Deputat nazirliyin təşəbbüsünü alqışladı: “Bu, çox gözəl və önəmli xəbərdir” — FOTO
Siyaset
Oxunub: 403
24 mar 2020 | 19:00
Deputat nazirliyin təşəbbüsünü alqışladı: “Bu, çox gözəl və önəmli xəbərdir” — FOTO


Mart 15-də koronavirus infeksiyası ilə bağlı yaşlı insanların müdafiəsi üçün görüləcək tədbirlərlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu yönləndirmişdim.
Sorğuya rəsmi cavabı hələ almasam da (deputat sorğularında bir ay ərzində cavab verilir), dünən Nazirlik tərəfindən elan olunan tədbirlər planında (https://oxu.az/society/374106) sorğuda qaldırdığım suallara cavab aldım.

Məlumatda bildirilir ki, xüsusi karantin dövründə (24 mart - 20 aprel) yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçiriləcək.

Bu, çox gözəl və önəmli xəbərdir! Yüz minlərlə insana xidmət edəcək belə bir sistemin qurulmasının nə dərəcədə çətin iş olduğunu dərk edirəm və bu məsuliyyətli işdə Nazirliyin əməkdaşlarına uğur arzu edirəm!

Eyni zamanda, iki məqamla bağlı fikrimi bölüşmək istərdim. İlk növbədə, qeyd olunan xidmətlərin tətbiq edilməsi üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar.

Elan olunan sistem məsələni qismən həll edir, belə ki, qeydiyyata alınmayan (hər hansı bir səbəbdən zəng etməyən, məsələdən məlumatı olmayan və s.) bir qrup insan prosesdən kənar qala bilər. Və “kənarda” qalan insanlar ən yaşlı, həssas bir qrup olacaq. Onların koronavirusa yoluxma riski hələ də qalacaq.
Digər tərəfdən, yüz minlərlə insana xidmət etmək üçün belə bir sistemin yaradılması istənilən halda zaman tələb edəcək. Bu, bir gündə görüləcək iş deyil. Bu səbəbdən vətəndaş cəmiyyətinin dəstəyi istənilən halda lazımdır.

Dövlətin tədbirlər görməsi bizi məsuliyyətdən azad etmir. Vətəndaşlar nə edə bilər? Tanışlığında olan 3-4 nəfər tənha yaşlı vətəndaşa ən azı günaşırı zəng edib halını və ehtiyaclarını soruşa bilər. Özünə alış-veriş edəndə, onun da ehtiyacı olduğu məhsulu ala bilər. Tanıdığı və hətta tanımadığı yaşlı vətəndaşları Nazirliyin çağrı mərkəzinin mövcudluğu barədə məlumatlandıraraq, onların qeydiyyata alınması işinə dəstək ola bilər.

Mən başladığım təşəbbüsü - Səbail rayonunda olan 20 nəfər yaşlı vətəndaşımızın gündəlik ehtiyaclarının təmin olunması işini dayandırmıram. Çünki vətəndaş cəmiyyətinin dövlətin səylərinə dəstək verməsinin önəmini dərk edirəm.

Bir daha tədbirlər planına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm və bu məsuliyyətli işdə Nazirliyin əməkdaşlarına uğur arzu edirəm!

Deputat nazirliyin təşəbbüsünü alqışladı: “Bu, çox gözəl və önəmli xəbərdir” — FOTO
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO