bu regionunda sizin ölkənizi əsas ticarət tərəfdaşımız hesab edirik. Əminəm ki, qarşıdakı illərdə bizim əlaqələrimiz inkişaf edəcək. Prezident Duda ilə birlikdə bu ilin yanvarında gələcək planlarımızı müzakirə etmişik. Mən Sizə uğurlar arzulayıram”.
Səfir Rafal Poborski deyib:

“Təşəkkür edirəm, Zati - aliləri. İkitərəfli münasibətlərimiz barədə ətraflı söylədikirlərinizdən sonra nəyisə əlavə etmək çətindir. İcazə verin deyim ki, mən dostluq münasibətlərimizi gücləndirmək üçün Prezidentimiz tərəfindən buraya göndərilmişəm. Bilirəm ki, hər iki Zati - alilərinin bir-biri ilə çox yaxşı təmasları var. Siz çox tez-tez görüşürsüz. Bizim ikitərəfli münasibətlərimizin təməl aspektlərini çox yaxşı vurğulayırsınız. Mən Polşadakı həmkarlarımın köməyi ilə həm ikitərəfli siyasi dialoqumuzun inkişafına töhfə vermək, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün əlimdən gələn və mümkün olan hər şeyi etməyə çalışacağam. Hər iki ölkə region üçün çox əhəmiyyətlidir. Biz nəqliyyat qovşaqlarından faydalanmaq üçün çox yaxşı mövqedəyik. Biz çox böyük məmnuniyyətlə Sizin enerji siyasətinizdəki nailiyyətlərin şahidi olmuşuq. Bilirəm ki, bununla bağlı şirkətlərimiz arasında dialoq aparılır. Ümid edirik ki, bu, uğurlu layihələrlə nəticələnəcək, birlikdə hər iki tərəf faydalana biləcək. Əlbəttə, mədəni əlaqələrin və xalqlar arasında təmasların yaradılması sahəsində çox yaxşı perspektivlər mövcuddur. Ümid edirik ki, paytaxtlarımız arasında birbaşa uçuşlar açılacaq. Bu layihənin həyata keçməsi üçün də əlimdən gələni edəcəyəm”.

Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ